Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3868/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı cavabdeh “AR Dövlət Neft Şirkəti”-nə (SOCAR) qarşı “əmək şəraitinin xüsusi zərərli olması barəsində arxiv arayışının verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “AR Dövlət Neft Şirkəti”-nə (SOCAR) qarşı “əmək şəraitinin xüsusi zərərli olması barəsində arxiv arayışının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəyə müraciət edərək, ona əmək şəraitinin xüsusi zərərli olması barəsində arxiv arayışının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(005)-830/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Rspublikası Heydər Əliyev adına X1rşı “əmək şəraitinin xüsusi zərərli olması barəsində arxiv arayışının verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(005)-830/2019 nömrəli qətnaməsindən görünür ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisə üzrə iddia ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Belə ki Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(005)-830/2019 nömrəli qətnaməsində cavabdeh hazkı iddia ərizəsindəki cavabdehlə eyni olmasa da məhkəmə iddiaçı tərəfindən mahiyyət olaraq eyni tələbin irəli sürüldüyünü nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən İddiaçı cavabdeh “AR Dövlət Neft Şirkəti”-nə (SOCAR) qarşı “əmək şəraitinin xüsusi zərərli olması barəsində arxiv arayışının verilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 263, 264-cü maddələrin əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “AR Dövlət Neft Şirkəti”-nə (SOCAR) qarşı “əmək şəraitinin xüsusi zərərli olması barəsində arxiv arayışının verilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin və sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3868/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3868/2021
17.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver