Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3882/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Ədilova Solmaz İmran qızı, ərizəçilər İddiaçı1, İddiaçı2 Maraqlı şəxsna qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçilər İddiaçı1, İddiaçı2 Maraqlı şəxsna qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideynlərindən miras qalmış əmlakın vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsini üzrlü hesab edib, həmin müddətin uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə “ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, eyni zamanda “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” həmin iddia tələbinə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki mübahisəyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Bu baxımdan ərizəçilərə müvafiq tələblə iddia icraatı qaydasında MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etməklə, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilir. Eyni zamanda ərizəçilərə izah edilir ki, Azərbaycan Respublikası MPM-in 152.1.3-cü və 35.1-ci maddələrinin tələblərinə əsasən, iddia tələbi ilə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edə bilərlər. İddia ərizəsindən görünür ki, ərizəçilər İddiaçı1 və İddiaçı2 mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılmasını xahiş edirlər. Şərh olunanlara əsasən hesab edirəm ki, ərizəçilər İddiaçı1, İddiaçı2 Maraqlı şəxsna qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması” tələbinə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, eyni zamanda iddiaçıya müvafiq ərizə ilə aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçilər İddiaçı1, İddiaçı2 Maraqlı şəxsna qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması” dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə geri qaytarılsın. Ərizəçilər İddiaçı1 və İddiaçı2 müvafiq ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3882/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3882/2023
20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver