Məhkəmə qərarları › İş №2(005)-3847/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3847/2022

06.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3847/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Səfərova (Hümbətova) Elnarə Xanməmməd qızı Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum haqqında şəhadətnamənin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Ermənistanın Mehri rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnamə almaq niyyətindədir. Hazırda doğum haqqında şəhadətnaməni itirmiş və harada olması barədə məlumatı yoxdur. Doğum haqqında şəhadətnamə almaq üçün Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə imtina olunmuşdur. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Səfərova (Hümbətova) Elnarə Xanməmməd qızı ərizəsinə uyğun izahat verərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsinin ona zəruri sənədlərin rəsmiləşdirilməsi məqsədilə lazım olduğunu bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistanın Mehri rayonunda doğulmuşdur; Nikahın bağlanması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X19 ilə X4 nikahları xx.xx.1985-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Səfərova” soyadı verilmişdir. X2 19 avqust 1965-ci il tarixdə Ermənistan SSR, Mehri rayonunda doğulduğu qeyd edilmişdir; AZE seriyalı, 02365881 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1942-ci il tarixdə Qubadlı rayonunda doğulmuşdur; AZE seriyalı, 09585592 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,anası X9 xx.xx.1935-ci il tarixdə Ermənistanın Mehri rayonunda doğulmuşdur; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, anası X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, qardaşı X8 ata qrafasında “X5, milliyyəti azərbaycanlı” qeyd edilmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, qızı X12 xx.xx.1990-cı il tarixində doğulmuş, ata qrafasında “X19”, ana qrafasında “Ərizəçi, milliyyəti azərbaycanlı” qeyd edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05123 saylı məktubdan görünür ki, qanunvericiliyin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadığından vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilməlidir; Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, ərizəçinin qardaşı arvadıdır və 2005-ci ildən onu tanıyır. Ərizəçinin doğulduğu yer Ermənistanda yerləşən, Mehri kəndidir. Atası Xanməmməd, anası Zəhradır. Bir müddət Mehri kəndində yaşamaları, daha sonra Qubadlı rayonuna köçməsi barədə məlumatı olmuşdur; Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, ərizəçi onun bacısıdır, milliyyəti azərbaycanlıdır. Bacısı Ermənistanın Mehri rayonunda doğulmuşdur, ailədə 3 uşaq olmuşlar. X1r. Bacısının 5-6 yaşı olanda ailəsi Qubadlı rayonuna köçmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi xx.xx.1965ci il tarixdə Ermənistan SSR-nin, Mehri rayonunda anadan olmuş, atası X5, anası isə X6r, milliyyəti azərbaycanlıdır. Nikahdan sonra “Səfərova” soyadını qəbul etmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməni itirmişdir. Maraqlı şəxsə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara və şahid ifadələrinə əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və sənədlərin əsli olmaması səbəbindən qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkün olmadığından, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Hümbətova (Səfərova) Elnarə Xanməmməd qızının xx.xx.1965-ci il tarixdə, Ermənistan SSR, Mehri rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı "Hümbətova”, adı "Elnarə”, ata adı “Xanməmməd”, doğum tarixi “xx.xx.1965-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Mehri rayonu”, ata qrafasında “X5, milliyyəti azərbaycanlı”, ana qrafasında “X9, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Hümbətova (Səfərova) Elnarə Xanməmməd qızının xx.xx.1965-ci il tarixdə, Ermənistan SSR, Mehri rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı "Hümbətova”, adı "Elnarə”, ata adı “Xanməmməd”, doğum tarixi “xx.xx.1965-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Mehri rayonu”, ata qrafasında “X5, milliyyəti azərbaycanlı”, ana qrafasında “X9, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar