Məhkəmə qərarları › İş №2(005)-3835/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3835/2021

14.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3835/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İlkin iddia üzrə İddiaçı1 vəkili və nümayəndəsi X9 və ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair ilk, ilkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı əmlakın miras əmlak sayılması və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X3 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən ümumi sahəsi 61,6 kv.m olan 2 otaqlı 27 saylı evin, 15 saylı mənzili və “Qaz 2705” yük markalı **-MB-*** dövlət qeydiyyat nişanlı, “Zaz Slavuta 110307" markalı **-LD-*** dövlət qeydiyyat nişanlı və “Ford Transit” yük markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrindən ibarət miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi və qanun üzrə vərəsə kimi paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən 27 saylı evin, 15 saylı mənzili iddiaçılara mərhum atalarından miras qalmışdır. İddiaçı1 və İddiaçı3 həmçinin həmin ünvanda pasport qeydiyyatındadır. Sözügedən mənzilin mərhum ataları X10 ayrılmasına dair anaları Hüseynova Ülviyyə ilə birgə nikahda olduqları dövrdə, yəni 30.12.2004-cü il tarixli, 823 nömrəli Nərimanov rayon İcra hakimiyyətinin sərəncamı əsasında orderin verilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında 14.01.2005-ci il tarixdə Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən mərhum atalarının adına order verilmişdir. 06.06.2006-cı il tarixdə mərhum ataları ilə anaları arasında qeydə alınmış nikahları pozulmuşdur. 02.04.2007-ci il tarixdə isə mübahisəli mənzilə dair kirayə müqaviləsinin bölünməsi haqqında Nərimanov rayonu İcra hakimiyyəti başçısını 177 nömrəli sərəncamı verilmişdir. Həmin sərəncam əsasında sahəsi 10,6 kv.m olan 1 otaqlı mənzilin kirayəçisi mərhum ataları, ümumi sahəsi 51 kv.m olan 1 otaqlı mənzilin kirayəçisi isə anaları X14 hesab edilmişdir. Cavabdehlərdən biri olan Cavabdeh2 mərhum atalarının ikinci həyat yoldaşıdır. Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən 27 saylı evin, 15 saylı mənzilin atalarına məxsus olan 1 otaqlı hissəsinə cavabdehlə birgə nikahda olduqları dövrdə qeydiyyat vəsiqəsi alınsa da, həmin mənzil birgə nikah dövründə əldə olunmuş hesab oluna bilməz. Çünki, anaları birgə nikahda olduqları zaman dövlət tərəfindən həmin mənzilə dair order verilmişdir. Həmçinin, mərhum atalarının adına “Qaz 2705 yük” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı, “Zaz Slavuta 110307” markalı, **-LD- *** dövlət qeydiyyat nişanlı və “Ford Transit” yük markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri olmuşdur. İddiaçılar bildirir ki, onlar mərhum analarının 1-ci növbə vərəsələridirlər. Bu səbəbdən də qeyd edilən əmlaklara dair mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Cavabdeh1nə ərizə ilə müraciət etsələr də, 846 nömrəli qərar ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Bu səbəbdən də, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İlkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı əmlakın miras əmlak sayılması və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m olan 1 otaqlı 15 saylı mənzilin 1/2 hissəsi, "QAZ-2705 yük” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “ZAS Slavuta 110307" markalı **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Ford Tranzit yük” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras əmlak kimi sayılması barədə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m. olan 1 otaqlı 15 saylı mənzilin 4/5 hissəsinə, “QAZ-2705 yük” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2/5 hissəsinə, “ZAS Slavuta 110307” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 4/5 hissəsinə, “Ford Tranzit yük” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 4/5 hissəsinə vərəsə kimi payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mərhum X15 ilə 03.04.2010-cu il tarixində nikaha daxil olmuşdur. Nikah Masallı RİHB Kalinovka ərazi vahidi üzrə Nümayəndəliyinin nikahın Bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 12 nömrəli akt qeydi aparılmış və AZ-1 №570933 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. X5 01.12.2020-ci il tarixində COVİD-19 xəstəliyindən vəfat etmişdir. Ərinin vəfatından sonra 16.01.2018-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatından keçmiş Bakı şəhəri Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsində yerləşən ümumi sahəsi 11 kv.m olan 1 otaqlı 27 saylı evin 15 saylı mənzili, “QAZ- 2705 yük" markalı **-MB-*** dövlət qeydiyyat nişanlı, "ZAS Slavuta 110307” markalı 90- LD-194 dövlət qeydiyyat nişanlı və “Ford Tranzit yük" markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri miras qalmışdır. Miras qalmış əmlakın vərəsə kimi qəbul edilməsi məqsədilə Cavabdeh2, qanunvericilikdə müəyyən edilmiş müddət ərzində maraqlı şəxs Cavabdeh1nə müraciət etmiş və ondan başqa 1-ci növbədə digər vərəsələr iddiaçıların və mərhumun anası X7 olmasını bildirmişdir. Həmçinin notariat ofisinə mərhumun atası X11 ölüm haqqında şəhadətnaməsini təqdim etmişdir. Notariat ofisində vərəsəlik işi açılmış və vərəsələri notariat ofisinə dəvət etmişlər. X16 notariusun çağırışına əsasən, notariat ofisinə gəlmiş və ona düşən miras paydan Cavabdeh2 xeyrinə imtina etməsi barədə 10.02.2021-ci il tarixli ərizə vermişdir. İddiaçılar isə, notariat ofisinə ərizə ilə müraciət edərək, mübahisə məhkəmə müstəvisində olması səbəbindən vərəsəlik işinin dayandırılmasını xahiş etmişlər. Cavabdeh2 iddiaçıları vərəsə kimi qəbul edir, onların mərhum atalarına çatan paydan miras payı almalarına etiraz etmir. Lakin, hesab edir ki, miras əmlak iddiaçıların iddia ərizəsində qeyd edildiyi qaydada deyil, ədalətli və qanuni şəkildə bölünməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı1 vəkili və nümayəndəsi X18 ilkin iddia tələbini müdafiə edib, iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi X12 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməklə, miras əmlakın bütün vərəsələr arasında bərabər paylarda bölünməsini xahiş etdi. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, ilkin və qarşılıqlı iddia ərizələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir: Mülki işin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 30.12.2004-cü il tarixli 823 nömrəli Sərəncamından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m olan 1 otaqlı 15 saylı mənzil X10 və onun ailəsinə Nərimanov Rayon XDS İcraiyyə Komitəsi tərəfindən 25.10.1991-ci il tarixdə 19 saylı qərarla mənzil növbəsi çatanadək müvəqqəti istifadə üçün verilmişdir. Sözügedən sərəncamla həmin mənzilə mülkiyyət hüququ daimi order əsasında X10 və onun ailəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m olan 15 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payda X10 məxsus olmuşdur və bu barədə 16.01.2018-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli 30703/221 saylı sorğuya cavab məktubundan müəyyən olunur ki, X6 adına 08.12.2003-cü il tarixdən “QAZ 2705 YÜK” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı, 11.05.2011-ci il tarixdən “Zaz Slavuta 110307” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı və 05.11.2020-ci il tarixdən “X32” markalı, **-OF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. İş materiallarında olan Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 dekabr 2020-ci il tarixli, AZ-İİ 134647 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X15 04.12.2020-ci il tarixdə Covid-19 xəstəliyindən ölmüş və bu barədə 04.12.2020-ci il tarixdə 1175 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 31 may 2021-ci il tarixli 846 nömrəli məktubdan müəyyən olunur ki, 01.12.2020-ci il tarixdə ölmüş X4 miras qalmış daşınmaz və daşınar əmlaklara dair mülkiyyət hüquqlarının tanınması üçün vərəsələr arasında mübahisə olması səbəbindən məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İş materiallarında olan Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş 06 iyul 2006-cı il tarixli, AZ-İ 057147 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, X15 ilə X19 arasındakı nikah pozulmuşdur və bu barədə 06.07.2020-ci il tarixdə 164 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 100088 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı1 xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X13r. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 313999 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı1 Bafadar qızı 15 noyabr 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X13r. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 385973 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı3 18 avqust 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X13r. İş materiallarında olan Masallı Rayon R.İ.H.B Kalinovka ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.04.2010-cu il tarixli AZ-İ 570933 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X15 və X8 03 aprel 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə 12 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan **********87 nömrəli ərizədən müəyyən olunur ki, X17 01.12.2020-ci ildə vəfat etmiş oğlu X4 miras qalmış əmlakdan ona düşən paydan gəlini Cavabdeh2 xeyrinə imtina etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Bakı şəhəri 21 saylı Notariat ofisinə ünvanlanmış ərizədən müəyyən olunur ki, Cavabdeh2 öz ərizəsində X6 01.12.20202-ci il tarixdə vəfat etdiyini, ondan qalan miras əmlakın “X32” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m olan 15 saylı mənzildən ibarət olduğunu, özündən başqa vərəsənin yalnız mərhumun anası X17 olduğunu, onlardan başqa vərəsələrin mövcud olmadığını bildirmişdir. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən- ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mülki işin mübahisəsiz hallarından müəyyən olunur ki, X15 ilə X19 arasındakı nikah 06.07.2020-ci il tarixdə pozulmuşdur. X15 və X8 03 aprel 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. X15 04.12.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrlə ilkin iddia üzrə iddiaçıların X6 övladları olduğu müəyyən edilmişdir. Mərhumun övladları, arvadı və valideyni 1-ci növbədə qanun üzrə vərəsələr sayılır. X17 01.12.2020-ci ildə vəfat etmiş oğlu X4 miras qalmış əmlakdan ona düşən paydan Cavabdeh2 xeyrinə imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların atasından miras qalmış mənzil, çıxarışdan göründüyü kimi, mərhumun adına 16.01.2018-ci ildə, yəni Cavabdeh2 ilə birgə nikah dövründə əldə edildiyindən, o, ər və arvadın bərabər paylarla birgə əmlakıdır və həmin mənzilin 1/2 hissəsi miras əmlak kimi vərəsələr arasında qanunla müəyyən edilmiş qaydada bölünməlidir. Eyni qaydada da “ZAS Slavuta 110307" markalı **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Ford Tranzit yük” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə aldığından onlar da ər və arvadın bərabər paylarla birgə əmlakıdır və həmin avtomobillərin 1/2 hissəsi miras əmlak kimi vərəsələr arasında bölünməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m. olan 1 otaqlı 15 saylı mənzilin 1/2 hissəsi, “ZAS Slavuta 110307” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsi, “Ford Tranzit yük” markalı **-OF- *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə və “QAZ- 2705 yük" markalı **-MB- *** dövlət qeydiyyat nişanlı avtomobilə X17, Cavabdeh2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 bərabər paylarla miras əmlaka pay hüquqları tanınmalıdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia və qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m. olan 1 otaqlı 15 saylı mənzilin 1/2 hissəsi, “ZAS Slavuta 110307” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsi, “Ford Tranzit yük” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə və “QAZ- 2705 yük" markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə X17, Cavabdeh2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 bərabər paylarla miras əmlaka pay hüquqları tanınsın. Qalan hissədə iddialar təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar