Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-378/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış qapının bağlanması və mənzilə dair yeni ünvan alınması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış qapının bağlanması və mənzilə dair yeni ünvan alınması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə ünvan 1 ünvan alınması öhdəliyinin qoyulması; ünvan 2 Məmməd Arif küçəsinə tərəf qanunsuz açılmış qapının bağlanması barədə qətnamə qəbul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanı Cavabdeh, X1 və onun birgə mülkiyyətindədir. Bildirmək istəyir ki, cavabdeh Orucov X3 Arif küçəsinə qanunsuz qapı açmışdır. Həmin mənzilə baxış keçirilsə bunun şahidi olmaq olar. Dəfələrlə bu qapının qanunsuz açıldığını, bağlanmalı olduğu ilə bağlı etirazlar etsələr də o onların etirazlarına məhəl qoymamışdır. Buna görə də hesab edir ki, o həmin ünvana da qeydiyyata düşməlidir və ya o qapı bağlanmalıdır. O, dəfələrlə onlara mənzildən qeydiyyatdan çıxmalarını bildirsə də, cavabdeh X2 qeydiyyatdan çıxmaq üçün ondan 5000 manat pul istəyir. O, təqaüdçü, xəstə və əsəbi adamdır. Onun buna imkanı çatmır. Mənzil onun mülkiyyəti olmuşdur. O, oğluna həmin mənzildən 4 otaq pay vermişdir. Lakin o bu gün ona qarşı çıxaraq qanunsuz əməllər törətməyə davam edir. Belə ki, o birinci Qarabağ müharibəsi dövründə Ağdərə istiqamətində gedən döyüşlərdə 8 gün arxa cəbhədə iştirak etmişdir. Ona Qarabağ əlili verilməmişdir. Lakin o hansısa yolla özünə saxta sənəd düzəldərək ayda 500 manat dövlətdən pul alır. Bu səbəbdən də, o onların sözlərinə məhəl qoymur, saxta sənədlərdən istifadə edir. Qeyd edir ki, oğlu ona hücum çəkərək üzərimə bıçaq çəkmişdir. Bu barədə şahidlər də gətirə bilər. Qızı Fəxriyyə və gəlini Günay həmin vaxtı səs-küyə gələrək bıçağı onun əlindən almışlar. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişidr. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı №1124094 saylı çıxarışından görünür ki, Bakı şşəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 6 saylı evin 5 saylı mənzili İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı №1124094 saylı çıxarışından görünür ki, ünvan 4 ünvanının 3 otağı (50.6 kv.m) Cavabdeh, 1 otağı (21.5 kv.m) X1, 1 otağı (21.5 kv.m) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 477 nömrəli reyestr kitabının 44053 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmədə müəyyən edilmişdir ki, Bakı şəhəri, A.Məmmədov küçəsi ev 6, mənzil 5 ünvanı Cavabdeh, X1 və İddiaçı paylı mülkiyyətindədir. İddiaçı bildirir ki, cavabdeh Orucov X3 Arif küçəsinə qanunsuz qapı açmışdır. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, Cavabdeh üzərinə mübahisəli ünvan üzrə yeni ünvanın alınması öhdəliyinin həvalə edilməsi, habelə cavabdeh tərəfindən qanunsuz açıldığı iddia edilən qapının bağlanması öhdəliyinin qoyulmasıdır. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış qapının bağlanması və cavabdehin üzərinə yeni ünvan alması öhdəliyinin qoyulması” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırılmalıdır. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatlaından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, A.Məmmədov küçəsi ev 6, mənzil 5 ünvanı Cavabdeh, X1 paylı mülkiyyətindədir. Belə ki, ünvan 4 ünvanının 3 otağı (50.6 kv.m) Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 477 nömrəli reyestr kitabının 44053 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçının məhkəmə iclasında izahatlarından müəyyən edilmişdir ki, hazırda mübahisəli qapı cavabdehin mülkiyyətində olan 3 otaq (50.6 kv m) hissəsindən açılmışdır. Bununla belə iddiaçı həmin qapının onun mülkiyyət hüquqlarına hansı formada maneçilik yaratdığını sübut edə biləcək hər hansı dəlil təqdim edə bilməmişdir. Məhkəmə “mənzilə dair yeni ünvan alınması öhdəliyinin qoyulması” tələbinə münasibətdə də hesab edir ki, həmin tələb hər hansı hüquqi əsasa söykənmir, eyni zamanda iddiaçının belə bir iddia irəli sürməsi üçün yuxarıda qeyd olunduğu kimi subyektiv hüququ da olmamışdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış qapının bağlanması və mənzilə dair yeni ünvan alınması öhdəliyinin qoyulması” tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə də bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olduğu təqdirdə isə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi özlüyündə əsassız və qanunsuzdur. Məhkəmə qənaətə gələrkən, İddiaçı müvafiq subyektiv hüquqa malik olmamasını, onun subyektiv hüququnun pozulmamasının, cavabdehin bu pozuntunu etməməsini əsas götürmüşdür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış qapının bağlanması və mənzilə dair yeni ünvan alınması öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227,233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış qapının bağlanması və mənzilə dair yeni ünvan alınması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-378/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-378/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver