Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3745/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun həqiqətən xx xxxx 1975-ci il tarixdə Ermənistanın Masis rayonunun Dəmirçi kəndində doğulması faktı müəyyən edilərək, doğum akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1975-ci il tarixdə Ermənistanın Masis rayonunun Dəmirçi kəndində anadan olmuşdur. 1988-ci il tarixdə məlum səbəblərdən Azərbaycan Respublikası ərazisinə köçərkən doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Doğum akt qeydinin bərpası üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, bu barədə imtina almışdır. Onun ata və ana adı bacısının doğum haqqında şəhadətnaməsində görülə bilər. Doğum tarixinin xx xxxx 1975-ci il tarixdə olması şahid ifadələri ilə təsdiq oluna bilər. Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, onun yəni Ərizəçi xx xxxx 1975-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmasına dair doğum akt qeydinin bərpa olunması, doğum akt qeydində ata qrafasında X5, ana qrafasında X3 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, işlərin çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli 157 nömrəli məktubunun məzmunundan görünür ki, onun Bakı şəhəri Maraqlı şəxsnə doğum haqqında akt qeydinin bərpa olunması haqqında ərizəsinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq, aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur; Ermənistanın Masis rayonunun Qaraqışlaq kənd soveti tərəfindən verilmiş İ-ЗЖ seriyalı 135762 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1971-ci il tarixdə Ermənistanın Masis rayonunun Dəmirçi kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1971-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. X2, anası X4r; Nərimanov RPİ tərəfindən xx xxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1975ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxxxxx 2020-ci il tarixli ******* nömrəli arayışın məzmunundan görünür ki, xx xxxx 1975-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuş Ərizəçi xx xxxxxx 2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır; xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Onun özü xx xxxxxx 1959-cu il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. Ərizəçi olan bacısı Ərizəçi xx xxxx 1975-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. X2, anası isə X6 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Onun özü xx xxxxxx 1971-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. Ərizəçi olan bacısı Ərizəçi xx xxxx 1975-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. X2, anası isə X6 olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxx 1975-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, onun doğum haqqında şəhadətnaməsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2, 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ərizəçi tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1975-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olması haqqında doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası - “X5”, anası - “X6” kimi göstərilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3745/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3745/2020
11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver