Məhkəmə qərarları › İş №2(005)-3856/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3856/2023

23.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3856/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçııİddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 25 06.2023-cü il tarixli 212/k nömrəli əmrinin etibarsız hesab edilməsi və iddiaçının Azərbaycan Respublikası X2 Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsininnaparıcı mütəxəssisi vəzifəsinə işə bərpa edilməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı nəqliyyatın idarə edilməsi sahəsində əmək fəaliyyətinə xx.xx.2014-cü ildə X4 Xidmətinin 14 saylı X8 MMC-də texnik-mexanik vəzifəsində başlamış, 25 iyun 2023-cü il tarixədək də Şamaxı rayonunda bir-birini əvəz edən və bir-birinin hüquqi varisi olan idarələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Hər dəfə vəzifəsi dəyişiləndə iddiaçıdan iki ərizə almışlar. Biri əmək müqaviləsinə xitam verilməsi barədə, digəri isə vəzifəyə təyin edilmə barədə. Əmək kitabçasına baxdıqda bunu görmək mümkündür. Məsələn, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən “öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilib. Ardınca xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası X2 Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsininnaparıcı mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Bu qayda bir-neçə dəfə təkrarlanıb. Eyni qaydada xx.xx.2023-cü il tarixdə də iddiaçıya iki ərizə yazdırılıb (hər iki ərizənin fotoşəklini həmin vaxt çəkmişdir və həmin fotoşəkillər iddia ərizəsinə əlavə edilir). Biri əmək müqaviləsinə xitam verilməsi barədə, digəri isə X3 İdarəsininnbaş mütəxəssisi vəzifəsinə təyin edilməyi barədə olmuşdur. Hər dəfə vəzifəyə təyinat üçün bu qaydadan istifadə olunduğu üçün iddiaçı bildirir ki, deyiləni etmişdir. Lakin bu dəfə ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, amma vəzifəyə təyin edilməyi barədə ərizəsi təmin edilməmişdir. Yəni iddiaçı aldadılaraq işdən azad edilmişdir. İddiaçı bildirir ki, bir müddət onu aldatmağa davam etmiş, vəzifəyə təyin olunacağını bildirdilər. Lakin xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubunu alandan sonra aldadıldığını anlamışdır. İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən ərizəsinin etibarsız hesab edilməsini bildirsə də, əmək müqaviləsinə dərhal xitam verildiyi üçün bu istəyi yerinə yetirilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 212/k nömrəli əmr Əmək Məcəlləsinin 83-cü və 84-cü maddəsinə uyğun verilməmişdir. Belə ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası ilə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. Ona görə də, həmin əmr etibarsız hesab olunmalıdır. xx.xx.2023-cü il tarixli 212/k nömrəli əmrə nəzər yetirdikdə görünür ki, əmr iki hissədən təsviri (giriş) hissədən və qərar hissədən ibarətdir. Əmək müqaviləsinin ləğv edilməsinin əsası ilə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi qərar hissəsində göstərilməmişdir. Təsviri (giriş) hissədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndini və digər maddələri rəhbər tutaraq əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin kobud pozuntusudur. Məhkəməyə müraciət edilməmişdən əvvəl mediasiya prosesinin tətbiqi barədə Azərbaycan Respublikası X2 Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə xx.xx.2023-cü il tarixdə təklif göndərmişdir. Lakin cavabdeh tərəfindən təklifə münasibət bildirilməmiş və xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya prosesində iştirak edilməmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, aldadılma nəticəsində imzaladığı 25 iyun 2023-cü il tarixli işdən çıxmasına dair ərizəsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 25 06.2023-cü il tarixli 212/k nömrəli əmrinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası X2 Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsininnaparıcı mütəxəssisi vəzifəsinə işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X10 tərəfindən məhkəməyə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, İddiaçı iddiasının təmin edilməməsini xahiş etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Hüseynov X5 Rayon Məhkəmisinə iddia ərizəsi verərək, əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra “AYNA”)-nın xx.xx.2023-cü il tarixli 212/k nömrəli əmrinin etibarsız hesab edilməsi və onun AYNA-nın Şamaxı regional İdarəsinəəaparıcı mütəxəssisi vəzifəsinə işə bərpa edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edilir ki, İddiaçı tərəfindən verilmiş iddia əsassızdır və iddia təmin edilməməlidir.1) İlkinnolaraq qeyd edilir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İş materiallarından göründüyü kimi, əmrin verildiyi xx.xx.2023-cü il tarixdən 36 gün sonra, yəni xx.xx.2023-cü il tarixində İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklif ilə Xidmətə müraciət etmiş, 08 sentyabr 2023-cü il tarixdə isə mediator tərəfindən İlkinnmediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Baxmayaraq ki, əmək münasibətlərinin xitamına dair əmr xx.xx.2023-cü il tarixində verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 18 sentyabr 2023-cü ildə müraciət etmişdir, yəni 85 gün sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, mediasiya prosesi ümumilikdə 39 gün ərzində davam etmiş və bu müddət mediatoru iddiaçıya verdiyi arayışla başa çatığından iddia müddətinin axımı davam etmişdir. İddiaçının iddia ərizəsi məhkəməyə 18 sentyabr 2023-cü ildə, yəni daxil olmuşdur. Qeyd edilir ki, iddiaçı mediasiyanın tətbiqi müddətini 39 gün uzatmaqla Mediasiya haqqında Qanunun 24.7-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, həmin maddəyə əsasən Mediasiyanın ümumi müddəti 30 gündən artıq olmamalı (İlkinnmediasiya sessiyası ən uzağı 30 avqust 2022-ci il tarixdə bitməli idi), bu müddət ancaq tərəflərin razılıqları ilə uzadıla bilər. Yuxarıda qeyd edilən pozuntular nəzərə alınsa belə (hal bu ki, bunun hər-hansı bir qanuni əsası yoxdur) iddiaçı iddia müddətini 6 gün ötürmüşdür. Həmçinin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətinin bərpa edilməsi məqsədi ilə ərizə ilə məhkəməyə müraciət etməmiş, həmin müddətin məhkəmə tərəfindən üzrlü hesab edilməsi üçün hər-hansı bir sübut təqdim etməmişdir. 2) İddiaçııtutduğu vəzifədən öz təşəbbüsü ilə azad olunması üçün 25 iyun 2023-cü il tarixli ərizə təqdim etmiş və ərizədə göstərilən gündə (xx.xx.2023) işdən azad olunmasını xahiş etmişdir. Həmin ərizə əsas götürülərək AYNA-nın 25 iyun 2023-cü il tarixli 212/k nömrəli əmri ilə AYNA Şamaxı regional idarəsinin aparıcı mütəxissisi İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə 25 iyun 2023-cü il tarixindən öz təşəbbüsü ilə xitam verilmişdir. İddiaçının işdə azad olunması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra “Məcəllə”) tələblərinə uyğun olaraq rəsmiləşdirilmişdir. Müvafiq əmrdən də göründüyü kimi iddiaçı Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində göstərilən əsaslarla öz təşəbbüsü ilə işdən azad olunmuşdur. İddiaçının əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası ilə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi qərar hissəsində göstərilməməsi iddiası tam əsassızdır. Belə ki, iddiaçı ilə əmək müqaviləsinin xitam əsası onun öz təşəbbüsü, Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi isə 68-ci maddəsinin 2ci hissəsinin “a” kimi əmrdə göstərilmişdir. 3) Həmçinin iddiaçı iddia edir ki, o işə qəbul ərizəsini AYNA-ya təqdim etmişdir, lakin AYNA tərəfindən qəbul olunmamışdır. Bildirilir ki, iddiaçının müvafiq işə qəbul ərizəsi AYNA-ya təqdim edilməmişdir. İddiaçı tərəfindən bunu təsdiq edəcək hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Onun bunun sübutu olaraq təqdim etdiyi ərizə sübut kimi qəbul edilə bilməz, qeyd edilən ərizə onun özü tərəfindən sonradan tərtib edilmişdir. Hətta belə bir ərizə ilə müraciət etsəydi belə və həmin ərizənin işəgötürən tərəfindən qəbul edilməsini təsdiq edəcək hər-hansı bir sübut olsaydı belə, həmin işə qəbul barədə ərizə AYNA üçün məcburi sayıla bilməz. Belə ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında tam azad, sərbəst və müstəqil bağlanılır, burada heç bir məcburiyyət nəzərdə tutula bilməz. 4) İddiaçııqeyd edib ki, işəgötürən bir təqvim ayını gözləməli və bir təqvim ayı bitdikdən sonra əmək müqaviləsini ləğv etməlidir. Lakin bildirilir ki, iddiaçı işdən çıxma ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü (xx.xx.2023-cü il) qeyd etmişdir, bu halda işəgötürən şəxsin həmin ərizədə göstərilən gündə şəxslə əmək müqaviləsinə xitam vermək hüququ vardır. Belə ki, Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Lakin hazırki iş üzrə iddiaçı əmək münasibətlərini dayandırmaq istədiyi günü ərizəsində göstərimişdir ki, bu da bir aylıq müddətinin gözlənilməsi istisna edir. Eyni zamanda Cavabdeh nümayəndəsi X10 iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə İddiaçı cavabdehə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Hüseyov Rəşadın işdən azad olunmasında dair əmrin verildiyi xx.xx.2023-cü il tarixdən 36 gün sonra, yəni xx.xx.2023-cü il tarixində İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklif ilə Xidmətə müraciət etmiş, 08 sentyabr 2023-cü il tarixdə isə mediator tərəfindən İlkinnmediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Göründüyü kimi, mediasiya prosesi ümumilikdə 39 gün ərzində davam etmiş və bu müddət mediatoru iddiaçıya verdiyi arayışla başa çatdığından iddia müddətinin axımı davam etmişdir. Göründüyü kimi, mövcud qanunvericiliyə görə iddiaçı tərəfə əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş, iddia ərizəsi ilə məhkəməyə 55 gün müddətində gecikməklə müraciət etmişdir. Qeyd edilir ki, hətta mediasiya müddəti nəzərə alınsa belə iddiaçı iddia müddətini 6 gün ötürməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X10 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ******* saylı Əmək kitabçasının surətindən görünür ki, 212/k saylı, X4 Xidmətinin 37/K saylı xx.xx.2018-ci il tarixli Əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə xitam verilmiş, 2028/K saylı xx.xx.2018-ci il tarixli əmri ilə Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-yə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi əsasında regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Sumqayıt regional bölməsinə aparıcı-mütəxəssis vəzifəsinə qəbul edilmişdir. X4 Xidmətinin 89/K saylı xx.xx.2022-ci il tarixli Əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 91/K saylı xx.xx.2022-ci il tarixli Əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 2 ay müddətinə əmək müqaviləsi bağlanmaqla Agentliyin Şamaxı regional idarəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 212/K saylı xx.xx.2023-cü il tarixli Əmrə əsasən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsinin aparıcı mütəxəssisi ilə bağlanmış əmək müqaviləsi AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının X2 Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sədrinin 25 iyun 2023-cü il tarixli 212/K №-li əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndini, 83-cü maddəsinin 2-ci hissəsini, 84-cü maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 4.11.5-ci və 4.11.10cu yarımbəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsinin aparıcı mütəxəssisi İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “25” iyun 2023-cü il tarixindən öz təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarında olan 14 saylı Mediasiya Təşkilatının İMSsdə İştirakkedilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00837 nömrəli arayışın surətindən görünür ki, X2 Nazirliyinin Cavabdeh nümayəndəsi İMSsdə iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının X2 Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən xitam verildiyi və bu səbəbdən əmək kitabçasının təhvil alınması xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sədrinə ünvanlanan 25 iyun 2023-cü il tarixli ərizədən görünür ki, öz istəyi ilə tutduğu vəzifədən azad edilməyi xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sədrinə ünvanlanan 25 iyun 2023-cü il tarixli ərizədən görünür ki, 25 iyun 2023-cü il tarixdən baş mütəxəssis vəzifəsinə təyin edilməyi xahiş etmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xxxxxxx000300 nömrəli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsində aparıcı mütəxəssis vəzifəsi həvalə olunmuşdur. Azərbaycan Respublikasının X2 Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sədrinin 25 iyun 2023-cü il tarixli 212/K №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndini, 83-cü maddəsinin 2-ci hissəsini, 84-cü maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 4.11.5-ci və 4.11.10-cu yarımbəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsinin aparıcı mütəxəssisi İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “25” iyun 2023-cü il tarixindən öz təşəbbüsü ilə xitam verilmişdir. Hazırda iddiaçı işdən çıxma barədə ərizəni aldadılma nəticəsində imzalamasına əsaslanaraq ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, iddiaçı qeyd edir ki, hər dəfə vəzifəsi dəyişiləndə iddiaçıdan iki ərizə - biri əmək müqaviləsinə xitam verilməsi barədə, digəri isə vəzifəyə təyin edilmə barədə alırdılar. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi,,sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsaəsn əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsi). Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydaları nəzərdə tutulmuşdur. Həmin maddənin 1-5-ci hissələrinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Qeyd edilən əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır (Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsi). Hazırki iş üzrə iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə yazaraq insult keçirdiyini, işləməyə səhhətinin imkan vermədiyini qeyd etmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarından və məhkəmə iclasında iştirak edən tərəflərin izahatından görünür ki, iddiaçının işdən çıxmasının başlıca səbəbi iddiaçının əmək müqaviləsinə aldadılma nəticəsində xitam verilməsi olmuşdur. Bu hal iddiaçı tərəfindən verilmiş əmək kitabçasından, eləcə də X4 Xidmətinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əmrlərindən aydın olur. Üstəlik də iddiaçının yazdığı işdən çıxma barədə ərizədə əmək qanunvericiliyində nəzərdə tutulmuş hallardan (əmək pensiyasına çıxması, təhsilini davam etdirmək zərurətinin olması, başqa işə getməsi və s.) hər hansı birinə istinad olunmasa da, cavabdeh (işəgötürən) tərəfindən elə həmin gün iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Qeyd olunan hal bir daha onu göstərir ki, cavabdeh iddiaçını əmək müqaviləsinə xitam verilməsi yəni onun işdən azad edilməsi məqsədilə aldatmışdır. Belə ki, qeyd olunan halın ayrılıqda mövcudluğu onu deməyə əsas vermir ki, işçi işəgötürən tərəfindən aldadılmışdır. Lakin hazırki işin faktiki hallarına məcmu halda nəzər yetirdikdə, iddiaçının bu barədə iddia tələbinin dəlillərinin əsaslı olması öz təsdiqini tapır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən ləğv edilmişdir. Mülki iş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı müxtəlif vaxtlarda Əmək Məcəlləsinin eyni maddəsi ilə, yəni 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmiş, bir neçə gün sonra yenidən həmin vəzifəyə və yaxud digər vəzifəyə təyin olunmuşdur. İddiaçı sonuncu ərizəni yəni xx.xx.2023-cü il tarixli ərizəni aldadılma, Azərbaycan X1 işlə təmin edəcəyi vədinə inanaraq yazdığını bildirir. Qeyd olunmalıdır ki, bu hal birbaşa sübutlarla təsdiq olunmasa da, işin gedişatı, əvvəllər də bu cür halların olması, iddiaçının bir neçə dəfə işdən azad olunma barədə ərizə yazması, daha sonra həmin işəgötürənə məxsus digər müəssisələrdə yeni vəzifəyə işə qəbul olunması, daha sonra işdən çıxmaq barədə ərizə yazması, ərizədə elə həmin gün konkret səbəblər qeyd edilmədən əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi, həmin ərizənin formal qaydada tərtib edilməsi, habelə işəgötürənin işçinin hansı səbəbdən həmin gün işdən azad olunmaq barədə istəyinin olması zərurəti araşdırılmadan, elə həmin gün də əmr imzalaması kimi hallar diqqətçəkən məqamlardır. Nəzərə alınmalıdır ki, işçi əmək münasibətlərində daha zəif tərəf olduğundan Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən halların təsiri altında işdən çıxmaq barədə ərizəni yazmasını sübuta yetirməsi, həmin halı birbaşa sübutlarla təsdiq etməsi demək olar ki, mümkünsüzdür. Bu baxımdan müvafiq hal araşdırılarkən tərəflərin münasibəti, işin gedişatı, şahid ifadələri və digər dolayı sübutlar obyektiv, hərtərəfli qiymətləndirilərək məcburiyyət, hədə-qorxu halının, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə hazırki halda isə aldadılma nəticəsində əmək müqaviləsinin ləğv edilibedilməməsi müəyyən edilməlidir. Hazırki işdə isə məhkəmə yuxarıda qeyd edilən halları və iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, iddiaçı işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı aldadılma nəticəsində iradəsi əleyhinə yazmağa məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları ilə və məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla öz təsdiqini tapmışdır. Göstərilən hallar tərəflər arasında qərəzli münasibətin mövcudluğunu, iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinin pozulması ilə işdən çıxarıldığını, işdən çıxmaq barədə ərizəni könüllü olaraq, öz iradəsi əsasında deyil, öz iradəsi əleyhinə yazdığını bir daha təsdiq edir. Yuxarıda qeyd olunduğu kimi, bu zaman məhkəmə, işçi tərəfindən öz iradəsi əleyhinə yəni aldatma nəticəsində yazmasını təsdiq edən birbaşa sübutun təqdim edilməsinin bir qayda olaraq mümkünsüzlüyünü nəzərə alır. Halbuki əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun.Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunvericiliklə qadağandır. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə uyğun olaraq, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Əmək Məcəlləsi ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət müəyyən edən 310-cu maddəyə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İddiaçının 25 iyun 2023-cü il tarixli işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsi tələbi ilə əlaqədar məhkəmə aşağıdakı qeyd edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan onun tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sədrinə ünvanlanan 25 iyun 2023cü il tarixli ərizənin qanuniliyi yoxlanılmalıdır. Mülki Məcəllənin 2.3-cü maddəsinə uyğun olaraq, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 339.2-ci və 339.3-cü maddələrinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbləri pozulduğundan, bu hal isə işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqlarının pozulması ilə nəticələndiyindən iddiaçının 25 iyun 2023-cü il tarixli işdən çıxma barədə ərizəsi, işəgötürənin əmri qanunsuz hesab olunmalı və o, əvvəllər tutduğu Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsininnaparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməli, eləcə də məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa cavabdehin nümayəndəsi bildirmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidməti ləğv edilmiş, ləğvetmə komissiyası yaradılmışdır. AR Prezidentinin 1463 saylı Fərmanı ilə Azərbaycan Respublikasının X2 Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi X15i yaradılmışdır. Lakin, X4 Xidmətinin varisi deyillər, bu səbəbdən də, iddiaçının əvvəllər bir neçə dəfə əmək müqaviləsinin ləğv edilərək, yenidən işə bərpa olunmasının cavabdehə heç bir aidiyyəti olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırda cavabdehin X4 Xidmətinin varisi olub-olmaması məsələsi o cümlədən də, üçüncü şəxslər qarşısında götürdüyü hər hansı öhdəliklərinə görə cavabdehlik məsələsi araşdırılmır. Məhkəmə hesab edir ki, sonuncunun ləğv edilib yenidən təşkil olunması idddiaçıya münasibətdə işin hazırki faktiki hallarını dəyişmir, yəni müəssisə ləğv edilib yenidən təşkil olunsa da iddiaçı əvvəlki kimi eyni vəzifədə eyni ixtisas üzrə işləməyə davam etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin etirazının bu dəlili ilə razılaşmaq olmaz. Göründüyü kimi iddiaçının hazırkı işdən çıxarılması ilə bağlı 25 iyun 2023-cü il tarixli ərizəsi onun həqiqi iradəsini ifadə etməmiş, iddiaçı yenidən əvvəllər olduğu kimi işə qəbul olunacağını yəqin etmişdir. Məhkəmə göstərilənlərə əsaslanaraq, belə qənaətə gəlir ki, həmin ərizə aldadılma nəticəsində yazıldığından etibarlı hesab edilə bilməz. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin vediyi ərizəyə münasibətdə aşağıdakıları qeyd edir. Eyni zamanda İddiaçı ötürülmüş müddətin üzrlü hesab edilməsini xahiş edərək, bununla bağlı yazılı ərizəsini təqdim etmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296.1-ci maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə, yuxarıda qeyd olunanları əsas götürərək bildirir ki, iddiaçı tərəfindən belə bir iddia ilə məhkəməyə müraciət edilməsi üçün müddət ötürülmüşdür. Belə ki, iddiaçı onunla əmək müqaviləsi ləğv edildikdən sonra müddət ötürülməklə, məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı məhkəmə iclaslarındakı izahatlarında, o cümlədən iddia tələbinin dəlillərində, habelə ötürülmüş müddətin üzrlü hesab edilməsi ilə bağlı məhkəməyə yazılı müraciətində iddia müddətinin ötürülməsinin üzrlü səbəblərdən yol verildiyini bildirmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı eyni halla bir neçə dəfə qarşılaşdığına görə bu dəfə də gözləmə mövqeyində olmuş, onunla yeni əmək müqaviləsi bağlanacağına ümid etmişdir. Beləliklə də, məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Lakin məhkəmə hesab edir ki, işin faktiki halları nəzərə alındıqda, iddiaçı tərəfindən ötürülmüş iddia müddəti üzrlü hesab edilərək, bərpa edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikasının X2 Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli 212/k əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçııİddiaçı xx.xx.2023-cü il tarixli işdən çıxma barədə ərizəsi etibarsız hesab edilməli və həmin ərizə əsasında Cavabdeh X15 tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 212/K saylı əmr ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və ona iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli işdən çıxma barədə ərizəsi etibarsız hesab edilsin və həmin ərizə əsasında Cavabdeh X15 tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 212/K saylı əmri əmr ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar