Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3713/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı nümayəndəsi X8 və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir, müddətsiz əmək müqaviləsinə əsasən Məhəllə maketdə satıcı olaraq işləmişdir. Ona tapşırılan bütün işləri vaxtlı-vaxtında icra etməyinə baxmayacaq, 2020-ci ilin yanvar ayından etibarən hal-hazırki günə qədər ödənilməli olan əmək haqqı məbləği ona ödənilməmişdir. Daha sonra tərəfindən, qanunun tələblərinə əsasən xx.xx.2020-ci il tarixində pritenziya qaydasında cavabdehə müraciət edərək ona ödənilməli olan əmək haqqını tələb etsə də, hal-hazırki günə qədər ünvanına heç bir məlumat daxil olmamışdır. Bütün bu olanlara baxmayaraq cavabdeh xx.xx.2020-ci il tarixində, 3-nömrəli, xx.xx.2020-ci il tarixli əmr imzalayaraq ona işdən azad etmişdir. Onun tərəfindən cavabdeh tərəfə göndərilən ərizə cavabdehə, xx.xx.2020-ci il tarixində çatdırılmış, cavabdeh tərəf isə mövcud olan problemin aradan qaldırılması əvəzinə, xx.xx.2020-ci il tarixində, ona işdən azad olunmağına dair 3 nömrəli, xx.xx.2020 ci il tarixli əmr vermiş, müvafiq əmri isə xx.xx.2020-ci il tarixində elektron informasiya sisteminə daxil etmişdir. Bu, bunu bir daha sübüt edir ki, cavabdeh tərəfindən müvafiq əmr xx.xx.2020-ci il tarixində verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən, iş yerinə dair arayış və Sosial arayışdan da açıq aşkar görünür ki, onun əmək müqaviləsi xx.xx.2020-ci il tarixinə qədər qüvvədə olmuş və həmin tarixə qədər əmək müqaviləsinə xitam verilməmişdir. Bundan başqa, İcazələrin Alınması və Monitorinqi Sistemindən əldə edilən arayışdan da açığ-aşkar görünür ki, Pandemiya ilə əlaqədar olaraq "Ciddi Karantin dövründə" də işəgötürən tərəfindən, onun işə gedib-gəlməyinin təmin edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər, yuxarıda qeyd edilən Sistemdən yəni (Portaldan) arayış alınmışdır. Bundan əlavə, işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə istinad edərək onu işdən azad etmişdir. Halbuki onun tərəfindən cavabdehə yəni hal-hazırki günə qədər işdən çıxarılmağına dair heç bir ərizə təqdim edilməmişdir. Bütün bu olanlara baxmayaraq cavandeh onu qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Aşağıda qeyd edilən əsaslarla görə hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə istinad edilərək onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 3 saylı, xx.xx.2020-ci il tarixli əmr ləğv edilməli, cavabdeh tərəfindən ona ödənilməli olan lakin ödənilməyən əmək haqqı məbləği, məcburi işburaxmaya görə əmək haqqı və dəymiş maddi və mənəvi zərər cavabdehdən tutularaq ona ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilən xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən, iş yerinə dair arayış və Sosial arayışdan da açıq aşkar görünür ki, onun əmək müqaviləsi xx.xx.2020 ci il tarixinə qədər qüvvədə olmuş və həmin tarixə qədər əmək müqaviləsinə xitam verilməmişdir. Bundan başqa, İcazələrin Alınması və Monitorinqi Sistemindən əldə edilən arayışdan da açığ aşkar görünür ki, Pandemiya ilə əlaqədar olaraq "Ciddi Karantin dövründə" də işəgötürən tərəfindən, onun işə gedib-gəlməyinin təmin edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər, yuxarıda qeyd edilən Sistemdən yəni (Portaldan) arayış alınmışdır. Bundan əlavə, işəgötürən (cavabdeh) iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə istinad edərək işdən azad etmişdir. Halbuki onun tərəfindən cavabdehə yəni (işəgötürənə) hal hazırki günə qədər işdən çıxarılmağına dair heç bir ərizə təqdim edilməmişdir. Bütün bu olanlara baxmayaraq cavandeh onu qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Aşağıda qeyd edilən əsaslarla görə hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə istinad edilərək onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 3-saylı, xx.xx.2020-ci il tarixli əmr ləğv edilməli, cavabdeh tərəfindən ona ödənilməli olan, lakin ödənilməyən əmək haqqı məbləği, məcburi işburaxmaya görə əmək haqqı və ona dəymiş maddi və mənəvi zərər cavabdehdən tutularaq ödənilməklə o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. xx.xx.2020-ci il tarixindən başlayaraq, xx.xx.2020-ci il tarixinə qədər ona ödənilməli olan hər ay üçün minumum əmək haqqı miqdarında olan əmək haqqı məbləğini cavabdehdən tutaraq ona ödənilməsi, cavabdeh tərəfindən ona ödənilməli oları əmək haqının, hər gecikdirilmiş gün üçün bir faiz miqdarında ödəncin ödənilməsi, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsin ləğv edilərək xx.xx.2020-ci il tarixində X3 Sisteminə əlavə edilmiş, 3 saylı, xx.xx.2020 ci il tarixli əmrin ləğv edilməsi, cavabdehin ona vurduğu maddi zərərə görə 500 manat, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat, mənəvi zərərə görə isə 1000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, məcburi iş buraxmaya görə xx.xx.2020-ci il tarixindən başlayaraq işə bərpa olunacağı günə qədər hər əy üçün müvafiq əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmağına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında iddia ərizəsinə yazılı etiraz təqdim etdi, iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən X4 3 gün müddətində ona ödənilməmiş əmək haqqının ödənilməsi, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı işəgötürən X4 məxsus məhəllə marketdə satıcı vəzifəsində işə düzəlmiş, əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə müddətsiz bağlanmışdır. Müqavilə xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Sistemi iş yerinə dair arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixədək arayış verilmişdir. Arayış xx.xx.2020-ci il tarixindən qüvvədən düşmüşdür. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, X5 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi xx.xx.2019 tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, X5 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi xx.xx.2020 tarixli xxxxxxx0001X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 3№-li xx.xx.2020-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş bu barədə məlumat xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edildi ki, iddiaçı cavabdehə məxsus marketdə müddətsiz əməl müqaviləsi əsasında satıcı vəzifəsində işə götürülmüş və işləmişdir. Daha sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2020-ci il tarixli bildirişlə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı əmrin ləğv edilməsini, işə barpa edilməsini, məcburi işburaxmaya görə əmək haqqı, əmək haqqının gecikdirilməsinə görə faizlərin tutulmasını, maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edir ki, mülki işin araşdırılmış hallarından görünür ki, X1 Günel Famil qızı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq bu barədə qeydiyyat X3 Sisteminə xx.xx.2020-ci il tarixdə yerləşdirilmişdir. Həmin əmrdə əmək müqaviləsinə xitam verilməsi əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi göstərilsə də, iddiaçının öz təşəbbüsü ilə vəzifədən azad edilməsi barədə ərizəsinin verilməməsi mülki işin mübahisəsiz hallarından biridir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının işdən azad edilməsi barədə əmr əmək qanunvericiliyin pozulması ilə verildiyindən qüvvədə qala bilməz və ləğv edilməlidir. Odur ki, məhkəmə iddia tələbinin əmrin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsində işə bərpa edilməsi, məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı hesablanıb ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması hissəsində təmin edilməsi qənaətinə gəlir. xx.xx.2020-ci il tarixindən başlayaraq, xx.xx.2020-ci il tarixinə qədər ona ödənilməli olan hər ay üçün minumum əmək haqqı miqdarında olan əmək haqqı məbləğini cavabdehdən tutaraq ona ödənilməsi, ödənişin gecikdirilməsinə görə hər keçən gün üçün hesablanmış bir faiz məbləğində əldən çıxmış faydanın tutulması, maddi və mənəvi ziyanın ödənilməsi hissəsində iddia tələbi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, bu hissədə iddia iddiaçı tərəfindən sübuta yetirə bilinmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixində X3 Sisteminə əlavə edilmiş 03 saylı xx.xx.2020-ci il tarixli əmr ləğv edilsin və İddiaçı “Məhəllə market”-də satıcı vəzifəsində işə bərpa olunması cavabdeh X2 üzərinə vəzifə kimi qoyulsun. İddiaçıya məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3713/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3713/2020
25.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver