Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3834/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 qarşı “ mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisində yerləşən 205 saylı fərdi yaşayış evinə (ikinci döngə), iddiaçının övladı X11 ilə birlikdə həmin ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlərdən Cavabdeh3 ilə 10 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan 24 noyabr 2021-ci il tarixində X11 adlı bir övladları olmuşdur. Nikah münasibəti qurduqdan sonra İddiaçı digər cavabdehlər Cavabdeh1,X2 faktiki istifadəsində olan Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisində yerləşən 205 saylı fərdi yaşayış evinə (ikinci döngə) köçmüşdür. Lakin cavabdehlərdən Cavabdeh1,X4 (müvafiq olaraq qaynatası və qaynanası) ilə İddiaçı arasında münasibət kəskin pisləşmiş və nəticədə cavabdehlər Cavabdeh1,Cavabdeh2 onu müvafiq fərdi yaşayış evində qalmağa imkan vermir. Buna baxmayaraq İddiaçı və iş üzrə cavabdeh əri Cavabdeh3 arasında nikah münasibəti davam etməkdədir və yoldaşı iddiaçının bu evdə yaşamasına razılıq verir.İddiaçı cehiz əmlakınında cavabdehlərin qaldığı ünvanda olduğunu və onlar tərəfindən həmin əmlaka laqeyd münasibət bəsləndiyini bildirib.Hal hazırda İddiaçı və övladı X5 faktiki yaşamağa evi olmadığı üçün göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək, məhkəməyə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, onlar iddiaçı cavbadeh İddiaçı qayınatası və qayınanasıdır. Cavabdeh3 və İddiaçı ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar.Cavabdeh1 İİ qrup əlil, yoldaşı X6 isə onkoloji xəstədir.Onlar bildirirlər ki İddiaçı ailə həyatı qurduqdan bir müddət cavabdehlərin faktiki istifadəsində olan evdə qalsalar da, sonradan dəfələrlə gəlini və onun qardaşları eləcə də oğulları onları döymüş və bu barədə “102” xidmətinə müraciət etmişlər.Cavabdeh1,X4 bildirirlər ki, oğulları bu evdə qeydiyyatda deyil, bu səbəblə iddianı qaldırmaq üçün İddiaçı subyektiv hüququ yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev 36, mənzil 5, Cavabdeh1 Bakı şəhəri , Nərimanov rayonu, H.Tarverdiyev küç, ev 6 , Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, döngə 5, 2-ci dalan, ev 4, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov küçəsi, ev 6 mənzilində qeydiyyatdadırlar; Sumqayıt Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 360407 saylı nikahın haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı ilə X8 arasında olan nikah bağlanmışdır.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 2672 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Əliyev, qadına Əliyeva soyadı verilmişdir; Sumqayıt Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 666136 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X11 xx.xx.2021-ci il tarixdə dünyaya gəlmiş bu barədə doğum haqda akt qeydləri kitabında 6134 nömrə ilə qeyd edilmişdir.Atası Cavabdeh3 , anası İddiaçıdır. Abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə **********6700 abonent kodu Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin ünvanda “G-4” markalı ******* saylı mexaniki sayğac xx.xx.2011-ci ildə quraşdırılmış və xx.xx.2017-ci il tarixində “G-4” markalı 1702AZ**********73 saylı sayğacla əvəz edilmişdir; xx.xx.2022.ci il tarixli Sumqayıt şəhəri Xəzri MK-nın aktına əsasən müvafiq ərazidə yaşayan, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE №15349085 olan X3, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AA ******* olan X7 və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AA ******* olan X9 bildirmişdirlər ki, İddiaçı 2019-cu ildən Sumqayıt şəhəri Xəzri MK-nın 205-ci evdə yaşayan Cavabdeh3 evinə gəlin köçmüşdür. 2022-ci il yanvar ayının 5-də yoldaşının valideynləri tərəfindən evdən çıxarılmışdır. Bu ailənin 1 övladı var və onlar bir-birini çox sevirlər və imkanları olmadığı üçün həmin evin 1 otağında yaşamaq istəyirlər. xx.xx.2022-ci il tarixli 635 nömrəli arayışa əsasən, cavabdehlərdən xx.xx.1969-cu il tarixdə anadan olmuş Cavabdeh1 ailə tərkibi Cavabdeh2 və Cavabdeh3 ibarətdir. Cavabdeh1 ailəsi 1998ci ildən qanunsuz tikilmiş həmin evdə vergi ödəmədən hal-hazıra kimi yaşayırlar. xx.xx.2022-ci il tarixli Türkiyə Respublikası Kütahya 1 saylı notariat ofisinin notariusu Yaşar Altınoğlu tərəfindən qeydə alınan, Cavabdeh3 tərəfindən verilən razılığa əsasən arvadı İddiaçı və qızı X11 ilə birlikdə atası Cavabdeh1 və X2 hazırda yaşadığları və onun da yaşadığı Sumqayıt şəhəri, Xəzri MTK-da yerləşən 205 nömrəli mənzildə məskunlaşıb yaşamalarına razılıq verir və heç bir etirazı yoxdur. xx.xx.2022-ci il tarixli № MŞB-5-02704 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən məktub göndərilməklə poçt vasitəsilə ilə məlumatlandırılmış, lakin telefonla əlaqə zamanı, mediasiya prosesində iştirak etməkdən imtina etdiyini bildirmişdir.İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mənləğində mediasiyaya dair xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı oğlu tərəfindən 50,4 (əlli manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Xəzri MTK-da yerləşən 205 nömrəli mənzil Cavabdeh1 tərəfindən tikilmişdir və hazırda onun istifadəsindədir. Cavabdeh3 İddiaçı ilə nikah münasibətində olmuş münasibətlərində olmuş, 2019cu ildən mübahisəli evdə yaşamış daha sonra Cavabdeh1 tərəfindən həmin evdən çıxarılmışdır.Mübahisəli ev özbaşına tikilidir, tərəflərin hər hansı birinin mülkiyyətində deyil. İddiaçı hazırda həmin mənzilə köçürülməsini tələb edir. Cavabdehlər Cavabdeh1,Cavabdeh2 iddianı qəbul etmir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Eyni zamanda, iş materialları və tərəflərin izahatı ilə müəyyən edilir ki, Cavabdeh3 həmin tikilinin alınmasında iştirakı olmamış, bundan başqa həmin ünvanda hər hansı qeydiyyatı yoxdur. Cavabdeh3 İddiaçı ilə ailə münasibətləri olmasına baxmayaraq, mübahisələndirilən yaşayış sahəsinə hər hansı subyektiv hüququ yoxdur. Bu səbəblə iddiaçının özbaşına tikilidə yaşaması digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqlarını məhdudlaşdırır. Digər tərəfdən, iddia ərizəsi üzrə Cavabdeh3 iddia tələbini qəbul etməsi və etiraf etməsi iddanın təmin olunması üçün əsas yarada bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz...Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır. Məhkəmə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub-pozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının ailə üzvü olmayan şəxsin iddiaçının istifadəsində olan yaşayış sahəsini zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. İddiaçı qanunsuz müdaxiləsi nəticəsində tikilidən öz istəyinə uyğun şəkildə istifadə etmək imkanından məhrum olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, Sumqayıt şəhəri, Xəzri MTK-da yerləşən 205 nömrəli mənzil Cavabdeh1 tərəfindən inşa edilmiş, nə Cavabdeh3, nə də onun həyat yoldaşı İddiaçı həmin yaşayış yerinin inşası, təmirində hər hansı rolu olmamış, iddiaçı bu halla bağlı sübut təqdim etməmişdir. İddiaçı həmin ünvanda cavabdehlərin razılığı olmadan yaşayıb. Hazırda tərəflər arasında münasibətlər gərgindir. Cavabdeh1 isə digər cavabdeh oğlu Cavabdeh3 imtina etdiyini bildirir. Bu səbəblə İddiaçı Sumqayıt şəhəri, Xəzri MK-da yerləşən 205 nömrəli mənzildə yaşaması cavabdehlər Cavabdeh1, Cavabdeh2 hüquqlarını pozur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 qarşı “ mənzilə köçürülmə” tələbinə dair iddiası rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3834/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3834/2022
25.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver