Məhkəmə qərarları › İş №2(005)-3936/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3936/2021

24.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3936/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 799,18 manat dövlət vəsaitinin Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 27.02.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, anası X1 22.01.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh anasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına 29.02.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Cavabdeh tərəfindən 1399,18 manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X13 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respubliası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq, ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1399,18 manat məbləğindən çıxılmış, qalan 799,18 manat məbləğində pul vəsaiti isə Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh 799,18 manat borcu Filialın hesabına ödəməyi barədə şifahi müraciət edilmişdir. 18.02.2021-ci il tarixində cavabdehə məktub göndərilərək, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması tələb edilmiş, əks təqdirdə qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Məhkəmə iclasında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: 1 saylı Bakı “Asan Xidmət” X7 01 fevral 2020-ci il tarixli, AZ-İİ № 058158 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 22.01.2020-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 fevral 2020-ci il tarixdə 240 № ilə qeyd edilmişdir. Cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 27 fevral 2020-ci il tarixli ərizənin surətindən və məzmunundan görünür ki, o, 22 yanvar 2020-ci il tarixdə vəfat etmiş anası mərhum X2 dəfn xərclərinin ödənilməsində köməklik göstərilməsini xahiş edir. DSMF-nin 30 avqust 2021-ci il tarixli çıxarışından görünür ki, 27.08.1947-ci il təvəllüdlü, pasport seriya: AA, № AA0961930 olan X2 plastik kartına 21 yanvar 2020-ci il və 14 fevral 2020-ci il tarixlərdə tarixdə 1057.92 manat məbləğində köçürülmə baş vermişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə baxışında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan X5 22 yanvar 2020-ci il tarixdə vəfat etməsinə baxmayaraq, onun ölümü haqqında məlumat, həmçinin ölüm haqqında şəhadətnamə Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməmişdir. Bu səbəbdən 14 fevral 2020-ci il tarixdə mərhum X2 plastik pensiya kartına növbəti pensiya məbləği – 1057.92 manat köçürülmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfindən əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1399,18 manat məbləğindən çıxılmış, qalan 799,18 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən geri qaytarılmasını tələb edir. Məhkəmə tərəfindən mülki iş materiallarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; -1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanununun -37.8–ci maddəsinə əsasən, Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; -38-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur; - 39.1.-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur; -42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. İddia ərizəsinin məzmunundan və iş materiallarından aydın olur ki, mərhum X5 22.01.2020-ci il tarixdə vəfat etsə də, Cavabdeh tərəfindən anasının ölümü haqqında məlumat verilmədiyinə və ölüm şəhadətnaməsi təqdim edilmədiyinə görə 14 fevral 2020-ci il tarixdə 1057.92 manat məbləğində pensiya X2 hesabına keçirilmişdir. Bu pul, cavabdeh tərəfindən götürülmüşdür. Filialın dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, o, heç bir hüquqi əsası olmamasına baxmayaraq, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılmasından boyun qaçırmışdır. Məhkəmə belə qənaətə gəlir ki, əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 2021-ci il fevral ayı üçün əmək pensiyasından çıxılaraq, qalan pul vəsaiti Cavabdeh tutulub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanıb artıq ödənilmiş 2021-ci il fevral ayı üçün əmək pensiyasından çıxılaraq, qalan pul vəsaiti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar