Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3806/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı qarşı işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli K-12 saylı əmr əmək qanunvericiliyinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməli, onun işə bərpa olunmağı və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2014-cü ildə AR-sı Cavabdehndə X13 Baş Mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir (Əmr № K-23, xx.xx.2014). Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli K-12 saylı əmrə əsasən AR-sı ƏM-nin 70- ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli K-12 saylı əmri aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Bildirir ki, onun əsas iş yeri H.Əliyev Mərkəzinin fəaliyyət göstərdiyi və yerləşdiyi Bakı şəhəridir. H.Əliyev Mərkəzinin rəhbərliyinin şifahi göstərişi ilə 24 aprel 2023- cü ildə Şuşa şəhərinə göndərilmişdir. Oradan 20 may 2023-cü ildə Bakı şəhərinə qayıtmışdır. Şuşa şəhərində ezamiyyətdə olarkən ezamiyyətə göndərilməyi barədə əmr verilməmişdir. H.X8 Nəzarət X1 Şuşa şəhərində olan Xalça Muzeyinə nəzarətçi vəzifəsini yerinə yetirməyə göstəriş vermişdir. E.Raştıyevin şifahi göstərişi əmək müqaviləsi ilə tutduğu vəzifəyə uyğun olmadığı üçün onun tapşırığına narazılığını bildirdi. İddiaçı hər zaman Mərkəzdə ümumi nəzarət funksiyasını yerinə yetirdiyi halda Xalça Muzeyində nəzarətçi işinə göndərilməyi ilə razılaşmadı. Bu səbəbdən də E.Raştıyevlə aralarında ixtilaf yarandı. O, Şuşa şəhərinə ezam olunmuş whatsapp qrupunun bütün nəzarətçilərinə xx.xx.2023-cii ildə istirahət verdiyini bildirdi. İddiaçı isə aralarında yaranmış mübahisənin həlli məqsədilə Bakı şəhərinə, Cavabdehnə çağırdı. İddiaçı mübahisənin hüquqi müstəvisində həll olunması üçün 22 may 2023-cü ildə saat 09:00-da Mərkəzdə işdə oldu. Həmin günün sonunadək mübahisənin araşdırılması aparılmadı. xx.xx.2023cü ildə istirahət edə bilmədiyi üçün öz istirahətini xx.xx.2023-cü ildə keçirdi və bu barədə günü qabaqcadan yəni, xx.xx.2023-cü ildə Mərkəzin şöbə rəisi E.Raşdıyevin qoyduğu qaydaya əsasən şöbənin mütəxəssisi Rauf Qədirliyə xx.xx.2023-cü ildə istirahət edəcəyi barədə məlumat verdi. O, da İddiaçı yanında şöbənin mütəxəssisi Elniz Salmanova tapşırdı ki, xx.xx.2023-cü ildə işə gələn zaman X10 Şöbəsinin müdiri Şəlalə Əhmədovaya bu barədə desin. Qeyd edilənlərə əsaslanaraq İddiaçı xx.xx.2023-cü ildə öz qanuni istirahətini keçirmişdir. Elniz Salmanov R.Qədirlinin tapşırığını Şəlalə Əhmədovaya çatdırmamışdır. Həmin tarixdə, yəni xx.xx.2023-cü ildə Ş.Əhmədova İddiaçı zəng edərək niyə işdə olmamağını soruşdu. İddiaçı öz növbəsində işdə olmayacağı barədə şöbə üzrə məsul şəxs olan R.Qədirliyə işdə olmayacağını bildirdiyini dedi. Ş.Əhmədova məsələni araşdıracağını İddiaçı bildirdi. Qeyd olunan tarixdə yəni, xx.xx.2023-cü ildə Ş.Əhmədovaya mesaj yazaraq “Şəlalə xanım mənim istirahətdə olacağım deyildimi Sizə Rauf tərəfindəm?” O, isə cavabında bildirdi ki, “Sizlə danışandan sonra deyildi. Ok”. Onu da bildirir ki, qeyd etdiklərini whatsapp yazışmaları təsdiq edə bilər. İddiaçı xx.xx.2023-cü ildən 03 iyun 2023-cü ilə qədər Mərkəzdə işdə olmuş və onun xx.xx.2023-cü ildə işdə olmamağının səbəbi barədə İddiaçı izahat tələb edilməyib. xx.xx.2023-cü ildə Şəlalə xanım işdə olan zaman İddiaçı mesaj yazaraq bildirdi ki, tapşırığa əsasən ondan xx.xx.2023-cü ildən işdən azad olunmağı barədə ərizə almalıdır. İddiaçı ərizə yazmaqdan imtina etdi. İddiaçı Prezidentin Təhlükəsizlik Xidmətinin qrup X14 binadan (H.Əliyev Mərkəzi) çıxmağını tələb etdi. İddiaçı binadan çıxdı. Beləliklə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli K-12 saylı əmr əmək qanunvericiliyinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməli, İddiaçı işə bərpa olunmağı və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, 24 aprel 2023-cü ildən 20 may 2023-cü ilə qədər Şuşa şəhərində keçirilən tədbirlərlə əlaqədar rəhbərliyin şifahi göstərişinə əsasən daimi iş yerindən kənarda yəni, Şuşa şəhərində olmuşdur. 21 may 2023-cü ildə istirahət günü olmasına baxmayaraq İddiaçı mühafizə xidməti işini icra etmişdir. Cavabdeh tərəf iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Heydər X8 nəzarət şöbəsinin baş mütəxəssisi İddiaçı 24 may 2023-cü il tarixində aidiyyəti üzrə məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. X11 yeganə baş mütəxəssisi olan Z. Mustafayevin heç bir üzürlü səbəb olmadan və xəbərdar etmədən işə gəlməməsi Cavabdehnə insanların qapılardan keçidinin təmin edilməsi məsələsində, Mərkəzin daxilində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində işin ahənginin pozulması ilə nəticələnmişdir, işin növbəliliyi və nizamı təmin edilməmişdir. Bundan əlavə, Z. Mustafayev 25 may və 02 iyun 2023-cü il tarixlərində Mərkəzdə keçirilmiş tədbirlər zamanı iş yerini icazəsiz tərk etmişdir. Z. Mustafayevin tədbirlər zamanı müvafiq iş bölgüsü aparılmasına baxmayaraq iş yerini icazəsiz tərk etməsi nəticəsində qonaqların Mərkəzə daxil olmasının təmin edilməsi məsələsində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmış, işin nizamı pozulmuşdur. 26 may 2023-cü il tarixində İddiaçı birbaşa rəhbəri - Daxili X9 Elçin Raştiyev xidməti məruzə ilə Cavabdeh Direktorunun birinci müavininə müraciət edərək, İddiaçı 24 may 2023-cü il tarixində nə birbaşa rəhbərini, nədəki İnsan resursları şöbəsini aidiyyəti üzrə məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və bu səbəbdən Mərkəzə insanların qapılardan keçidinin təmin edilməsində, Mərkəzin daxilində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində işin ahənginin pozulması ilə nəticələnmiş, işin növbəliliyi və nizamı təmin edilməmişdir. Bundan əlavə, İddiaçı 25 may 2023-cü il tarixində Cavabdehndə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti zamanı iş yerini heç kimə məlumat vermədən icazəsiz tərk etməsi bildirmişdir. X11 baş mütəxəssisi olan İddiaçı bu əməlləri nəticəsində tədbir zamanı qonaqların Cavabdehnə daxil olmasının təmin edilməsində, xüsusi mühafizə olan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmış, X11 fəaliyyətinin nizamı pozulmuşdur. 26 may 2023-cü il tarixində Cavabdeh Direktorunun birinci müavini X3 rəisi Şəlalə Əhmədovaya müvafiq məsəlinin araşdırılmasını tapşırmışdır. Sözügedən məsələyə Şəlalə Əhmədova tərəfindən baxılmış və bu barədə həmin gün Mərkəzin Direktoruna yazılı şəkildə məruzə təqdim edilmişdir. Məruzədə yuxarıda qeyd edilən əməllər təsdiqlənmiş, habelə İddiaçı 24 may 2023-cü il tarixində bütün günü işə gəlməməsi barədə Mərkəzin əməkdaşlarının işə davamiyyətinə dair elektron sistemindən çıxarışı və işə gəlməməsi barədə aktı da təqdim edilmişdir. Qeyd edilən məlumatlar əsasında Cavabdeh Direktoru xidməti araşdırmanın aparılmasını və nəticəsi barədə arayışın ona təqdim etməsini tapşırmışdır. Aparılmış araşdırma nəticəsində 30 may 2023-cü il tarixində Mərkəzin Direktoruna müvafiq arayış və təsdiqedici sənədlər, o cümlədən Mərkəzin Daxili nəzarət və X3 əməkdaşlarının izahatları və İddiaçı izahat verməkdən açıq şəkildə imtina etməsi barədə aktı təqdim edilmişdir. Xidməti araşdırmanın nəticəsi olaraq bir daha təsdiq edilmişdir ki, İddiaçı birbaşa rəhbəri olduğu Daxili X9ni və daxili intizam və etik-davranış qaydalarının icrasına məsul olan X3 müdirini məlumatlandırmadan bütün iş günü işə gəlməyərək işdən yayınmış, vəzifə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən işin ahəngi pozulmuş, işin növbəliyi və nizamı təmin edilməmişdir. Həmçinin, növbəti gün Mərkəzdə keçirilən konsertdə X11 yeganə baş mütəxəssisi olan İddiaçı iş yerini özbaşına tərk etməsi həmin şöbənin əməkdaşlarının yazılı izahatları ilə də təsdiq edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, İddiaçı qeyd edilən hallar barədə izahat verməkdən açıq şəkildə imtina etmişdir. Araşdırmanın nəticəsi olaraq İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiqliyi bildirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - xx.xx.1999-cu il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli K-23 nömrəli əmrlə xx.xx.2014-cü il tarixdə Cavabdehndə X11 baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli NK-12 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. - Heydər X8 X9 Elçin Raştiyev tərəfindən Cavabdeh direktorunun birinci müavini Fərqan Əliyevə ünvanlanmış xidməti məruzədə qeyd olunur ki, Heydər X8 nəzarət şöbəsinin baş mütəxəssisi İddiaçı cari ilin 24 may tarixində Elçin Raştiyevi və İnsan resursları şöbəsini məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməmişdir. Eyni zamanda İddiaçı cari ilin 25 may tarixində keçirilmiş Fərhad Bədəlbəyli rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti zamanı iş yerini heç kimə məlumat vermədən özbaşına tərk etmişdir. İddiaçı əməlləri nəticəsində qonaqların Mərkəzə daxil olmasının təmin edilməsində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmış, şöbə fəaliyyətinin nizamı pozulmuşdur. Bununla əlaqədar, İddiaçı tərəfindən yol verilmiş pozuntuların xarakterini nəzərə alaraq barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi barədə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. - Cavabdeh X3 müdiri Şəlalə Əhmədova tərəfindən Cavabdeh direktoru Anar Ələkbərova ünvanlanmış xidməti məruzədə qeyd olunur ki, Heydər X8 nəzarət şöbəsinin baş mütəxəssisi İddiaçı əmək qanunvericiliyinin tələblərini pozaraq xx.xx.2023-cü il tarixində şöbə müdirini və İnsan resursları şöbəsini aidiyyəti üzrə məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməmişdir. Eyni zamanda Mərkəzdə keçirilən tədbirlər zamanı buraxılış rejiminə uyğun qonaqların qapılardan keçidinin təmin edilməsi, tədbir müddətində müvafiq məkanlarda, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmət göstərilməsi ilə bağlı Mərkəzin rəhbərliyinin göstərişinə baxmayaraq, İddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzdə keçirilmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qala-konsert zamanı iş yerini heç kimə məlumat vermədən özbaşına tərk etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı tərəfindən əmək intizamının pozulmasına görə xidməti araşdırma aparılması və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. - Heydər X8 nəzarət şöbəsinin baş mütəxəssisi İddiaçı tərəfindən əmək intizamının pozulması ilə bağlı aparılan xidməti araşdırmanın nəticələri barədə arayışda qeyd olunur ki, Cavabdeh direktorunun xx.xx.2023-cü il tarixli, 9-6/3-2-28/1/2023 nömrəli tapşırığının icrası ilə bağlı xidməti araşdırma aparılmış, X11 baş mütəxəssisi İddiaçı tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmasının müəyyən edilməsi məqsədilə müvafiq sənədlər və digər məlumatlar təmin edilmiş, Daxili nəzarət və İnsan resursları şöbələrinin əməkdaşlarından izahatlar alınmışdır. Araşdırmanın nəticələrinə əsasən məlum olmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixində bilavasitə rəhbəri olduğu Daxili X9ni və Mərkəzin daxili intizam və etik-davranış qaydalarının icrasına məsul olan X3 müdirini məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməyərək işdən yayınmışdır. X11 yeganə baş mütəxəssisi olan İddiaçı heç bir üzürlü səbəb olmadan və xəbərdar etmədən işə gəlməməsi Cavabdehnə insanların qapılardan keçidinin təmin edilməsində, Mərkəzin daxilində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində işin ahənginin pozulması ilə nəticələnmiş, işin növbəliyi və nizamı təmin edilməmişdir. İddiaçı işdən yayınma faktı İnsan resursları şöbəsi tərəfindən təqdim olunan əməkdaşların işə davamiyyətinə dair elekton sistemdən çıxarışla, eləcə də X11 mütəxəssisləri Rauf Qədirli, Nicat Əzizov və İnsan resursları şöbələrinin baş mütəxəssisi Nərgiz Rüstəmovanın müvafiq izahatları ilə öz təsdiqini tapmışdır. Eyni zamanda Z.X12 Mərkəzində xx.xx.2023-cü il tarixində keçirilmiş Fərhad Bədəlbəyli rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti zamanı iş yerini icazəsiz tərk etmişdir. İddiaçı iş yerini icazəsiz tərk etməsi nəticəsində qonaqların Mərkəzə daxil olmasının təmin edilməsində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmış, işin nizamı pozulmuşdur. İddiaçı iş yerini özbaşına tərk etməsi X11 mütəxəssisləri Nicat Əzizov, Rauf Qədirli və Elniz Salmanovun izahatları ilə öz təsdiqini tapmışdır. İddiaçı qeyd olunan hallara dair izahat yazmaqdan imtina etmişdir. Bu cür davranışları ilə İddiaçı Əmək Məcəlləsinin, “Heydər X8 xidməti intizam Qaydaları”nın və “Cavabdeh işçilərinin etik davranış Qaydaları tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı tərəfindən yol verilmiş pozuntuların xarakterini, habelə qeyd olunan hallara dair izahat yazmaqdan imtina etməsini, əvvəllər də tabeçilik göstərməyib rəhbərliyin göstərişlərini icrasız qoyduğunu nəzərə alaraq, gələcəkdə analoji halların təkrarlanmaması məqsədilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi Heydər X8 X9 Elçin Raştiyev tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. - Heydər X8 Nəzarət Şöbəsinin mütəxəssisi X15, X7, X16 və Cavabdeh X3 baş mütəxəssisi X4 tərəfindən verilmiş izahatlarda İddiaçı Cavabdehndə xx.xx.2023-cü il tarixində keçirilmiş Fərhad Bədəlbəyli rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti zamanı iş yerini icazəsiz tərk etdiyi və həmin gün ərzində iş yerinə qayıtmadığı qeyd olunur. - Cavabdeh X2 Komitəsi Rəyasət Heyətinin 05 iyun 2023-cü il tarixli iclasınnı protokolundan görünür ki, X5 Əliyev Mərkəzinin direktoru və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” və 72-ci maddəsinin “a” bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. - İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında 06 iyun 2023-cü il tarixli K-12 nömrəli əmrdə qeyd olunur ki, Heydər X8 nəzarət şöbəsinin baş mütəxəssisi İddiaçı 24 may 2023-cü il tarixində aidiyyəti üzrə məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməmişdir. X11 yeganə baş mütəxəssisi olan İddiaçı heç bir üzürlü səbəb olmadan və xəbərdar etmədən işə gəlməməsi Cavabdehnə insanların qapılardan keçidinin təmin edilməsi məsələsində, Mərkəzin daxilində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində işin ahənginin pozulması ilə nəticələnmiş, işin növbəliliyi və nizamı təmin edilməmişdir. Bundan əlavə, İddiaçı 25 may və 02 iyun 2023-cü il tarixlərində Mərkəzdə keçirilmiş tədbirlər zamanı iş yerini icazəsiz tərk etmişdir. İddiaçı tədbirlər zamanı müvafiq iş bölgüsü aparılmasına baxmayaraq iş yerini icazəsiz tərk etməsi nəticəsində qonaqların Mərkəzə daxil olmasının təmin edilməsi məsələsində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmış, işin nizamı pozulmuşdur. İddiaçı əmək funksiyalarını yerinə yetirməməsini, qeyd olunan məsələlərin əmək intizamının ciddi pozuntuları olduğunu, İddiaçı davamlı olaraq rəhbərliyin tapşırıqlarını onlara məhəl qoymayaraq icra etməməsini, habelə qeyd olunan hallara dair izahat yazmaqdan açıq şəkildə imtina etməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” və 72-ci maddəsinin “a” bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Heydər X8 nəzarət şöbəsinin baş mütəxəssisi İddiaçı 06 iyun 2023-cü il tarixindən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. İşlər departamentinin direktoru Seymur Mirzəyevə tapşırılsın ki, bu əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin. - Cavabdeh X3 müdiri Şəlalə Əhmədova tərəfindən Cavabdeh direktoru Anar Ələkbərova ünvanlanmış xx.xx.2023-cü il tarixli xidməti məruzədə qeyd olunur ki, Heydər X8 nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsindən azad edilmiş İddiaçı 20 iyul 2023- cü il tarixində Şəlalə Əhmədovanın və X11 mütəxəssisi Nicat Əzizovun iştirakı ilə İddiaçı əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti onun tərəfindən təhvil alınması məqsədilə təqdim edilmiş, lakin İddiaçı tərəfindən yalnız əmək kitabçası götürülmüşdür. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı xx.xx.2014-cü il tarixli K-23 nömrəli əmrlə xx.xx.2014-cü il tarixdə Cavabdehndə X11 baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində daxili nəzarət şöbəsini və İnsan resursları şöbəsini məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün günü iş yerinə gəlməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixində keçirilmiş Fərhad Bədəlbəyli rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti zamanı iş yerini heç kimə məlumat vermədən özbaşına tərk etmişdir. 06 iyun 2023-cü il tarixli K-12 nömrəli əmrlə X5 Əliyev Mərkəzinin direktoru və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” və 72-ci maddəsinin “a” bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Yenə həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından və tərəflərin izahatlarından 06 iyun 2023cü il tarixli K-12 nömrəli əmrin qanuni və əsaslı olduğu aydın olur. Belə ki, İddiaçı özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan xx.xx.2023-cü il tarixdə bütün iş günü işə gəlməmiş (ƏM-nin 72-ci maddəsinin “a” bəndi), əmək vəzifələrini kobud şəkildə pozmuş, bununla da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün qanuni əsas yaranmışdır. Bu əsas həmin Məcəllənin 71.2-ci maddəsinin tələblərinə də uyğundur. Azərbaycan respublikası Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İş materiallarından aydın olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə bütün günü işə gəlməməsi və xx.xx.2023-cü il tarixdə keçirilən konsert zamanı iş yerini icazəsiz tərk etməsi nəticəsində iş yerində işin normal ahəngi pozulmuşdur. Belə ki, qonaqların Mərkəzə daxil olmasının təmin edilməsi məsələsində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının qanunsuz şəkildə pozulmuş olmasına dair sübutlar təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin : - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin 06 iyun 2023-cü il tarixli K-12 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi (288-ci maddənin “d” bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 1 və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İş materiallarından və iddiaçının öz izahatlarından onun xx.xx.20230-cü il tarixdə barəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verildiyindən məlumatlı olduğu, mediasiya tətbiqi barədə təklifi isə xx.xx.2023-cü il tarixdə verdiyi aydın olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbləri ilə hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan 1 ay müddətində məhkəməyə müraciət etməli olduğu halda bu müddəti ötürmüşdür. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüklərindən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı qarşı işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3806/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3806/2023
03.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver