Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3780/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin və zirzəminin əvəzində inşa ediləcək binada sahəsi daha artıq olan yeni mənzil sahəsinin və bir avtomobil yerlik avtomobil dayanacağının iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, yeni mənzilin iddiaçıya təhvil verildiyi gündən yeni mənzil verilənədək aylıq kirayə haqqının ödənilməsi, köhnə mənzilin əşyaları boşaldılmaqla sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin və zirzəminin əvəzində inşa ediləcək binada sahəsi daha artıq olan yeni mənzil sahəsinin və bir avtomobil yerlik avtomobil dayanacağının iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, yeni mənzilin iddiaçıya təhvil verildiyi gündən yeni mənzil verilənədək aylıq kirayə haqqının ödənilməsi, köhnə mənzilin əşyaları boşaldılmaqla sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş yaşayış sahəsinin və onun alt hissəsində yerləşən zirzəminin əvəzində həmin ərazidə inşa ediləcək binada mənzilin sahəsindən 25% daha artıq təmirli mənzil sahəsinin və bir avtomobil yerlik avtomobil dayanacağının İddiaçı tərəfindən Cavabdeh təhvil verilməsi, mənzilin İddiaçınə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək Cavabdeh hər ay üçün 350 (üç yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsi, ünvan 1 ünvanındakı mənzilin əşyaları boşaldılmaqla sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A nömrəli binaların texniki vəziyyətinin yolverilməz olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxx 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx xxxx 2020-ci il tarixli 55 nömrəli sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında 1572 nömrəli xx xxxx 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 16 nömrəli binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 16 nömrəli evin 1 nömrəli mənzilinin sahibi olan Cavabdeh ilə də danışıqlar aparılmış, lakin cavabdeh Əliyev X2 Məsuliyyətli Cəmiyyəti qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Belə ki, Cavabdeh xx xxxxxx 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan yaşayış sahəsi sayılan mənzilin əvəzinə Məhdud Məsuliyyətli Cəmiyyətindən qeyri-yaşayış sahəsi tələb etmiş və mülkiyyət hüququndan açıq-aşkar sui-istifadə edərək yalnız onun bu tələbi yerinə yetirildikdən sonra müqavilə bağlayacağını bildirmişdir. Halbuki, cavabdeh şəxs öz mənzilini səlahiyyətli dövlət orqanlarından lazımi icazə almadan qanunsuz olaraq qeyri-yaşayış sahəsinə çevirərək binaya bitişik sahədə Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə ayrılmış torpaq sahəsini zəbt edərək orada özbaşına artırmalar inşa etmişdir ki, bununla bağlı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən özbaşına tikilinin sökülməsi və mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli şəhadətnaməyə əsasən həmin mənzilin alt hissəsində yerləşən 26,5 kv.metr zirzəmi Cavabdeh məxsusdur. İddiaçı tərəfindən həmin zirzəminin əvəzinə ona uyğun olaraq yeni tikiləcək binanın zirzəmisindən avtomobil dayanacağı təklif edilsə də, o, əsassız olaraq Məhdud Məsuliyyətli Cəmiyyətinin bu təklifi ilə də razılaşmamış və zirzəminin əvəzində də tikiləcək binanın üst qatdan birinci mərtəbəsindən qeyri-yaşayış sahəsi tələb etmişdir. Hüquqlardan bu cür sui-istifadə qanunla yolverilməzdir. Qeyd edilməlidir ki, İddiaçı tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahəsindən 25% daha artıq sahədə təmirli mənzillər təklif edilir, eyni zamanda, mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzilləri onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzillərinin sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır və bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Cavabdeh şəxsin mənzili bir otaqlı olduğundan, ona da digər mənzil sahibləri kimi yanaşaraq, mənzilin ümumi sahəsindən 25% artıq bir otaqlı təmirli mənzil təklif olunur. Cavabdeh digər sakinlərdən fərqli olaraq mənzil sahəsinin əvəzinə tələb etdiyi binanın ön hissəsindən birinci mərtəbədə qeyrivaşayış sahəsinin verilməsi ədalətsizdir və əsassız varlanmaya səbəb olar. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Binada yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdeh əsassız tələbləri irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Hesab edir ki, Cavabdeh tərəfindən ona məxsus olan mənzilin əvəzinə qeyri-yaşayış sahəsi tələb etməsi əsassızdır və hüquqdan sui-istifadədir. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına artırmalara və yaşayış sahəsini qeyri-yaşayış sahəsinə çevirməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Cavabdeh əsassız tələbləri nəticəsində qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keçirilməsini qeyri-mümkün edir və təklif edilən bərabər şərtlərlə razılaşaraq mənzillərini təhvil vermiş digər sakinlərin hüquqlarını və qanuni mənafelərini də pozur. Göründüyü kimi, hüquqdan su-istifadə qanunla qadağan edilmişdir. Lakin Cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına və icarə müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Eyni zamanda, cavabdeh tərəfindən çoxmənzilli yaşayış binasına bitişik tikililərin inşa edilməsi əlavə yüklənmə kimi binanın qəzalı vəziyyətə düşməsinə səbəb olmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxx 2020-ci il tarixli rəyində nəzərdə tutulmuş hallardan biridir və bu hal binanın hazırki dayanıqlıq vəziyyətinə real təhlükəni artırdığı üçün yolverilməzdir. Həm də nəzərə alınmalıdır ki, Cavabdeh binanın dayaq divarlarını sökərək, mənzilinə qapı üçün nəzərdə tutulmamış sahədən bir neçə qapı açmışdır. Qeyd edilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Cavabdeh məxsus olan yaşayış sahəsinin və onun alt hissəsində yerləşən zirzəminin əvəzində mənzilin sahəsindən 25% daha artıq təmirli mənzil sahəsi və bir avtomobil yerlik avtomobil dayanacağının verilməsi şərtilə boşaldılaraq sökülməsi üçün İddiaçınə təhvil verilməsi, göstərilən əsas şərtlərlə İddiaçı ilə müvafiq müqavilə bağlanmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin və zirzəminin əvəzində inşa ediləcək binada sahəsi daha artıq olan yeni mənzil sahəsinin və bir avtomobil yerlik avtomobil dayanacağının iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, yeni mənzilin iddiaçıya təhvil verildiyi gündən yeni mənzil verilənədək aylıq kirayə haqqının ödənilməsi, köhnə mənzilin əşyaları boşaldılmaqla sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-3780/2020 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Eyni zamanda, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-3585/2020 nömrəli mülki iş də müvafiq məhkəmənin icraatındadır. Hər iki mübahisənin predmeti Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16 nömrəli evin 1 nömrəli mənzili və ona bitişik qeyri-yaşayış sahəsidir. Hər iki iddianın verilmə səbəbi İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrində planlaşdırılmış tikinti işləri ilə bağlı mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh ilə sahələr barədə razılığa gəlməməsidir. Məhkəmə araşdırması zamanı hər iki iddia üzrə eyni hallar və faktlar araşdırılmalıdır. Hal-hazırki iddia birinci iddia ilə sıx bağlıdır və birinci iddia baxılmasa, onun da baxılması mümkün deyildir. Beləliklə, birmənalı olaraq hər iki iş bir-biri ilə əlaqəlidir. Bununla əlaqədar, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq hər iki iddia üzrə mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad verilməsini və mülki işi baxılması üçün ilkin olaraq icraata qəbul etmiş məkəməyə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, müvafiq vəsatətin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-3780/2020 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-3585/2020 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır; 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin və zirzəminin əvəzində inşa ediləcək binada sahəsi daha artıq olan yeni mənzil sahəsinin və bir avtomobil yerlik avtomobil dayanacağının iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, yeni mənzilin iddiaçıya təhvil verildiyi gündən yeni mənzil verilənədək aylıq kirayə haqqının ödənilməsi, köhnə mənzilin əşyaları boşaldılmaqla sökülməsi” tələbinə dair 2(005)-3780/2020 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair 2(005)-3585/2020 nömrəli mülki iş bir icraatda birləşdirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir; 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda; 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi göstərilməmişdir. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin və zirzəminin əvəzində inşa ediləcək binada sahəsi daha artıq olan yeni mənzil sahəsinin və bir avtomobil yerlik avtomobil dayanacağının iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, yeni mənzilin iddiaçıya təhvil verildiyi gündən yeni mənzil verilənədək aylıq kirayə haqqının ödənilməsi, köhnə mənzilin əşyaları boşaldılmaqla sökülməsi” tələbinə dair 2(005)-3780/2020 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair 2(005)-3585/2020 nömrəli mülki iş bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3780/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3780/2020
04.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver