Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-390/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 ailə üzvləri xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X25 və digər ailə üzvləri ilə birlikdə ünvan 3, mənzil 3 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3, mənzil 3 ünvanında yerləşən mənzil ona “Azərkimya” DŞ Bakı Şin Zavodunun 19-55/127 saylı xx xxxxxxxx 2000-ci il tarixli orderinə əsasən verilmişdir. Füzuli rayonundan məcburi köçkünlər X8 və X21 iddiaçının qanuni əsaslarla istifadəsinə verilmiş ünvan 3, mənzil 3 ünvanında yerləşən mənzili zəbt etmişlər. Bununla bağlı, “Azərkimya” DŞ Bakı Şin Zavodu mənzildən çıxarılma tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, X8 və X14 ünvan 3, mənzil 3 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsində mənzildən çıxarılmanın torpaqlar azad olunanadək təxirə salınması göstərilsə də, X8 və X21 Bakı şəhəri, Ramana qəsəbəsi Gülçülük sovxozunda iki mərtəbəli ev inşa etdirərək, könüllü olaraq, mənzildən çıxıb getmişlər. Lakin mənzili iddiaçıya və ya "Azərkimya" DŞ Bakı Şin Zavoduna təhvil verməyərək, öz övladlarını hazırkı iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 köçürməklə, mənzilə ehtiyacları olmadığı halda qanunsuz olaraq ona məxsus mənzili istifadələrində saxlamışlar. İddiaçı hal-hazırda işləmir, işlədiyi "Azərkimya" DŞ Bakı Şin Zavodunda ağır xəsarət aldığından, işləmək qabiliyyəti də yoxdur. Cavabdehlərin qanunsuz olaraq iddiaçıya məxsus mənzili zəbt etmələri səbəbindən, kirayə yaşamaq məcburiyyətində qaldığını qeyd etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdehlər könüllü olaraq ona məxsus evi boşaltmaqdan və təhvil verməkdən imtina edirlər. Nəticədə 20 ildən artıq müddətdir ki, mənzilindən istifadə və sahiblik edə bilmədiyini bildirmişdir. Onun istifadəsinə verilmiş mənzildə məcburi köçkünlərin məskunlaşması, bununla onun sahiblik və istifadə hüquqlarının pozulması barədə müxtəlif dövlət orqanlarına müraciət etsə də, müraciətlərin heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iş üzrə cavabdehlərin hər birinin başqa yaşayış sahəsi mövcuddur. Cavabdeh2 hazırda Azərbaycan Respublikasının hüdudlarından kənardadır. Cavabdeh1 Ramana qəsəbəsində fərdi yaşayış evi mövcuddur. Digər cavabdeh Cavabdeh3 Cavabdeh2 keçmiş həyat yoldaşıdır. “Azərkimya” DŞ Bakı Şin Zavodu hazırda fəaliyyət göstərmədiyindən iddia ərizəsi İddiaçı tərəfindən verilmişdir. Bundan başqa, ünvan 3 ünvanın hansı orqanın balansında olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, hazırda ünvan 3, mənzil 3 ünvanında özü yaşayır, qardaşı Hacıyev X18 Respublikasındadır, başqa ölkəyə daimi deyil, müvəqqəti olaraq getmişdir. Cavabdeh3 qardaşının keçmiş arvadıdır. O, həmin ünvanda yaşamır. Onların yaşayış yerləri olmadığı üçün iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci, 185.6-cı maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Azərkimya" DŞ Bakı Şin Zavod tərəfindən verilmiş 19-55/127 saylı xx.xx.2000-ci il tarixli yataqxanada yaşayış sahəsinə dair verilmiş orderdən görünür ki, 2-ci qrup əlil, X9 Bakı şəhəri F.Xoyski küçəsi (indi Əşrəf Əliyev küçəsi), 148-də yerləşən yataqxananın 3 saylı otaq yaşamaq üçün vermişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 174 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən Cavabdeh1, Cavabdeh2, X10, X26 və X34 ünvan 3, 3 saylı mənzilində Füzuli Rayonundan məcburi köçkünlər məskunlaşmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 173 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən ünvan 3, 3 saylı mənzilində N.Əliverdiyeva, Akif Əliverdiyev, M.Əliverdiyeva, Asif Əliverdiyyev İddiaçı ailə üzvləri olaraq qeydiyyatdadırlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-63/2003 nömrəli, xx.xx.2003-cü il tarixli Qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı “xxxx” ASC Bakı Şin zavod və qeyrilərinin cavabdehlər X6 və X16 qarşı «otaqdan çıxarılmaya» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilərək, X8 və X21 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əşrəf Əliyev küçəsi 148 saylı binada yerləşən yataqxanasının 3 saylı otağından çıxarılması qət edilmişdir; Azərbaycan Respublikası “xxxx” ASC-nin 29 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020ci il tarixli, 01/4/01-7/6/16373 saylı sorğuya cavab məktubunun surətinə əsasən “xxxx” ASC-nin elektron abonent bazasında X14 adına Sabunçu rayonu, Ramana südçülük sovxozu, ev 1 ünvanında **********464 saylı və Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 148, mənzil 509 ünvanında **********090 saylı, Cavabdeh1 adına Səbail rayonu, B.Sərdarov küçəsi, ev 14, mənzil 1 ünvanında **********010 saylı, Cavabdeh2 adına **********030 saylı abonent kodu aşkar edilmişdir, lakin X3 adına isə “xxxx” ASC-nin elektron bazasında abonent kodu aşkar edilməmişdir; Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 29 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli, 02/1466 saylı sorğuya cavab məktubunun surətinə əsasən komitədə olan məlumata görə, adları qeyd olunan X17, X21, X22 və X1 rayonu, Ə.Əliyev küçəsi, ev 148, mənzil 509 ünvanında, Cavabdeh2, X10, X20, X31 və Hacıyev X13 rayonu, Ə.Əliyev küçəsi, ev 148, mənzil 3 ünvanında məskunlaşmışlar; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 29 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********106900 saylı sorğuya cavab məktubunun surətinə əsasən dövlət reyestrində Azərkimya Dövlət Şirkəti Bakı Şin Zavodunun xx.xx.1996-cı il tarixdə Kol-2103 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin müəssisə 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdirlər; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırkı iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, iddiaçının hər hansı hüququnun pozulması və ya bu hüquqa müdaxilə olmasını təsdiq edən iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə, ünvan 3, mənzil 3 ünvanında yerləşən mənzilin “Azərkimya” DŞ Bakı Şin Zavodunun 19-55/127 saylı xx xxxxxxxx 2000-ci il tarixli orderinə əsasən ona məxsus olmasını iddia edir. Bu əsasla, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 həmin yaşayış sahəsindən çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü yaşayış sahəsinin ona məxsus olmasını, həmin ünvana dair hər hansı hüquqmüəyyənedici sənədinin mövcudluyunu sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, cavabdehlərin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində hüquqlarının pozulduğunu sübut etməsi yükü iddiaçının üzərinə düşür. X30 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Qeyd olunan əsaslara görə məhkəmə iddianı əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi subyektiv hüququn olmaması əsası ilə rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda, iddiaçıların mübahisəli evə dair hər hansı bir qanuni hüququ olmadığından, mülbahisəli evdən cavabdehlərin çıxarılması ilə bağlı tələbi üzrə məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduqlarını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-390/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-390/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver