Məhkəmə qərarları › İş №2(005)-3753/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3753/2021

10.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3753/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh3, Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüqunun itirilmiş hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh3, Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüqunun itirilmiş hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri,Nərimanov rayonu,X22 prospektində yerləşər 110 saylı evin 54 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 2020-ci ilin dekabr ayında Baki şəhəri,38 sayli dövlət notariat kontorunda təstiq edilmiş alqı-satqı müqaviləsi əsasinda Baki şəhəri Nərimanov rayonu,X22 prospektində yerləşən ev 110 saylı evin 54 saylı mənzilini Cavabdeh2 qizindan almışdır. Orda qeydiyyatda olanların razılıq ərizələrinə əsasən sözügeden mənzilin barəsində alqı-satqı müqaviləsinin bağlanmasina dair notarial qaydada təsdiq olunmuş razılıq ərizələrini vermiş, digər cavabdehlər Cavabdeh1 İslan oğlu və Cavabdeh4 yetkinlik yaşina çatmayan şəxs olduğu üçün alqı-satqı müqaviləsinin bağlanmasına dair notariat qaydada təsdiq olunmuş razılıq ərizəsini verməyə ehtiyac yaranmayıb. Bundan sonra həmin daşınmaz əmlak üzərində yaranan hüququnu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən verilmiş Daşınmaz əmlakin reyestr nömrəsi **********14- 05101-093152), 13.01.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** saylı hüquqların dövlət qeydiyyat haqqinda daşınmaz əmlakin dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Həmin vaxtdan etibarən cavabdehler sözügeden mənzildən köçüblər və iddiaçı ailə üzvləri ilə birlikdə orada yaşayır.Lakin buna baxmayaraq cavabdehlər iddiaçının mənzilində qeydiyyatda olmaqda davam edirlər. Halbuki, mənzil iddiaçıya satıldığı gündən oradan istifadə hüquqlarını itiriblər. Cavabdehlərin sözügedən mənzildə qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. iddiaçı onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Onların iddiaçının mənzilində qeydiyyatda qalması iddiaçının həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdulasdırır. İddiaçıya evi satandan sonra cavabdehlərin Azərbaycandan çıxıb xaricə getdiklərini söylənilmiş, dəfələrlə cavabdehlərin könüllü olaraq iddiaçının mənzilindən qeydiyyatdan çıxması barədə onlarla əlaqə yaratmağa çalışsa da heç bir nəticəyə nail ola bilməmişdir. Çünki onların hal-hazırda faktiki olaraq harada yaşadıqları barədə heç bir məlumatı yoxdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqləmiş surətindən görünür ki, satıcı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56.5 kv.m olan 2 otaqlı mənzili tam mülkiyyət üzrə ona məxsus hissəsini İddiaçı satmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, qızı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.94 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyət hüququ ilə tam pay hüququ ilə məxsusdur və 13.01.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeyd aparılmışdır. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 039040 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, qızı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 110, 54 saylı mənzil Cavabdeh2 xüsusi paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 526 saylı reyestr kitabında 27 iyun 1996-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan 17.12.2020-ci il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, ünvan 1 ünvanında X9, X11, X10, X7, X14 qeydiyyatdadır. İş materiallarında olan X5 tərəfindən Notariat ofisinə verilmiş **********867 nömrəli ərizənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X5 qeydiyyatda olduğu, qızı ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə (satılmasına) və mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı üzərinə götürür. İş materiallarında olan Cavabdeh3 tərəfindən Notariat ofisinə verilmiş **********434 nömrəli ərizənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh3 qeydiyyatda olduğu, ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə (satılmasına) və mənzildən istifadə hüquqununa xitam verilməsin razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı üzərinə götürür. İş materiallarında olan 17.12.2020-ci il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh2 Həsənov kamran Əfsər oğlu ilə 08.02.2008-ci il tarixdə 68 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuş və onlar arasındakı nikah 29.01.2009-cu il tarixdə 18 nömrəli akt qeydi ilə pozulmuşdur. İş materiallarında olan Cavabdeh2 və İddiaçı qızı tərəfindən Notariat ofisinə verilmiş **********322 və **********21 nömrəli ərizələrin notariat qaydasında təsdiqlənmiş surətlərindən görünür ki, Cavabdeh2 və İddiaçı qızı Cavabdeh2 na məxsus daşınmaz əmlakın 95 000 manata satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında 22.04.2021-ci il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər Cavabdeh1, X12, X8, Cavabdeh2, X5, Cavabdeh3, Cavabdeh4dur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən-öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyini tam qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdehlər mənzildə yaşamadığı üçün həmin mənzilə istifadə hüquqlarını itirmiş və onlar həmin mənzilə formal olaraq qeydiyyatda qalmışdır. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 110, 54 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar