Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3879/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X6, Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X11 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X11 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, X3 və Cavabdeh5 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti, ev 5, 17 saylı mənzildən, cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X4 və Cavabdeh11 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5, 36 saylı mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5, 17 və 36 saylı mənzillər iddiaçının xüsusi mülkiyyətindədir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən seriya RX № ******* saylı iddiaçının adına hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 30 ildən artıqdır ki, cavabdehlər iddiaçıya məxsus mənzillərə özbaşına köçərək yaşayırlar. Əvvəllər mərhum atası dəfələrlə cavabdehlərə anasının mülkiyyətində olan mənzillərdən çıxmağı təklif etsə də, onlar buna məhəl qoymayaraq mənzildən çıxmamışlar. Mənzillər xüsusi mülkiyyətlə iddiaçıya keçdikdən sonra cavabdehlərə mənzildən çıxmaları barədə xəbərdarlıq etsə də, onlar yenə də mənzildən çıxmamışlar. Hazırda qaynanasına məxsus çox pis şəraiti olan birotaqlı evdə yaşayırlar. Bundan başqa, iddiaçı qeyd edir ki, ögey qızı boşanıb gəlib onlarla birgə yaşayır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X14 ayrı-ayrılıqda iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianı müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 iddia tələbinin əsassız olduğunu bildirib, hazırda onların başqa yaşamaq üçün yerləri olmadığını, habelə işğaldan azad edilmiş torpaqlarda mənzillə təmin edilənədək, hazırda mənzildən çıxarılmalarına dair iddianın təmin edilməsinin heç bir hüquqi əsasının olmadığını, bu səbəbdən də iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər və Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə digər cavabdehlərin və üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5 ünvanında yerləşən 17, 36 saylı mənzillər İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Nərimanov rayonu MKTB 54 saylı MKİS tərəfindən ünvan 1 ünvanlanan xx.xx.2023-cü il tarixli, 54/2023 №-li cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5, mənzil 17də Ağdam rayonundan olan məcburi köçkünlər - Cavabdeh1, X7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5; Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5, mənzil 36da isə Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8, Cavabdeh11 yaşayırlar. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin X9 ünvanlanan xx.xx.2011-ci il tarixli, 06/5610 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5 ünvanında yerləşən 36 saylı mənzildə qaçqın və məcburi köçkün ailəsinin məskunlaşdığı aşkar olunmuşdur. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin X9 ünvanlanan xx.xx.2011-ci il tarixli, 03/5260 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5 ünvanında yerləşən 17 saylı mənzildə qaçqın və məcburi köçkün ailəsinin məskunlaşdığı aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhər İcra hakimiyyəti Başçısının Aparatı TTexniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilən 05 sentyabr 1995-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5 ünvanında yerləşən 17 saylı mənzil X1 şəxsi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5 ünvanında yerləşən 17, 36 saylı mənzil X5 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2011ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 5, 17,36 saylı mənzil ilkin olaraq xx.xx.1995-ci il tarixdə X1 adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 38 saylı DNK-nın 2V-1-90 reyestr nömrəli xx.xx.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında həmin mənzil X5 adına rəsmiləşdirilmişdir. 1 saylı Bakı “ASAN xidmət" mərkəzi notariusu tərəfindən təsdiq olunmuş 2V-108 reyestr nömrəli xx.xx.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında sözügedən mülk İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 14 iyun 2008-ci il tarixdə vəfat etmiş X1 vərəsəsidir və şəhadətnamə verilən miras əmlak - Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5, mənzil 17, 36 ünvanında yerləşən, y/s-32.36 kv.m olan 2 otaqlı mənzildən ibarətdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 5, 17, 36 saylı mənzil İddiaçı məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin X9 ünvanlanan məktublarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5 ünvanında yerləşən 17,36 saylı mənzildə qaçqın və məcburi köçkün ailəsinin məskunlaşdığı aşkar olunmuşdur. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına əsasən «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X11 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən: Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Eyni zamanda həmin qərarda qeyd edilir ki, “...sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 5, 17, 36 saylı mənzilin iddiaçının mülkiyyətində olması, cavabdehlərin məcburi köçkün olduqdan sonra iddiaçıya məxsus mənzildə məskunlaşmaları işin mübahisəsiz hallarıdır. Yuxarıda qeyd edilən Konstitusiya müddəaları və beynəlxalq hüquq normaları mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmasını tələb edir. Yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması, dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququ ilə bağlı mülkiyyət hüququ məhdudlaşdırıla, yaxud müsadirə edilə bilər. Hazırkı mübahisə üzrə qeyd edilən halların hər hansı biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu halda, iddiaçı mülkiyyətində olan Mənzilini cavabdehlərdən geri tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsinin hüquqi əsasları göstərilmişdir. Qeyd edilən müddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməsinə imkan verir. İşin şərh edilən halları MM-nin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasını təsdiq edir. Odur ki, iddiaçının ona məxsus Mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin Mənzildən çıxarılmalı, Mənzil iddiaçıya təhvil verilməklə iddia təmin edilməlidir. Mənzilin mülkiyyətçisinin iddiaçı olması işin yuxarıda da qeyd edildiyi kimi işin mübahisəsiz halıdır. Mənzilin cavabdehlərin sahibliyində olması da iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Mənzilin cavabdehlərin sahibliyində qanunsuz olması ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, cavabdehlərin mənzilə dair hər hansı məzmunda hüquq müəyyənedici sənədləri mövcud deyil. Məhkəmə qeyd edir ki, cavabdehlərin məcburi köçkün kimi mənzildə yaşamaları qanuni əsas hesab edilə bilməz. Belə ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşmaları iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ayrı-ayrı presedentlərində mülkiyyət hüququnun müdafiəsi ilə bağlı qəbul olunmuş ümumi mövqe, təcrübə mövcuddur. AİHM– in Marks Belçikaya qarşı iş (Case of Marckx v. Belgıum, 1979) üzrə qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə (Case of Sporrong and Lönnroth v. Sweden, 1984) isə AİHM göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. AİHM-in Radanoviç Xorvatiyaya qarşı (Case of Radanovıć v. Croatıa, 2006) işində qeyd edilir ki, hazırkı işdəki vəziyyət sosial və maliyyə yükünün ədalətli bölüşdürülməsini tələb edir. Bu yük digər qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının nə qədər əhəmiyyətli olmasından asılı olmayaraq, tək bir sosial qrupun və ya fərdi şəxsin üzərinə qoyula bilməz (Hutten-Czapska Polşaya qarşı, 1997). Müvəqqəti sakinə (məcburi köçkünə) qalmaq üçün yerlə təmin etmək yükü - Dövlət tərəfindən daşınmalı idi. AİHM hesab etmişdir ki, Xorvatiya hakimiyyət orqanları mülkiyyət hüququ ilə bağlı cəmiyyətin ümumi maraqları ilə ərizəçinin hüquqlarının müdafiəsi arasında lazımi ədalətli tarazlığı saxlaya bilməmişdir. Bunun nəticəsində ərizəçi həddindən artıq fərdi yük götürməli olmuş, nəticədə onun mülkiyyət hüququna edilən müdaxilə qarşıya qoyulan qanuni məqsədlə mütənasib hesab edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3 Bəhman qızı, Cavabdeh2, X10 və Cavabdeh5 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti, ev 5, 17 saylı mənzildən, cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5, 36 saylı mənzildən çıxarılmalıdırlar. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh3 Bəhman qızı, Cavabdeh2, X10 və Cavabdeh5 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti, ev 5, 17 saylı mənzildən; (Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti, ev 5, 17,36 saylı mənzildən) cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 5, 36 saylı mənzildən (Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti, ev 5, 17,36 saylı mənzildən) çıxarılsın, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3879/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3879/2023
15.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver