Məhkəmə qərarları › İş №2(005)-375/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-375/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-375/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbi nə dair iddia ərizəsi üzrə mülki iş (açar sözlər: pul tələbi; podrat müqaviləsi; öhdəliklərin icra edilməməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh MTK qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh MTK-ya ödədiyi 26 857 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, "ÇİNAR-AN” MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avto magistralın14-cü kilometrliyinin cərb hissəsində, B blok, 6cı mərtəbədə yerləşən,1 m2-in dəyəri 700 manat, tam dəyəri 65.160 manat, sahəsi 93,09 m2 olan, 2 otaqlı mənzil hissə-hissə 48 aylıq kredit ödəniş üsulu ilə iddiaçıya satılmışdır. Müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək mənzilin tam qiyməti kimi müəyyənləşdirilmiş 65.160 manat pulun 26.860 manatını ödəmişdir və hal-hazırda qalıq məbləğ 38.600 manat təşkil edir. Bildirir ki, dəfələrlə şirkətə müraciət etsə də şirkət nə ödədiyi məbləği, nə də müqavilədə göstərilən mənzili ona təhvil verməmişdir. Aramızda olan müqavilə xx.xx.2021-ci il tarixində bağlansa da, bina hələ də tikilib yekunlaşdırılmamışdır. Hesab edir ki, ağlabatan müddət keçmişdir. İddiaçı şirkətə 26.860 (iyirmi altı min səkküz yüz altmış) ödədiyi pulu geri ala bilmir hal hazırda həm pulsuz, həm də evsiz qalmışdır. Bu səbəbdən də aralarında bağlanmış xx.xx.2021 -ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməli, mənzil üçün ödədiyi 26.860 (iyirmi altı min səkkiz yüz altmış) manat iddiaçıya geri qaytarılmalıdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh MTK tərəfindən iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir Məhkəmə iclasında verilən izahatlar Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilmədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə tərəflərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materialları - 30 dekabr 2021-ci il tarixli “Mənzil Tikintisi Haqqında” Müqavilənin surətindən görünür ki,”İcraçı”- Cavabdeh MTK abşeron rayonu İH başçısının 20.09.213-cü il tarixli, 559 saylı sərəncamı ilə Xırdalan şəhəri,Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində B blok, 6-cı mərtəbə -№-li mənzil, izolə olunmuş 2 otaqdan ibarət bir pay kimi “payçı”- İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin 1 kv.m-nin qiyməti 700 AZN-dən ibarətdir. Müqavilənin 3.4-cü bəndinə əsasən “payçı” ilkin olaraq 24000 AZN məbləğində avans ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən “payçı” hər ay 857 AZN olmaqla ödəniş edir. Müqavilənin 3.6-cı bəndinə əsasən kreditin müddəti 48 aydır. - 30 dekabr 2021-ci il tarixli Cavabdeh MTK tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-ci kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. “Payçı”- İddiaçı tərəfindən həmin mənzilin pay dəyərindən 24 000 AZN ödənilmiş bu günə qalıq 41 160 AZN təşkil edir. - 02 fevral 2022-ci il tarixli Cavabdeh MTK tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-ci kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. “Payçı”- İddiaçı tərəfindən həmin mənzilin pay dəyərindən 857 AZN ödənilmiş bu günə qalıq 40 303 AZN təşkil edir. - 07 mart 2022-ci il tarixli Cavabdeh MTK tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-ci kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. “Payçı”- İddiaçı tərəfindən həmin mənzilin pay dəyərindən 700 AZN ödənilmiş bu günə qalıq 39603 AZN təşkil edir. - 09 aprel 2022-ci il tarixli Cavabdeh MTK tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-ci kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. “Payçı”- İddiaçı tərəfindən həmin mənzilin pay dəyərindən 700 AZN ödənilmiş bu günə qalıq 38 903 AZN təşkil edir. - 21 may 2022-ci il tarixli Cavabdeh MTK tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-ci kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. “Payçı”- İddiaçı tərəfindən həmin mənzilin pay dəyərindən 600 AZN ödənilmiş bu günə qalıq 38 300 AZN təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş 30 dekabr 2021-ci il tarixli 01 nömrəli,21 may 2022-ci il tarixli 05 nömrəli maliyyə arayışlarda əvvəl imza icra edilmişdir, sonradan möhür əksi vurulmuşdur. Təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2021-ci il tarixli müqavilədə, 07 mart 2022-ci il tarixli, 09 aprel 2022-ci il tarixli, 02 fevral 2022-ci il tarixli maliyyə arayışlarında olan möhür əksləri imza və çap mətni ilə kəsişmədiyi üçün onların icra ardıcılığı müəyyən etmək mümkün olmamışdır. Həmçinin Cavabdeh MTK-nın möhür eksperimental və ya sərbəst əks nümunələri təqdim edilmədiyindən 30 dekabr 2021-ci il tarixli müqavilədə,07 mart 2022-ci il tarixli, 09 aprel 2022-ci il tarixli, 02 fevral 2022-ci il tarixli maliyyə arayışlarında olan möhür əkslərinin müqayisəli tədqiqatı aparılmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi : Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.

244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

İşə baxan məhkəmənin mövqeyi:

Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MTK ilə aralarında 30 dekabr 2021-ci il tarixli “Mənzil Tikintisi Haqqında” Müqavilə bağlamış, həmin müqaviləyə əsasən İcraçı”- Cavabdeh MTK Abşeron rayonu İH başçısının 20.09.213-cü il tarixli, 559 saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində B blok, 6-cı mərtəbə -№-li mənzil, izolə olunmuş 2 otaqdan ibarət bir pay kimi “payçı”- İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin 1 kv.m-nin qiyməti 700 AZN-dən ibarətdir. Müqavilənin 3.4-cü bəndinə əsasən “payçı” ilkin olaraq 24000 AZN məbləğində avans ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən “payçı” hər ay 857 AZN olmaqla ödəniş edir. Müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qismən yerinə yetirilsə də, daha sonra binanın tikintisi ləngimiş, iddiaçı cavabdehlərə müraciət edrək pulunu geri tələb etsə də, pul məbləği qaytarılmamışdır. İddiaçı tərəfindən cavabdehə 26 857 manat məbləğində pul ödənilmiş, beləliklə, cavabdeh iddiaçının xeyrinə əsassız varlanmış olmuşdur. Məhkəmə yuxarıda istinad edilən qanunun normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçını mənzillə təmin etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Digər tərəfdən İddiaçı tərəfindən müqavilə üzrə ödənilmiş 26 857 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və müqavilənin saxtalaşdırıldığına, onun vəzifəli şəxsi tərəfindən imzalandığını və onun möhürü ilə təsdiqlənmədiyinə dair hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ekspertizanın keçirilməsi ilə bağlı vəsatətlə müraciət etmiş, məhkəmə tərəfindən ekspertizanın keçirilməsi ilə bağlı qərardad qəbul edilsə də, ekspertizanın keçirilməsinə lazimi şərait yaradılmamış və ekspertizanın keçirilməsinin təşkili üçün möhür və imza nümunələri məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli rəyindən də görünür ki, tədqiqata təqdim edilmiş 30 dekabr 2021-ci il tarixli 01 nömrəli,21 may 2022-ci il tarixli 05 nömrəli maliyyə arayışlarda əvvəl imza icra edilmişdir, sonradan möhür əksi vurulmuşdur.Təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2021-ci il tarixli müqavilədə,07 mart 2022-ci il tarixli, 09 aprel 2022-ci il tarixli, 02 fevral 2022-ci il tarixli maliyyə arayışlarında olan möhür əksləri imza və çap mətni ilə kəsişmədiyi üçün onların icra ardıcılığı müəyyən etmək mümkün olmamışdır. Həmçinin Cavabdeh MTK-nın möhür eksperimental və ya sərbəst əks nümunələri təqdim edilmədiyindən 30 dekabr 2021-ci il tarixli müqavilədə,07 mart 2022-ci il tarixli, 09 aprel 2022-ci il tarixli, 02 fevral 2022-ci il tarixli maliyyə arayışlarında olan möhür əkslərinin müqayisəli tədqiqatı aparılmamışdır. Belə ki, cavabdehin hüquqlarının müdafiəsi üçün müvafiq tədbirlər görməməsi, onun hüquqlarını həyata keçirməkdə passiv və laqeyd mövqe sərgilədiyini açıq şəkildə nümayiş etdirir. Belə bir vəziyyətdə, subyektin hüququnun müdafiəsi məsələsinə baxılarkən onun yalnız formal hüquq sahibi olması deyil, bu hüququ həyata keçirməkdəki aktivlik səviyyəsi və davranış səmimiyyəti də nəzərə alınmalıdır. Məhkəmə qeyd edilənlərə istinad edərək hesab edir ki, iddia tələbi 26 857 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə idiaçı tərəfindən ödənilmiş 26 857 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK-dan müqavilə üzrə ödənilən 26 857 (iyirmi altı min səkkiz yüz əlli yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin . Cavabdeh MTK -dan ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar