Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3780/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, Ərizəçi Nərimanov Rayon İcra Hakimiyyəti başçısı X3 Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının ”doğum faktının müəyyən edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nərimanov Rayon İcra Hakimiyyəti başçısı X3 Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ərizə ilə müraciət edərək X1 doğum faktının müəyyən edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Nərimanov Rayon İcra Hakimiyyəti başçısı X3 Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nümayəndəsi X2 xx.xx.2023-cü il tarixində dəftərxana vasitəsilə ərizə verərək, ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi Nərimanov Rayon İcra Hakimiyyəti başçısı X3 Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının ”doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi icraata götürülmədən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 163, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Ərizəçi Nərimanov Rayon İcra Hakimiyyəti başçısı X3 Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının ”doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi icraata götürülmədən geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-3780/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3780/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver