Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3745/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 01 iyun 1957-ci il tarixində keçmiş Ermənistan SSR-də doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə Ərizəçi ana adının “Zemfira”, atasının ata adının “Sadıx” kimi qeyd olunması və doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ərizəçi 01.06.1957-ci il tarixində keçmiş Ermənistan SSR-də anadan olmuş və ona Ermənistan SSR-də doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin əsli ərizəçidə olsa da, 2 saylı ASAN Xidmət Mərkəzi və Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsi həmin şəhadətnaməni qəbul etməmiş, doğum aktının bərpa edilməsi ilə bağlı yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasının zəruriliyini bildirmişlər.Həmin şəhadətnamədə anasının adı “Zanfıra” kimi qeyd olunmuşdur, halbuki, anasının adı “Zemfira”dır. Həmçinin, doğum haqqında şəhadətnamədə atasının adı “Sadi” kimi qeyd edilib, halbuki, atasının atasının adı “Sadıx”dır. Bu barədə valideynlərinin şəxsiyyət vəsiqələri ilə sübut olunur. Doğum haqqında şəhadətnamədəki yanlışlıqların düzəldilməsi, həmçinin bir çox sənədləşdirmə işlərinin aparılması, eləcə də ərizəçinin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün doğum haqqında şəhadətnamə qeydinin bərpası vacibdir. Ərizəçi doğum haqqında akt qeydinin bərpası üçün Bakı şəhəri Maraqlı şəxs müraciət etsə də, onlar 02.07.2021-ci il tarixli 144 nömrəli cavab məktubu ilə doğum haqqında qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından bu faktın yalnız məhkəmə tərəfindən müəyyən edildiyini bildirmişlər. Buna görə də Məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi 11.08.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, doğum haqqında şəhadətnamədə Ərizəçi ana adının “Zemfira” kimi deyil “Zenfira” kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə 22 iyul 2021-ci il tarixli məktubla müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin nümayəndəsinin izahatını və dinləyib, hesab edir ki, ərizə qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs 02.07.2021-ci il tarixli cavab məktubundan görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müracət etməyi tövsiyə olunur. İş materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi 1957-ci il tarixdə Ermənistan SSR Qafan rayonunda anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 01.06.1957-ci il tarixdə Ermənistan SSR Qafan rayonunda anadan olmuşdur. İş materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, X1 17.03.1937ci il tarixdə Ermənistan SSR Qafan rayonunda anadan olmuşdur. İş materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, X2 1930-cu il tarixdə Ermənistan SSR Qafan rayonunda anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X2 1930-cu il tarixdə Ermənistan SSR Qafan rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi 01 iyun 1957-ci il tarixində Ermənistan SSR, Qafan rayonunda doğulması barədə doğum akt qeydi bərpa edilərək və həmin akt qeydində düzəliş edilərək, Ərizəçi ana adı “Zenfira”, atasının ata adı isə “Sadıx” kimi qeyd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi 01 iyun 1957-ci il tarixində Ermənistan SSR, Qafan rayonunda doğulması barədə doğum akt qeydi bərpa edilsin. Həmin akt qeydində düzəliş edilərək, Ərizəçi anasının adı “Zenfira”, atasının ata adı isə “Sadıx” kimi qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3745/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3745/2021
11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver