Məhkəmə qərarları › İş №2(005)-3856/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3856/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3856/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Nərimanov Rayon Şöbəsinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Nərimanov Rayon Şöbəsinə qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov Rayon şöbəsindən 2240 manat məbləğində əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2270 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 20 saylı vəkil Bürosu və vəkil İddiaçı ilə cavadeh Azərbaycan Respublikasının Əmək və Əhdinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi arasında hüquqi yardım haqqında 470, 471, 472, 473, 474, 475, 527, 534, 568, 632, 633, 638, 716, 717 saylı müqavilələr bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən Bakı şəhər 20 saylı vəkil börüsunun vəkili İddiaçı tərəfindən cavadeh orqan üçün kassasiya şikayətləri yazılmış və Ali Məhkəmədə onu təmsil elmişdir. Bağlanmış müqavilənin 2.1-ci maddəsininə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 150 manat və əlavə 10 manat marka pulu olmaqla, cəmi 160 müəyyən olunur və barışıq razılaşması yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. Tərəflər arasında bağlanmış müqavilənin taıixlərdindən 2 ilə yaxın vaxt keçməsilə baxmayaraq cavadeh orqan tərəfindən hələdə müqavilələrin ümumi dəyəri olaraq 2240 manat hələdə ödənilməyib. Bunu tərəflər arasında imzalanmış İ6 iyul 2020-ci il tarixli akt da təsdiq edir. Dəfələrlə cavadeh orqana şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilənin 2.1-ci bəndi üzrə öhdəliyini yerinə yetirmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 20 saylı vəkil Bürosu və vəkil İddiaçı ilə cavadeh Azərbaycan Respublikasının Əmək və Əhdinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi arasında hüquqi yardım haqqında 470, 471, 472, 473, 474, 475, 527, 534, 568, 632, 633, 638, 716, 717 saylı müqavilələrdən müəyyən olunur ki, bağlanmış müqavilənin şərtlərinə əsasən Bakı şəhər 20 saylı vəkil börüsunun vəkili İddiaçı tərəfindən cavadeh orqan üçün kassasiya şikayətləri yazılmış və Ali Məhkəmədə onu təmsil elmişdir. Bağlanmış müqavilənin 2.1-ci maddəsininə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 150 manat və əlavə 10 manat marka pulu olmaqla, cəmi 160 müəyyən olunur və barışıq razılaşması yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. İş materiallarında olan 16 iyul 2020-ci il tarixli üzləşmə aktından müəyyən olunur ki, AR Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Nərimanov Rayon Şöbəsinin müdiri X1 Bakı şəhəri 20 saylı vəkil Bürosu və vəkil İddiaçı ilə cavadeh Azərbaycan Respublikasının Əmək və Əhdinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi arasında hüquqi yardım haqqında 470, 471, 472, 473, 474, 475, 527, 534, 568, 632, 633, 638, 716, 717 saylı müqavilələr üzrə AR Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Nərimanov Rayon Şöbəsinin Bakı şəhəri 20 saylı vəkil Bürosuna 2240 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki Məcəllənin 509-cu maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Bakı şəhəri 20 saylı vəkil Bürosu və vəkil İddiaçı ilə cavadeh Azərbaycan Respublikasının Əmək və Əhdinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi arasında hüquqi yardım haqqında 470, 471, 472, 473, 474, 475, 527, 534, 568, 632, 633, 638, 716, 717 saylı müqavilələr bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən Bakı şəhər 20 saylı vəkil börüsunun vəkili İddiaçı tərəfindən cavadeh orqan üçün kassasiya şikayətləri yazılmış və Ali Məhkəmədə onu təmsil elmişdir. Bağlanmış müqavilənin 2.1-ci maddəsininə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 150 manat və əlavə 10 manat marka pulu olmaqla, cəmi 160 müəyyən olunur və barışıq razılaşması yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. Tərəflər arasında bağlanmış müqavilənin taıixlərdindən 2 ilə yaxın vaxt keçməsilə baxmayaraq cavadeh orqan tərəfindən hələdə müqavilələrin ümumi dəyəri olaraq 2240 manat ödənilməyib. Bunu tərəflər arasında imzalanmış İ6 iyul 2020-ci il tarixli akt da təsdiq edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov Rayon şöbəsindən 2240 manat məbləğində əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2270 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh AR Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Nərimanov Rayon Şöbəsindən 2240 manat pul məbləği və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 2270 (iki min iki yüz yetmiş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar