Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3795/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Ərizəçi nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “ötürülmüş müddətin üzürlü hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçicavabdeh Maraqlı şəxsnə qarşı “ötürülmüş müddətin üzürlü hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 miras qalan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 7, 19 nömrəli mənzili (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 53, M1, mənzil 1) üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzürlü hesab edilməsinə və həmin əmlak üzrə iddiaçıya vərəsəlik şəhadətnaməsinin verilməsini 1 saylı “ASAN Xidmət” X12 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X10 özünə məxsus bütün əmlakları (harada olmasından asılı olmayaraq), o cümlədən Bakı şəhəri, Xuluflu küçəsi, ev 7,19 nömrəli mənzili 2006-cı ildə Ərizəçi qızna vəsiyyət edib.Vəsiyyətnamə verəndən 12 il sonra X10 xx xxxx 2018-ci il tarixdə ölmüşdür. Lakin, buna baxmayaraq qardaşı X8 tərəfindən Ərizəçi və 9 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi tələbinə dair" iddia qaldıraraq xx.xx.2018-ci ildə ölən bacısı - X10 tərəfindən cavabdeh - Ərizəçi verilmiş xx xxxxxx 2006-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi .ev 7 mənzil 19 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilə X4 miras əmlakı üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-2929/2019 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdehlər Ərizəçi və 9 saylı Notariat Kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Yuxarıda sözügedən qətnamə qanuni qüvvəsini alandan sonra Ərizəçi 1 saylı Bakı "ASAN XİDMƏT" X13 vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Lakin, 1 saylı Bakı “ASAN Xidmət” X14 tərəfindən vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürüldüyü üçün imtina edilərək ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ seriyalı 013043 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 1478 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli, AZE seriyalı № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci ildə Gürcüstanın, Bolnisi rayonunda anadan olmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilə X1 adına ******* nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2019-cu il tarixli 05/01-2-54/13 nömrəli sorğusunda qeyd edilmişdir ki, Bakı şəhəri 9 saylı dövlət notariat kontorunda xx xxxxxx 2006-cı il tarixdə 2V-1/01 reyester nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatının verilməsi barədə Dövlət notariat arxivinə vəsiyyətnamənin xx.xx.2019-cu ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X9 Bakı şəhəri, Xuluflu küçəsi, ev 7, 19 nömrəli mənzili Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X14nin xx xxxxxx 2020-ci il tarixli 89 nömrəli sorğusunda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X5 adına xx.xx.2019-cu il tarixdə vərəsəlik işi açılmış, təqdim olunan sənədlər araşdırlmış və müəyyən edilmişdir ki, iddiaçının vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-2929/2019 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Ərizəçi və 9 saylı Notariat Kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat 40 qəpik (on manat qırx qəpik) məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X10 özünə məxsus Bakı şəhəri, F.Yusifov küçəsi, ev 7, 19 nömrəli mənzili 2006-cı ildə Ərizəçi vəsiyyət etmişdir. Valentina Boqdanovna xx.xx.2018-ci ildə vəfat etmişdir. Onun qardaşı X8 tərəfindən iddiaçı Ərizəçi və 9 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbulu edilməsi tələbinə” dair məhkəmədə iddia qaldırmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2929/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Hazırki iddia ilə iddiaçı mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etsə də bu müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının vərəsəlik şəhadətnaməsinin verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən və iddiaçı bü müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsinə dair sübutlar təqdim etmədiyindən iddia rədd edilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “ötürülmüş müddətin üzürlü hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3795/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3795/2020
11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver