Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3858/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X6 və X3 qarşı “mülkiyyətçinin dəyişdirilməsi ilə əlaqədar mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6 və X3 qarşı “mülkiyyətçinin dəyişdirilməsi ilə əlaqədar mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və X1 Bakı şəhəri, ünvan 1 ünvan AZ1033, ünvan 2tirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsindəki 11/14 saylı evin 38 saylı 2 otaqlı mənzilini Bakı şəhəri 21 saylı notariat kontorunda rəsmiləşdirilmiş 23 fevral 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh X4 almışdır. Alqı-satqı Müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterində həmin mənzilə 26.U2.2016-cı il tarixdə RX seriyalı ******* saylı mülkiyyəti hüququ verən Çıxarış verilmişdir. Hal-hazırda cavabdehlər X7 və X5 ona məxsus mübahisəli mənzil qeydiyyatdadırlar. Cavabdehlər 5 ildən artıqdır ki, mübahisəli mənzildə qalır və mülkiyyətçinin dəyişməsi ilə əlaqədar həmin mənzilə hüquqlarını itirmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər məhkəmənin iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmğı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və İddiaçı məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdehlər X7 və X2 məhkəmə iclasına gəlməmələri ilə yanaşı işə onların iştirakı olmadan baxılmasını tələb etmədiklərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və İddiaçı izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X6 və X3 qarşı “mülkiyyətçinin dəyişdirilməsi ilə əlaqədar mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3858/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3858/2021
16.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver