Məhkəmə qərarları › İş №2(005)-3812/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3812/2023

15.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3812/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, Ərizəçi maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN 0030 KOD 30602016 saylı şəhadətnamədə ailə üzvünün adı səhvən yazılmış X1 ilə X2 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, ərizəçinin tələbi xüsusi icraat qaydasında məhkəmədə baxılan tələblərə aid deyil. Azərbaycan Respublikası MPM-nin: 305-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda, hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenumunun Qərarının 6.2-ci bəndində qeyd edilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə qeyd edir ki, ərizəçi ona məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ailə üzvünün adında olan yanlışlığın düzəldilməsini xahiş etdiyindən hazırki tələbə xüsusi icraat qaydasında baxılması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-nin: 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Ərizəçi maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi icraata qəbulundan imtina edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar