Məhkəmə qərarları › İş №2(005)-3716/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3716/2020

05.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3716/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun işdən çıxarılmağı barəsində əmrinin ləğv edilməsi, Cavabdehndə onun işə bərpa edilməyi və həmin müddətin əmək stajına aid edilməsi, 2002-ci ilin iyun ayından hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi, işdən azad edilməyi ilə əlaqədar ona vurulmuş 10.000 (on min) manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-də işlədiyi 17 il ərzində o, heç bir üzrsüz işburaxma, hər hansı töhmət olmamışdır. O işinə qarşı çox məsuliyyətli, intizamlı olmuşam və dəfələrlə pul mükafatları da almışdır. xx xxxx 2020-ci il tarixdə iddiaçı və digər işçiləri «X5» MMC-yə dəvət edərək, «X5» MMC-də iş həcminin azaldılması ilə əlaqədar olaraq müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alındığını, heç bir vakansiya iş yerinin mövcud olmadığını, Həmkarlar İttifaqının razılığı ilə, işçi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ixtisar olunduqları, əmək stajının 10 ildən çox olduğu üçün Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, 9 təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulduğundan, onunla bağlanmış Əmək müqaviləsinin xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən ləğv ediləcəyini, əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması ilə əlaqədar əmək funksiyalarının icrasından azad edilməyi barədə xəbərdar edərək, ərizə yazmağı təklif etdilər. O bu təkliflə razılaşmamış və bu günə qədər də razı deyil. İddiaçı Cavabdeh MMC-də 17 il vicdanla çalışmışdır. Hazırda hər hansı bir yerdə iş tapmaq da çox çətindir və o, ailəlidir, himayəsində yaşlı valideynləri, iki uşağı var, o, işləyib ailəsini dolandırmağa məcburdur. Ailədə işləyən təkcə iddiaçıdır. xx xxxx 2020-ci il tarixdə iddiaçı və Cavabdeh MMC-nin 4 nəfər işçiləri - Əliyev Elçin, Əliyev Nadir, Ağayev Babacan və Əmirov Sahil Cavabdeh MMC-nin rəhbəri Məmmədov Rasimə teleqram vuraraq, xx xxxxx 2020-ci il tarixdən bu günə qədər işlədikləri Cavabdeh MMC-yə buraxılmadıqları, əmək haqqının əmək müqaviləsinə əsasən tam şəkildə ödənilmədiyini qeyd edərək, iş rejiminə əmək müqaviləsinə uyğun olaraq yaradılan maneələri aradan qaldırmaqla üzərinə düşən əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması barədə Müraciət etmiş və xx xxxx 2020-ci il tarixdə Cavabdeh MMC-nin xəbərdarlıq məktubunu almışdır. Hesab edir ki, «X5» MMC-nin onun işdən çıxarılmağı barədə əmri ləğv edilməli, Cavabdeh MMC-də işə bərpa edilməli və həmin müddət əmək stajıma aid edilməli, 2002-ci ilin iyun ayından hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqım hesablanaraq ona ödənilməli, işdən azad edilməyi ilə əlaqədar ona vurulmuş 10.000 manat məbləğində mənəvi ziyan ödənilməlidir. İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X2 iddiaya qarşı etiraz təqdim edərək məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçının oxşar tələbi ilə bağlı qüvvədə olan Nərimanov rayon Məhkəməsinin 2(Ö05)-2724/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qətnaməsi mövcuddur. Həmin qətnamə ilə iddia ərizəsində göstərilən tələblərin əsassız olması müəyyən edilmişdir.İddiaçı F.Lətifov xx.xx.2009-cu ildən xx.xx.2020-ci ilədək Baku Steeldə işləmişdir. Hər zaman Baku Steel iddiaçı da daxil olmaqla öz işçilərinə qayğı göstərmiş və bir şox işçinin sosial problemlərinin həll olunmasında köməklik göstərmiş və öz işçilərinin hüquqlarının, o cümlədən İddiaçı hüquqlarımın pozulmamasına çalışmışdır. Dünyanı bürüyən COVtD-19 pandemiyası Azərbaycandan, o cümlədən Baku Steel-dən yan keçməmişdir. Baku Steel daha çox ixrac yönümlü müəssisə olduğundan artıq 2020-ci ilin yanvar ayından xarici sifarişləri azalmağa başlamış və ölkəmizdə mart ayından başlayraq karantin rejiminin tətbiq edilməsi ilə müəssisənin fəaliyyəti demək olar ki dayanmışdır. Baku Steel məcburiyyət qarşısında qalaraq aprel ayından başlayaraq fəlaiyytənin zəifləməsi səbəbi ilə müəssisənin hesabına işçilərinə 2/3 əmək haqqı ödənilməklə boşdayanma elan etmişdir. Ölkədə davam edən pandemiya və karantir. rejiminin bu gün də davam etməsi səbəbindən və işçilərin yoluxmasının qarşısını almaq üçün cövlətimizin tələb və tövsiyyələrinə əməl edərək Baku Steel öz işlərinin işə gəlməməyi və evdə qalmaları tövsiyyə olunmuş, əvəzində Baku Steel əmək haqqlarının 2/3 ödəmişdir. Qeyd edilən digər yüzlərlə işçilərdən biri də İddiaçı olmuşdur. Baku Steel tərəfindən boşdayanma təkcə iddiaçı barəsində deyil, müəssisədə işləyən digər işçiləri də əhatə etmişdir. İddiaçının xx.xx.2020-ci il tarixindən işə buraxılmaması barədə dəlilləri tamamilə əsassızdır. Göründüyü kimi bu ilin əvvəlindən dünyanı bürüyən pandemiyanın davam etməsi səbəbindən Baku Steelin fəaliyyəti ciddi şəkildə zəifləmiş, istehsalın əsaslı şəkildə azalmış və nəticədə Baku Steel məcburiyyət qarşısında qalaraq öz işçilərini ixtisar etməyə məcbur olmuşdur. Bu ixtisar yalnız iddiaçıya aid olmamışdır, iddiaçıdan başqa 300 nəfər işçiyə aid olmuşdur. İddiaçı tərəfindən iddia edildiyi kimi bu ixtisarın ona qərəzlə bağlı deyildir. Bundan başqa qeyd edilməlidir ki, ixtisar edilmə/.dən əvvəl Baku Steel müsəssisədə olan həmkarlar ittifaqına da müraciət edilmiş, onların razılığı alndıqdan soııra ixtisar əmri verilmişdir (həmkarlar ittifaqının protokolu əlavə olunur). Digər tərəfdən iddiaçı ümumiyyətlə ixtisar əmrinin ləğv edilməsini əsaslandıra bilməmişdir. Ona görə də iddiaçının əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə tələbi tamamilə əsassızdır. İddia tələbi bu hissədə təmin edilməməlidir.İddia ərizəsində “iyun ayından hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan dövr ərizində əmək haqqının hesablanaraq ona ödənilməsi” tələbi də tamamilə əsassızdır. Çünki 1139 nömrəli xx.xx.2020-ci il tarixli bank arayışından görünür ki, iddiaçıya boşdayanma ilə bağlı olaraq 2020-ci ilin iyun ayında 657.77 manat, iyul ayında 707.48 manat, avqust ayında 959.37 manat, sentyabr ayında son haqq-hesab daxil olmaqla 3,608.73 manat vəsait ödənilmişdir (bankın arayışı əlavə olunur). Ödənilən vəsaitlərin fərqlənməsinə səbəb isə müvafiq ayda olan iş və bayram günlərinin sayından asılı olmuşdur. Qeyd edilən ödəmələr Qətnamədə də öz əksini tapmışdır. Baku Steel-in iddiaçıya hər hansı əmək haqqı borcu yoxdur və iddia tələbində göstərilən “2020-ci ilin sentyabr ayından hazırıki günə qədər həmçinin məhkəmə qətnaməsi qüvvəyə minənə vaxta qədər olan müddət ərzində əmək haqqının hesablanaraq ödənilməsi” tələbi isə tamamilə absurddur və ümumiyyətlə pozulmamış hüququn məhkəmə vasitəsilə bərpasının tələb edilməsi hüququn əsas prinsiplərinə ziddir və bu tələbin məhkəməyə aidiyyəti yoxdur. İddianın üçüncü hissəsi olan iddiaçının işdən azad edilməyi ilə bağlı ona 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsinin tələb edilməsinə gəldikdə isə, bir daha qeyd edir ki, iddiaçı işlədiyi dövrdə və işdən azad edilərkən qanun pozuntusuna yol verilməmişdir Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 13/i №-li əmrinə əsasən müəssisədə iş həcminin azalması ilə əlaqədar iş bölgüsünün daha səmərəli paylanmasını təmin etmək məqsədi ilə şöbələrdə işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsinə ehtiyac yaranmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilən işçilərin siyahısı müəyyən edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, ixtisar edilməsi nəzərdə tutulan işçilər rəsmi xəbərdar edilmişdir. (əmrə əlavə edilmiş siyahı, 11№-li İddiaçı) Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 47/k №-li əmrinə əsasən xüsusi karantin rejiminin tətbiqi nəticəsində xammal yığımının, habelə məhsul satışının kəskin azalması, istehsalın, müəssisənin fəaliyyətinin, işin normal ahənginin pozulması, bunların bərpasının işlərinin hələlik nəticə verməməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə, 169 maddəsinə əsasən Şirkətin aşağıda adları qeyd olunan işçiləri haqqında tarif maaşlarının üçdə iki hissəsi ödənilmək şərti ilə boşdayanma elan edilmişdir. (əmrə əlavə edilmiş siyahı, 10 №-li İddiaçı) Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 70/k №-li əmrinə əsasən xüsusi karantin rejiminin tətbiqi nəticəsində xammal yığımının, habelə məhsul satışının kəskin azalması, istehsalın, müəssisənin fəaliyyətinin, işin normal ahənginin pozulması, bunların bərpasının işlərinin hələlik nəticə verməməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə, 169 maddəsinə əsasən Şirkətin aşağıda adları qeyd olunan işçiləri haqqında tarif maaşlarının üçdə iki hissəsi ödənilmək şərti ilə boşdayanma elan edilmişdir. (əmrə əlavə edilmiş siyahı, 41 №-li İddiaçı) Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 85/k №-li əmrinə əsasən xüsusi karantin rejiminin tətbiqi nəticəsində xammal yığımının, habelə məhsul satışının kəskin azalması, istehsalın, müəssisənin fəaliyyətinin, işin normal ahənginin pozulması, bunların bərpasının işlərinin hələlik nəticə verməməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə, 169 maddəsinə əsasən Şirkətin aşağıda adları qeyd olunan işçiləri haqqında tarif maaşlarının üçdə iki hissəsi ödənilmək şərti ilə boşdayanma elan edilmişdir. (əmrə əlavə edilmiş siyahı, 56 №-li İddiaçı) Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 98A/k №-li əmrinə əsasən xüsusi karantin rejiminin tətbiqi nəticəsində xammal yığımının, habelə məhsul satışının kəskin azalması, istehsalın, müəssisənin fəaliyyətinin, işin normal ahənginin pozulması, bunların bərpasının işlərinin hələlik nəticə verməməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə, 169 maddəsinə əsasən Şirkətin aşağıda adları qeyd olunan işçiləri haqqında tarif maaşlarının üçdə iki hissəsi ödənilmək şərti ilə boşdayanma elan edilmişdir. (əmrə əlavə edilmiş siyahı, 17 №-li İddiaçı) Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 213/k saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı yayma sexinin yayıcısının (K3) Əmək müqaviləsi xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, SM/116 saylı məktubundan görünür ki, Həmkarlar İttifaqı Komitəsinin sədrinə müraciət edərək, müəssisədə iş həcminin azalması ilə əlaqədar iş bölgüsünün daha səmərəli paylanmasını təmin etmək məqəsədi ilə şöbələrdə işçilərin sayının azaldılmasına ehtiyac yaranmışdır və xx xxxx 2020-ci il tarixli 08/i №-li əmrə əsaslanaraq siyahıda adları qeyd edilən işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Əmək müqavilələrinin ləğv edilməsinə razılıq verilməsi xahiş edilmişdir. (ixtisar edilən işçilərin siyahısı, 36 №-li İddiaçı) Cavabdeh MMC-nin işçilərinin X3 İcraiyyə Komitəsinin iclasının xx.xx.2020-ci il tarixli protokoluna əsasən İddiaçı ixtisar edilməsinə və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialının “Baku Steel Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Süleyman Məmmədova ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli 1139 nömrəli məktubunun məzmunundan görünür ki, “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı əmək haqqı kart hesabına 2020-ci il iyun ayında 657,77 (altı yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat, iyul ayında 707,48 (yeddi yüz yeddi manat qırx səkkiz qəpik) manat, avqust ayında 959,37 (doqquz yüz əlli doqquz manat otuz yeddi qəpik) manat məbləğində vəsait köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, İddiaçı xx.xx.2009-cu ildən “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətində yayma sexinə termist vəzifəsinə işə qəbul edilmişdir. “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətində iş həcminin azalması ilə əlaqədar olaraq, müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alınmış, ona təklif oluna bilən başqa heç bir vakansiya iş yeri mövcud olmadığı üçün “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həmkarlar İttifaqının razılığı ilə, işçi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən ixtisar olunmuşdur. Onunla bağlanmış əmək müqaviləsi xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən ləğv edilmişdir. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirir. İddia ərizəsində sadaladığı xüsusatlarla əsaslandırmışdır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı işdən azad olunarkən Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçilərin sayı və ya ştatların ixtisar edilməsidir. 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda qeyd olunan Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti, işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. (2ci və 3cü bəndlər) 78-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Beləliklə məhkəmə araşdırması sübuta yetir ki, “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubu ilə müraciət etmiş, “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətində iş həcminin azalması ilə əlaqədar olaraq, müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alınmış, ona təklif oluna bilən başqa heç bir vakansiya iş yeri mövcud deyildir. “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həmkarlar İttifaqının razılığı ilə, işçi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən ixtisar olunmuşdur. Onun cəmiyyətdə əmək stajı 10 ildən çox olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Qeyd olunmuşdur ki, onunla bağlanmış əmək müqaviləsi xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən ləğv ediləcəkdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində bir gün (işəgötürənlə razılaşma əsasında) əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması ilə əlaqədar o, əmək funksiyalarının icrasından azad edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh onun işdən çıxarılmağı barəsində əmrinin ləğv edilməsi, Cavabdehndə onun işə bərpa edilməyi və həmin müddətin əmək stajına aid edilməsi hissəsində əsassız olduğunda təmin edilməməlidir. Məhkəmə iddia tələbi üzrə iddiaçının 2002-ci ilin iyun ayından hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı sübuta yetir ki, “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı əmək haqqı kart hesabına 2020-ci il iyun ayında 657,77 (altı yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat, iyul ayında 707,48 (yeddi yüz yeddi manat qırx səkkiz qəpik) manat, avqust ayında 959,37 (doqquz yüz əlli doqquz manat otuz yeddi qəpik) manat məbləğində vəsait köçürülmüşdür. İddiaçının qeyd etdiyi digər hallar isə sübuta yetirilməmiş, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə “iddiaçının işdən azad edilməyi ilə əlaqədar ona vurulmuş 10.000 (on min) manat məbləğində mənəvi ziyanın ödənilməsi”nə dair hissədə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Qeyd olunanlara əsasən, məhkəmə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbi”nə dair iddiasını əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar