Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-39/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh2, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 76, 78, 80, 82 saylı evin 16 nömrəli mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 76, 78, 80, 82 saylı evin 16 nömrəli mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh Əliyeva Gülarə `gəlini ilə aralarında mübahisə olduğunu və oğlunun qısa müddət ərzində özü üçün yaşayış sahəsi əldə edərək evdən çıxacağını bildirmiş və həmin müddət ərzində, təxminən 3-4 ay ərzində ona məxsus tam təmirli evdə yaşamağa icazə verməsini istəmişdir. O, da bacısı olduğundan bacısının və ərinin bir neçə ay ərzində mülkiyyətində olan mənzildə yaşamasına etiraz etməmişdir. Həmin mənzil tərəfindən tam təmir olunmaqla yanaşı bütün əşyalarla təchiz olunmuşdur. Bacısı və əri heç bir əşya gətirmədən ona məxsus evdə müvəqqəti yaşamaq üçün yerləşmişdir. Bundan 3-4 ay sonra bacısına evdən çıxmaları üçün müraciət etsə də, bacısı əri evdən çıxmaqdan imtina etmişdir. Hazırda cavabdehlər mülkiyyətində olan mənzildə yaşamaqla mənzildən çıxmaq istəmir. Buna görə də, mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 və onun vəkili Vəkil iddia tələbinin əsassız olduğunu bildirmiş və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 76, 78, 80, 82 saylı evin 16 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 82, M4, m4) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir; AR Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli 449 saylı sərəncamına əsasən S.Rəhman küçəsi 22 saylı evin həyətində yerləşən, sahəsi 9 kv.m olan yardımçı təsərrüfat damının həmin evi 10-cu mənzilində yaşayan vətəndaş İddiaçı adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 26 aprel 2007-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X16 qarşı istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddia irəli sürmüş, həmin iddia məhkəmənin 05.02207-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, apellyasiya instansiyası cavabdeh X13 apelyasiya şikayətini təmin etməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-165 saylı mülki iş üzrə 05 fevral 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasıının xx.xx.2007-ci il tarixli 6K-1877/07 saylı qərarına əsasən O.M.Məmmədovun kassasiya şikayəti təmin olunmamış, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin iş üzrə 26 aprel 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırkı iş üzrə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə işin icraatı iddiaçı X8 cavabdeh X2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və mənzilə dair payların yenidən müəyyən” tələbinə dair 2(005)-5154/2021 saylı mülki işə görə dayandırılmışdır. İş materiallarından görünür ki, 2(005)-382/2022 saylı ( daha öncə 2(005)-5154/2021) saylı mülki iş üzrə iddiaçılar X4 və Cavabdeh2 İsrafil qızı cavabdehlər İddiaçı, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 42-ci Dövlət Notariat Kontoru tərəfindən İddiaçı adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 22, mənzil 10-a dair verilmiş qeydiyyat vəsiqəsinin və Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 82, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, atam Allahverdiyev İsrafil Yusif oğlundan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 22 saylı evin 10 saylı, Yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 82, M4, m4 saylı mənzilinə dair payların müəyyən edilməsi, miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Allahverdiyev Cümşüd İsrafil oğlu cavabdehlər İddiaçı, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər 14 saylı notariat kontoru tərəfindən İddiaçı verilmiş 2V-68 saylı, 06 aprel 2003-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 22, mənzil 10-a dair verilmiş qeydiyyat vəsiqəsinin və Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 82, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışının ləğv edilməsi; atası Allahverdiyev İsrafil Yusif oğlundan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 22 saylı evin 10 saylı, Yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 82, M4, m4 saylı mənzilinə dair payların müəyyən edilməsini və Miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X5, X1, X6 və X9 cavabdehlər İddiaçı, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri 42-ci Dövlət Notariat Kontoru tərəfindən İddiaçı adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhər 14 saylı notariat kontoru tərəfindən İddiaçı verilmiş 2V-68 saylı, 06 aprel 2003-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 22, mənzil 10-a dair verilmiş qeydiyyat vəsiqəsinin və Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 82, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışının ləğv edilməsi; atası Allahverdiyev İsrafil Yusif oğlundan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 22 saylı evin 10 saylı, Yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 82, M4, m4 saylı mənzilinə dair payların müəyyən edilməsini və Miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 15 aprel 2022-ci il tarixli 2(005)-328/2022 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 avqust 2022-ci il tarixli, 2(103)- 4925/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Allahverdiyev Cümşüd İsrafil oğlunun kassasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4925/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilir ki: -Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas alan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. -Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: “Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir”. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı hər hansı hüquqi əsas olmadan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, iddia ərizəsi üzrə mülki işin araşdırılmış hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 76, 78, 80, 82 saylı evin 16 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 82, M4, m4) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Bu səbəbdən İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin ona məxsus evdən çıxarılmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən qeyd edilən mənzilin tutulması mənzilin hazırkı mülkiyyətçisinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, tərəflər arasında artıq qanuni qüvvəsini almış və preyudisial xarakterli məhkəmə aktları mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2 və 82.3-cü maddələriə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Digər tərəfdən, məhkəmə iddia ərizəsində cavabdehlərdən biri - Cavabdeh2 adının X3 göstərilməsinə münasibətdə qeyd edir ki, bu ərizədə texniki səhv kimi qəbul edilməlidir, belə ki, məhkəmə iclas protokollarında görünür ki, iş üzrə Cavabdeh2 məhkəmə iclaslarında iştirak etmiş, onun şəxsiyyəti müəyyən olunmuş, eyni zamanda, “Elektron məhkəmə” informasiya sistemində mülki işin tərəfləri olaraq Cavabdeh2 qeydiyyata alınmışdır. (FİN- xxxxxxx). Bu baxımdan hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində cavabdehin - Cavabdeh2 kimi göstərilməsi tərəfin dəyişdirilməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 76, 78, 80, 82 saylı evin 16 nömrəli mənzilindən çıxarılsın, mənzil İddiaçı təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-39/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-39/2023
04.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver