Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-394/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə Əfsar oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh”-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh”nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2022-ci il tarixli K-947 saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının verilməsi vəzifəsinin və 50 manat mediyasiya xərcinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2018-ci il tarixdən 2019-cu il sentyabr ayınadək Şəmkir rayonu Sabirkənd kəndində məktəb direktorunu əvəz etmiş, 2019-cu ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayınadək məktəb direktoru vəizifəsində çalışmışdır. İmtahan zamanı yüksək bal toplamışdır. Belə ki, 60 mümkün baldan 53 bal toplamışdır. X9, marker müəllimidir. Hazırda 05 sentyabr 2022-ci il tarixdə qanunsuz və əsassız olaraq tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməyi onunla bağlı olmuşdur ki, X19 Təhsil İdarəsinin müdiri cənab Arslan Hacıyevin müavini cənab Nizaməddin adlı şəxs onu öz kabinetinə çağırtdıraraq işdən çıxmağı barədə ərizə verməyini tələb etdi. İddiaçı səbəb göstərməyini bildirdikdə o heç bir səbəb göstərmədən “cinayətkar" olduğunu bildirdi. Sonradan isə yoxlama göndərərək məktəbdə heç bir ciddi nöqsan aşkar edilməmişdir. Yalnız bir nəfər şəxs Şahid3 adının məktəbdə texniki işçisi adı məktəbdə olsada özü məktəbdə deyildi. Bu hal Şəmkir rayon Təhsil Şöbəsinin müdirinin göstərişi ilə həmin şəxsin Şəmkir rayon Təhsil Şöbəsinin binasında fəhlə kimi çalışdığı məlum edildi. Bununla bağlı Şahid3 adlı şəxs 2014-cü il tarixdən texniki işçi kimi məktəbdə işə götürülmüşdür. Həmin şəxs məktəbdə adı getsə də Şəmkir rayon Təhsil Şöbəsini binasında fəhlə kimi işləyib və məktəbə aid yüklərin boşaldılması məktəbə çatdırılmasına köməklik göstərib. Şahid3la yanaşı məktəbi 8 nəfər fəhləsi var və Şahid3 məktəbə işə gəlməməyi məktəbdə olan işlərə heç bir mənfi təsir göstərmir. O, 2019-cu il tarixdə məktəbə direktor təyin edildikdən sonra həmin şəxsin işdən azad edilmə barədə Təhsil Şöbəsinə müraciət etmişdir. Lakin onun işdən azad edilməsinə yuxarıda olan şəxslər imkan verməmişlər. Həmin vaxt Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski idi. 2021-ci il tarixdə həmin şəxsin işdən azad edilməsi barədə əmr imzalayıb onun yerinə kənddən olan şahid ailəsi X4 işə götürülmüşdür. O, şəhidin anası ilə birlikdə Şəmkir Təhsil Şöbəsinin müdiri Şahid2 qəbulunda olmuş. Şahid2 ona kobud sürətdə irad bildirərək Şahid3 işdən çıxarılmayacağını bildirdi. Şahid3 işdən çıxarılmasına imkan verilməməsi aparılan araşdırma zamanı müəyyən edilmişdir. Belə ki, araşdırma zamanı məktəbin texniki işçisi (fəhlə) Şahid3 2014-cü ildən həmin məktəbdə işlədiyi məlum olmuşdur. Şahid3 sektora dəvət olunaraq onunla söhbət aparılmış və izahatı alınmışdır. Şahid3 yazdığı izahatda daimi olaraq Təhsil Şöbəsinin binasında müxtəlif işlər gördüyünü bildirmişdir. Həqiqətən də Şahid3 gecələr şöbə binasının gecə gözətçiliyini edir, bina ətrafındakı bağ sahəsinə xidmət edir, hundan əlavə olaraq binanın sanitar qovşağının texniki işlərini həll edir. Qış mövsümü zamanı isə binanın kombi sisteminə nəzarət edərək ocaqçı kimi də fəaliyyət göstərir. Eyni zamanda məktəbə anbardan şagird stol və stulu, yazı lövhəsi və digər böyük əşyalar verildiyi zaman həmin əşyaların yığılaraq məktəbdə boşaldılmasına köməklik etdiyini bildirmişdir. Odur ki, təhsil şöbəsinin həm əvvəlki, həm də indiki rəhbərliyi onun bu xidmətlərini nəzərə alaraq işçi kimi onun adının məktəbdə qalmasına etiraz etməmişlər. Şahid3la söhbət zamanı əməkhaqqı kartının özündə olduğunu və maaşının daim özü tərəfindən aldığını bildirmişdir. O əlavə olaraq heç kimin ondan bu məqsədlə müəyyən pul vəsaiti tələb etmədiyini və heç kimə də pul vermədiyini bildirmişdir. O, Təhsil İdarəsini binasında yuxarıda qeyd edilən işlərlə yanaşı həm də vəzifəli şəxslərə çay aparmaq ilə məşğul olmuşdur. Belə olan halda iddiaçı hansı səbəbdən işdən çıxarılmalı idi. İndi həmin şəxs işdən azad edilib. Həmin şəxsin məktəbdə işə gəlməməsində iddiaçının heç bir marağı olmayıb. Belə olan halda nədən həmin şəxsin işə gəlməməsinə göz yummalı idi. İddiaçı qeyd etdiyi kimi həmin şəxsi işdən azad etmişdir. Sadəcə Şəmkir Təhsil Şöbəsinin vəzifəli şəxsləri özlərinə xidmət etdirmək üçün həmin şəxsləri yanında saxlayıb özlərinə qulluq etdirib indi də iddiaçını öz səhvlərinə görə işdən çıxardıblar. İddiaçının işdən çıxarılmağı əslində Şahid3 məktəbdə işə gəlməməsi deyildir. Əsl səbəb ona ərizə yazmağı ilə bağlı verilən təklifi qəbul etməməyi olumuşdur. Şahid3 həmin vaxt X19 Təhsil İdarəsində işlədiyi hər kəs tərəfindən bilinirdi və onu işdən çıxartmaqla bağlı heç bir göstəriş verilməyib. Odur ki, iddiaçı barəsində işdən çxıarılma ilə bağlı verilmiş xx.xx.2022ci il tarixli əmrin verilməsinə səbəb olmuş əsaslar özlüyündə tam olaraq əsssızdır. Əmrdən görünür ki, iddiaçının işdən azad edilməyinin əsasında dayanan faktlardan biri Arslan Hacıyevin əsaslandırmasıdır. Həmin əsaslandırmada iddiaçının guya əlavə olaraq 5 nəfər şəxs işə gəlməyib və onların işə gəlməməsi müəyyən korrupsiya hallarına yol açıb. Həmin şəxslərin kimliyi qeyd edilməyib və ümumiyyətlə belə bir hal olmayıb. Adları məlum olmayan şəxslər necə işdən yayına bilərdi. Arslan Hacıyevin göstərdiyi bu xüsusat özlüyündə əsassız bir iddia olduğu halda cavabdeh həmin iddianı işdən çıxarılma əsası kimi göstərmişdir. Şahid3 adlı şəxs Təhsil İdarəsində müxtəlif vəzifələri icara etdiyi halda və Təhsil İdarəsinin müdiri bunları gördüyü halda Şahid3 adının məktəbdə işdə getməsinə görə kiminsə nöqsana yol verməsi barədə dəlilləri necə əsaslı ola bilərdi. İşdən çıxarılmağı əsaslarından biri kimi Şəmkir rayon Təhsil Sektorunun Həmkərlar Təşkilatının 16 iyul 2022-ci il tarixli qərarı göstərilmişdir. X1 iclası olmayıb. Halbu ki, həmin təşkilat kollegial təşkilatdır və onun üzvlərinin iştirakı ilə qərar qəbul edilir. Həmkarlar Təşkilati həmin qərarı 16 iyul tarixində deyil 03 sentyabr 2022-ci il tarixdə vermişdir. Bununla bağlı iclas keçirilərək, iclasın sonunda müvafiq qərar qəbul edilir. Növbəti əsas kimi Həmkarlar Təşkilatının qərarı qanunsuzdur. Belə ki, işdən çıxarılmağıma dair izahat və aktlar göstərilmişdir. Həmin vaxt izahatı alınmış Şahid3 öz izahatında harada işlədiyini və hansı işlər gördüyünü bildirmişdir. Bundan başqa Səfər Muradiovun işdən çıxartmağına dair xx.xx.2021-ci il tarixli 17 saylı əmri barədə heç bir fikir səsləndirilmir. Bundan başqa onun 2018-ci il tarixdə Şahid3 işdən azad edilməsi barədə müraciəti eyni zamanda 2021-ci ilin 17 mayında Şəmkir rayon Təhsil Şöbəsinə ünvanladığı məktub əsaslar sırasında göstərilməmişdir. Halbu ki, həmin sənədələr Arslan Hacıyevin əsaslandırmasını əsassız edirdi. Şəmkir rayon Təhsil Şöbəsində adları başqa yerdə olan işçiləri gətirib özlərinə xidmət etdirirlər. X16 kənd orta məktəbində psixoloq vəzifəsində çalışdığı halda öz işini icra etmir və Təhsil Şöbəsində Xəqani Babayevin adlı kadrlar üzrə məsləhətçinin yanında köməkçi işləyib. Bundan başqa X25 Çay kənd kəndində laborant vəzifəsində adı gedir lakin hazırda Şahid2 köməçisi kimi fəaliyyət göstərir. Murad Daşdəmirov adlı şəxs metodik kabinetdə katib ancaq faktiki müdir köməkçisi kimi fəaliyyət göstərir. X20 Cırdaxan kənd orta məktəbində xadimə işlədiyi halda faktiki olaraq Təhsil Şöbəsinin binasında xadimə işləyir. Onda nədən həmin işçilərin məktəbləri barədə tədbir görülmür bu faktlar bir daha onu deməyə əsas verir ki, X19 Təhsil İdarəsində və Şəmkir rayon təhsil sektorunda olan vəzifəli şəxslər özləri adları başqa məktəbdə işdə olduğu halda bir sıra şəxsləri gətirib özlərinə xidmət etdirirlər. Həmin şəxslərdən biri də adını qeyd etdiyi Şahid3dur. Bütün qeyd edilənlərlə yanaşı Arslan Hacıyevin əsaslndırılmasında və cavabdehin vermiş olduğu əmrdə onun Şahid3 məktəbdə olmayan fəaliyyətinə görə yummağının motivləri əsaslandırılmayıb. Bu isə göstərilən əsaslandırmaların bir daha əsassız olduğunu təsdiq edir. Əmrin sonunda göstərilən məsələlər yəni əmrin sürəti ona verilməsi məsələsi də yerinə yetirilməm işdir. Yəni verilmiş əmr ona rəsmi olaraq təqdim edilməmişdir. Halbu ki, əmr və əmək kitabçasının işdən çıxarıldıqdan sonra işçiyə verilməsi əmək qanunvericiliyinin tələbidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, yoxlama zamanı dərsə davamiyyətlə bağlı, məktəbdə tədris prosesinin təşkili ilə bağlı akt tərtib olunmuşdur və həmin aktları iddiaçı direktor vəzifəsində işlədiyi zaman imzalamışdır. Bundan başqa iddiaçı iddia edir ki, Həmkarlar İttifaqının iclası keçirilməmişdir. Bu məsələni müstəqil şəkildə mübahisələndirmək olardı. Əmək Məcəlləsində göstərilir ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Həmkarlar İttifaqının razılığı alınması üçün təqdimat göndərilməlidir, yəni əmrin verilməsinə dair qərar mövcud olmalıdır. Həmkarlar İttifaqının iclası 16 iyun 2022-ci ildə keçirilmişdir və qəbul olunmuş qərarı qeyriqanuni ola bilməz, həmin vəsatət müzakirə predmeti də ola bilməz. Bundan əlavə adı çəkilən Şahid3 adlı şəxsin hər ay əmək haqqının verilməsi üçün imzanın olub-olmamasını araşdırılması zəruridir. Həmkarların qərarında saxtakarlıq olub. Təhsil Nazirliyi xx.xx.2022ci il tarixli yoxlamanı əsas götürüb və əmr verib. Həmin qərar əsasında iddiaçı Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə azad olunub. Vəkil qeyd edir ki, başqa pozuntu qeyd olunmayıb. İddiaçı tərəfindən müxtəlif pozuntular aşkar edilmişdir.Yoxlama xx.xx.2022-ci il tarixdə keçirilib, iddiaçı orada özüdə iştirak edib. Həmin yoxlama zamanı akt da tərtib olunub və iddiaçı aktı özü şəxsən imzalamışdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara və işin araşdırılmış halları ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, müvafiq iddia tələbinə dair iddiaçı tərəfin irəli sürdüyü dəlillər tam əsassızdır və buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şəmkir rayonu Sabirkənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini X7 X19 Təhsil İdarəsinin müdiri Hacıyev Arslana ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, məktəbin direktoru İddiaçı Azərbaycan dili və ədəbiyyat dərsləri üzrə analıq məzuniyyətində olan Gülşən Ataşovanın dərs saatlarının qeyri-qanuni olaraq məktəbin katibəsinə həvalə edərək əmək haqqını mənimsəməsi və digər neqativ halların müəyyən edilməsini idarədən xahiş etmişdir. Əhmədov Vaqif X5- baş məsləhətçisi, Hüseynova Məhəbbət X5-məsləhətçisi, Rəhimov Həsən X5 -məsləhətçisi, İddiaçı-Məktəbin direktoru və V.Məmmədov-Məktəbin tərbiyyə işləri üzrə direktor müavini tərəfindən tərtib edilərək imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktların məzmunundan görünür ki, Əmr kitabı təsdiq edilməyib, əmrlərin ardıcıllığı düzgün deyil, bölgü sinifləri fərdi və xəstə uşaqların dərsi ayrıca əmrləşməyib. BSQ-lərin keçrilməsi məqsədi ilə komissiya yaradılmayıb, qiymətləndirmə vasitələri yalnız fənn müəllimi tərəfindən yoxlanılıb pedaqoji şura kitabında şagird kontingenti, dərs bölgüsü, şagirdlərin adlı siyahısı fərdi və xəstə uşaqlar barədə məlumatlar əksini tapmamış, buraxılan və əvəz olunan dərslərin uçotu kitabı yoxdur, təmayül siniflərə cəlb olunan şagirdlərin ərizəsi yoxdur, Vİ a sinifində dərnək məşğələsinə cəlb olunan şagirdlərin ərizələri yoxdur. Bundan başqa İX-Xİ siniflərdə yoxlama zamanı aşağıdakı davamiyyət qeydə alınmışdır. İX a Jurnal üzrə 31 şagird, yerində olan 11 şagird, İXb Jurnal üzrə 31 şagird, yerində olan 11 şagird, İXq Jurnal üzrə 21 şagird, yerində olan 7 şagird, Xt Jurnal üzrə 26 şagird, yerində olan 14 şagird, XH Jurnal üzrə 29 şagird, yerində olan 13 şagird, XİT Jurnal üzrə 17 şagird, yerində olan 10 şagird, XİH Jurnal üzrə 21 şagird, yerində olan 10 şagird, XİA Jurnal üzrə 17 şagird, yerində olan 3 şagird olmadığı qeyd edilmişdir. Habelə məktəbin texniki işçilərinin davamiyyəti yoxlanılarkən aşağıdakı nöqsanlar aşkar edilmişdir ki, məktəbin fəhləsi Şahid3 2014-cü ildən işə gəlmədiyi təsdiqləndi. X2, X8, X10, X13, X3 xx.xx.2022-ci il tarixindən texniki işçilərin davamiyyət tabelində imzalarının olmadığı təsdiq edilmiş, Biologiya, Fizika, Kimya laboratoriya otaqları sinif otaqları ilə əvəz olunub. 16 oktyabr 2019-cu ildə 7 saylı ƏMHM tərəfindən verilmiş aktda saxtakarlıq aşkar edilmişdir. Məktəbdə yoxlama keçirildiyi gün 3 sinifdə cədvələ uyğun dərnək məşğələsinin keçirilməsi vəziyyəti aşağıdakı kimidir; VlB sinifi-müəllim Əhmədova Məlahət sinifdə 8 nəfər iştirak edirdi, onlardan 2 nəfər jurnalda adı olı şagird idi. VB sinfi- müəllim Sadıqova Gülşən məktəbdədir. Şagirdlər yoxdur, dərnək keçilmirdi. VİA sinfi-müəllim Heydərova Hüsniyyə və şagirdlər yoxdur, dərnək keçirilməməsi müəyyən edilmiş və müvafiq aktlar tərtib edilərək, onların doğruluğu təsdiq edilmişdir. X19 Təhsil İdarəsinin müdiri Arslan Hacıyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli Şəmkir rayonu Sabirkənd tam orta məktəbinin direktorunun fəaliyyətinin yoxlanılması haqqında arayışdan görünür ki, məktəbdə aparılmış yoxlama zamanı aşkar olunmuş hallar barədə məlumat verilmişdir. X19 Təhsil İdarəsi tərəfindən Şəmkir rayonu üzrə Təhsil sektorunun Həmkarlar Təşkilatının sədri Şahid1 ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, Qazax-Tovuz Regional Təhsil idarəsinə daxil olan yazılı müraciət əsasında ünvan 8mov adına tam orta məktəbində təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə xidməti araşdırma aparılan zaman qeydə alınmış nöqsanları nəzərə alaraq, Əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, habelə vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ünvan 8mov adına tam orta məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehi verilməsi - əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsi üçün məsələyə baxılaraq müvafiq qərarın verilməsi xahiş olunmuşdur. Şəmkir rayonu üzrə Təhsil sektorunun Həmkarlar Təşkilatının sədri Şahid1 tərəfindən X19 Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlıya ünvanlanmış xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixli Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd kənd tam orta məktəbində aparılmış xidməti araşdırmanın nəticəsinə əsasən Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatına ünvanlanmış təqdimatına baxaraq, Təqdimat təmin edilməsi və ünvan 8mov adına tam orta məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin "ç:! bəndinə uyğun olaraq intizam tənbehi verilməsi - əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün məsələyə baxılaraq müvafiq qərarın verilməsinə etiraz edilmədiyi qərara alınmışdır. X19 Təhsil İdarəsinin Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə Arslan Hacıyevin əsaslandırmasından görünür ki, X19 Təhsil İdarəsi tərəfindən Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbdə aparılmış yoxlama nəticəsində Əmək qanunvericilinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmamazlıqlara yol verildiyi aşkar edilmiş, texniki işçilərin tabeli jurnalı qeydiyyatının aparılması vəziyyəti araşdırılarkən məktəbin fəhləsi kimi tarifləşən Şahid3 2014-cü ildən hal-hazıra kimi işə gəlmədiyi təsdiqini tapmışdır. Müəllimlərin dərs saatlarının DQ-nin nəticəsindən artıq verilməsi, dərnək dərslərinin keçirilmədiyi aşkarlanmışdır. Habelə məktəbin direktoru İddiaçı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Naziri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli K-947 nömrəli əmrindən görünür ki, Qazax-Tovuz Regional Təhsil idarəsi tərəfindən Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbdə aparılmış yoxlama nəticəsində Əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2005-cı ıl 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməmin 13.4-cü və 13.5-ci bəndlərinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbin direktoru vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-ıstıfadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən 05 sentyabr 2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Daha sonra Şəmkir rayonu Sabirkənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini X7 X19 Təhsil İdarəsinin müdiri Hacıyev Arslana ünvanladığı xx.xx.2022-ci il tarixdə ərizə ünvanlanmışdır. xx.xx.2022-ci il tarixli Şəmkir rayonu Sabirkənd tam orta məktəbinin direktorunun fəaliyyəti yoxlanılmışdır. Aşkar edilmiş nöqsanlar barədə müvafiq təqdimatla həmkarlar ittifaqına müraciət olunmuşdur. Həmkarlar ittifaqının təqdimat üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının tutduğu vəzifədən azad edilməsinə etiraz edilmədiyi qərara alınmışdır. Bundan sonra X19 Təhsil İdarəsinin Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə Arslan Hacıyevin əsaslandırması əsasında Azərbaycan Respublikası Elm və Təhsil Naziri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli K-947 nömrəli əmri ilə Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbin direktoru vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-ıstıfadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən 05 sentyabr 2022-ci il tarixdən ləğv edilmişdir. İddiaçı qeyd oluna əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üzrə əmək haqqının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin normanın İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c)kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirdiyini iddia etsədə, məhkəməyə təqdim edilmiş iddiaçının özü tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixində tərtib edilmiş aktlardan göründüyü kimi o, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən göstərilən sübutların mötəbər olmamasına dair əsaslara dair sübutlar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Əmək qanunvericiliyinə əsasən (186-cı maddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Belə olan halda hazırda cavabdeh tərəfindən işəgötürən və işçi münasibətlərini tənzimləyən maddi hüquq normasının imperativ tələbinə əsasən işçiyə verilməli olan intizam tənbeh tədbirlərindən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi növündə intizam tənbeh tədbiri seçilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər; 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 2-ci hissəsinin “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi iddiaçı və digər vəzifəli şəxslər tərəfindən təsdiq olunmuş aktlarda qeyd olunan əməllərin törədilməsi təsdiq olunmuşdur ki, buda onun həqiqətəndə İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol verməsini təsdiq edir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan İddiaçı cavabdeh “Cavabdeh”-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Cavabdeh”-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-394/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-394/2023
17.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver