Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-373/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı “kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış kredit razılaşmalarına xitam verilməsi, kredit razılaşmaları üzrə hesablanmış əsas, fazi və cərimə borclarının, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin ödənilməsi, tələbin ipoteka prdmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borc məbləğinin ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh şəxslərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 (bir) ay sonra cavabdeh şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı “kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış kredit razılaşmalarına xitam verilməsi, kredit razılaşmaları üzrə hesablanmış əsas, fazi və cərimə borclarının, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin ödənilməsi, tələbin ipoteka prdmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borc məbləğinin ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh şəxslərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 (bir) ay sonra cavabdeh şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 13L000000014 nömrəli kredit xətti müqaviləsinə, xx xxxx 2014-cü il tarixli 13R000000016 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli 13R000000027 nömrəli və xx xxxxxx 2014-cü il tarixli 013R********** nömrəli kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı “İddiaçı» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 13R000000016 nömrəli kredit razılaşması üzrə 4.835,89 (dörd min səkkiz yüz otuz beş manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu, 395,20 (üç yüz doxsan beş manat iyirmi qəpik) manat məbləğində faiz borcu və 870,57 (səkkiz yüz yetmiş manat əlli yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 6.101,63 (altı min bir yüz bir manat altmış üç qəpik) manat məbləğində borcun, 13R000000027 nömrəli kredit razılaşması üzrə 2.662,84 (iki min altı yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində kredit borcu, 223,43 (iki yüz iyirmi üç manat qırx üç qəpik) manat məbləğində faiz borcu və 447,11 (dörd yüz qırx yeddi manat on bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3.333,38 (üç min üç yüz otuz üç manat otuz səkkiz qəpik) manat borcun, 013R********** nömrəli kredit razılaşması üzrə 2.997,19 (iki min doqquz yüz doxsan yeddi manat on doqquz qəpik) manat məbləğində kredit borcu, 253,86 (iki yüz əlli üç manat səksən altı qəpik) manat məbləğində faiz borcu və 512,57 (beş yüz on iki manat əlli yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3.763,62 (üç min yeddi yüz altmış üç manat altmış iki qəpik) manat məbləğində borcun, hər üç kredit razılaşması üzrə ümumilikdə 13.198,63 (on üç min bir yüz doxsan səkkiz manat altmış üç qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 21 (iyirmi bir) manat məbləğində xidmət haqqının tutulması; tələbin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 100a nömrəli evin 62 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 13.198,63 (on üç min bir yüz doxsan səkkiz manat altmış üç) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 21 (iyirmi bir) manat məbləğində xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 100a nömrəli evin 62 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 (bir) ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında ərizə ilə müraciət edərək, iddia ərizənin baxılmamış saxlanılmaqla iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılmasına dair müraciətini və cavabdehlər mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı “kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış kredit razılaşmalarına xitam verilməsi, kredit razılaşmaları üzrə hesablanmış əsas, fazi və cərimə borclarının, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin ödənilməsi, tələbin ipoteka prdmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borc məbləğinin ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh şəxslərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 (bir) ay sonra cavabdeh şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-373/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-373/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver