Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3876/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 1887,29 manat dövlət vəsaitinin Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 21.09.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, mərhum anası X3 05.08.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh anasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına 30.09.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Cavabdeh tərəfindən 2497,12 manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X12 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respubliası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq, ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 2497,12 manat məbləğindən çıxılmış, qalan 1887,29 manat məbləğində pul vəsaiti isə Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh 1887,29 manat borcu Filialın hesabına ödəməyi barədə şifahi müraciət edilmişdir. 26.01.2021-ci il tarixində cavabdehə məktub göndərilərək, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması tələb edilmiş, əks təqdirdə qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Məhkəmə iclasında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsini əsassız hesab edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: 2 saylı Bakı “Asan Xidmət” X5 10 avqust 2020-ci il tarixli, AZ-İİ № 100078 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05.08.2020-ci il tarixdə vəfat etmiş; bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 avqust 2020-ci il tarixdə 790 № ilə qeyd edilmişdir; Cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 21 sentyabr 2020-ci il tarixli ərizənin surətindən və məzmunundan görünür ki, o, 05.08.2020-ci il tarixdə vəfat etmiş anası mərhum X3 dəfn xərclərinin ödənilməsində köməklik göstərilməsini xahiş edir; DSMF-nin görünür ki, X3 plastik kartına 13 avqust 2020-ci il və 15 sentyabr 2020-ci il tarixlərdə tarixdə 1334.67 manat məbləğində köçürülmə baş vermişdir; Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə baxışında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan X6 05.08.2020-ci il tarixdə vəfat etməsinə baxmayaraq, onun ölümü haqqında məlumat, həmçinin ölüm haqqında şəhadətnamə Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməmişdir. Bu səbəbdən 15 sentyabr 2020-ci il tarixdə mərhum X3 plastik pensiya kartına növbəti pensiya məbləği – 1334.67 manat köçürülmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfindən əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 2497,12 manat məbləğindən çıxılmış, qalan 1887,29 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; -1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanununun -37.8–ci maddəsinə əsasən, Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; -38-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur; - 39.1.-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur; -42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. İddia ərizəsinin məzmunundan və iş materiallarından aydın olur ki, mərhum X6 05.08.2020-ci il tarixdə vəfat etsə də, Cavabdeh tərəfindən anasının ölümü haqqında məlumat verilmədiyinə və ölüm şəhadətnaməsi təqdim edilmədiyinə görə 15 sentyabr 2020-ci il tarixdə 1334.67 manat məbləğində pensiya X3 hesabına keçirilmişdir. Bu pul, cavabdeh tərəfindən götürülmüşdür. Filialın dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, o, heç bir hüquqi əsası olmamasına baxmayaraq, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılmasından boyun qaçırmışdır. Beləliklə, əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 2020-ci il sentyabr ayı üçün əmək pensiyasından çıxılaraq, qalan pul vəsaiti Cavabdeh tutulub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanıb artıq ödənilmiş 2020-ci il sentyabr ayı üçün əmək pensiyasından çıxılaraq, qalan pul vəsaiti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3876/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3876/2021
14.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver