Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3958/2020 08.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X16 direktoru X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X15rşı “işə bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X15rşı “işə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X17 laborant vəzifəsinə bərpa edilməyinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci il tarixdən Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X18 informatika laborantı vəzifəsində işləmişdir. Ancaq 2017-ci ildə analıq məzuniyyətinə çıxmış, işə qayıdanda yeni təyin edilmiş direktor X9 tərəfindən ştat yerlərinin ixtisara düşməyi ilə bağlı işdən azad olunduğu ona bildirilmişdir. O, artıq on ildən çoxdur bu məktəbdə işləyirdi. Ondan az stajı olan və analıq məzuniyyətində olan Firuzənin yerində işləyən Sevincin bu ştatda qalacağını öyrənmişdir. Direktor onu işi ilə təmin etmir. Əgər o on il öz yerində və heç kimin əvəzinə olmayaraq işləmişdirsə, onu işindən uzaqlaşdırmaq, həmçinin 6-7 il kiminsə yerinə əvəzedici işləyən kimsəni saxlamaq nə doğrudur, nə də düzgündür. Qeyd edilənləri nəzərə alaraq onu Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X18 laborant vəzifəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X16 direktoru X9 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli X18 yenidən laborant vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx xxxx 2019-cu il tarixli, 3019-05/12 nömrəli məktubunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin “tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrində müvafiq sayda kompüter cihazları ilə təchiz olunaraq formalaşan informatika labotantı vəzifəsinin müəyyənləşdirildiyi” qeyd olunmuşdur. Müvafiq dövrdə Bakı şəhəri, Nərimanov rayonu N.Nərimanov adına 45 nömrəli X18 3 kompyuter laborantı ştatı mövcud olmuşdur. Lakin məktəbin balansında olan istismar müddəti bitmiş, yararsız olan kompyuterlərin silinərək balansdan çıxarılması nəticəsində işlək kompyuterlərin sayı azalmışdır və nəticədə məktəbdə 1 (bir) informatika kabineti fəaliyyəti göstərir. Mövcud vəziyyət nəzərə alınaraq 2019-2020-ci tədris ilinin başladığı xx xxxxxxxx 2019-cu il tarixə məktəbin ştat cədvəlində müvafiq laborant ştatlarının sayı 2 (iki) vahid azaldılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsində “işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir” qeyd olunmuşdur. Üç kompüter laborantı arasında peşəkarlıq səviyyəsi və verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasını təmin etdiyi üçün X6nın işdə saxlanılması, kompüter laborantı vəzifəsində çalışan və həmin dövrdə sosial məzuniyyətdə olan X5 və İddiaçı ilə bağlanmış müqavilələrə isə onların sosial məzuniyyətdən qayıtdıqdan sonra xitam verilməsi qərara alınmışdır. Ştatının ixtisar olunacağı barədə İddiaçı məktəb rəhbərliyinin adından rəsmi məktub ünvanlaranaraq xəbərdarlıq olunmuşdur. ünvan 1əktubu əsas götürülərək məktəbin həmkarlar ittifaqı təşkilatının iclası keçirilmiş və həmin iclasda qeyd olunan vəziyyət nəzərə alınaraq İddiaçı ixtisar edilməsinə razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri 45 nömrəli tam orta məktəb üzrə verilmiş xx xxxxxx 2020-ci il tarixli, 22 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmiş və ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbinə uyğun olaraq orta əmək haqqının iki misli miqdarında işdənçıxma müavinəti ödənilmişdir. Həmin əmr tam qanuni olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin göstərişləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən İddiaçı iddia tələbi tamamilə əsassızdır. İddiaçı iddia ərizəsində həmçinin X6nın sosial məzuniyyət yerinə işlədiyini qeyd etmişdir. Qeyd edilməlidir ki, iddia ərizəsində yazılanlar həqiqətə uyğun deyildir. Belə ki, X6 xx xxxxxx 2010-cu il tarixdən 45 nömrəli məktəbdə işləyir və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş müvafiq müsabiqədə iştirak edərək müvəffəqiyyət qazanaraq məktəbə xx xxxxxx 2016-cı il tarixdən daimi əsaslarla laborant vəzifəsinə təyin edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, “fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. Lakin İddiaçı onunla bağlanmış müqaviləyə xitam verilməsi barədə əmrin xx xxxxxx 2020-ci il tarixdə verilməsinə baxmayaraq, işə bərpa tələbi ilə məhkəməyə xx xxxxxxx 2020-ci il tarixdə müraciət etmişdir və beləliklə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Həmçinin, iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə müvafiq qaydada ərizə təqdim edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbə qarşı müvafiq iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X16 direktoru X9 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbə qarşı “işə bərpa” tələbinə dair iddia tələbində onun Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbə ixtisar olunduğu laborant vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, istənilən halda iddia tələbi heç bir şəkildə təmin edilə bilməz, çünki iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəb üzrə verilmiş xx xxxxxx 2020-ci il tarixli, 22 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmiş və işçinin əmək müqaviləsi ləğv edildikdə qanunvericiliyin tələb etdiyi bütün zəruri tədbirlər görülmüşdür. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, “fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.” Mülki qanunvericiliyin müvafiq müddəalarından göründüyü kimi, iddiaçının iddiası qanunla müəyyən edilmiş 1 (bir) aylıq iddia müddəti buraxılmaqla qaldırıldığı üçün rədd olunmalıdır. İddiaçının iddia ərizəsindən göründüyü kimi, onun iddia tələbini işə bərpa edilməsi tələbi təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, həmin tələb məhkəməyə xx xxxx 2020-ci il tarixinədək irəli sürülə bilərdi. Çünki əgər iddiaçı onun işdən azad olunmasını qanunsuz hesab edirdisə, bu barədə tələbini həmin dövrdə verməli idi və müddətin axımı məhz həmin vaxtdan başlamışdır. Lakin iş materiallarından da göründüyü kimi bu barədə tələb məhkəməyə iddia müddəti ötürüldükdən sonra verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə bağlı iddia müddəti tətbiq edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X16 direktoru X9 iddianı qəbul etməyib iddia müddəti tədbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 0482788 nömrəli əmək kitabçasının məzmunundan və surətindən görünür ki, İddiaçı xx xxx 2009-cu il tarili 69 nömrəli əmrlə Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli məktəbin informatika kabinetinə laborant vəzifəsinə təyin edilmiş, xx xxxxxx 2020-ci il tarixli 22 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı ilə əlaqədar) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoruna ünvanladığı xx xxxxxx 2010-cu il tarixli 3428-12 nömrəli məktubun surətindən və məzmunundan görünür ki, məktəbə sosial məzuniyyət yerinə kompyuter laborantı qəbulu ilə əlaqədar müvafiq müraciətə baxılmışdır. Bakı şəhəri üzrə Təhsil İdarəsi ali təhsilli X6nın sosial məzuniyyətdə,olan X2 yerinə müvəqqəti olaraq kompyuter laborantı vəzifəsinə təyin olunmasına etiraz etmir. Eyni zamanda xatırladılmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2002-ci il tarixli 45 (s) nömrəli sərəncamı ilə pedaqoji işə qəbul prosesinin tənzimlənməsi və saxta təhsil sənədləri ilə işçilərin işə qəbulunun qarşısının alınması məqsədi ilə yerli təhsili idarəetmə orqanlarına bütün hallarda diplomların yoxlanılması Azərbaycan Respublikası Təhsil Nazirliyindən rəsmi cavab aldıqdan sonra işçinin işlə təmin olunması tapşırılmışdır; Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoruna ünvanladığı xx xxxxxx 2016-cı il tarixli 9954-02/10 nömrəli məktubun surətindən və məzmunundan görünür ki, rəhbərlik etdiyi məktəbdə müvəqqəti kompyuter laborantı işləyən X6nın vakant kompyuter laborantı vəzifəsinə daimi əsaslarla təyin olunması barədə müvafiq məktuba Bakı şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2016-cı il tarixli, 165 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.7-ci bəndinə əsasən müəssisələrdə müəllim köməkçiləri, tərbiyəçilər, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, mühəndis-texniki, tədris-köməkçi işçilər, laborantlar, kitabxana müdiri və kitabxanaçıların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Bakı şəhəri üzrə Təhsil İdarəsi müvafiq məktəbdə laborant vəzifəsinin vakant olduğunu nəzərə alaraq X6nın daimi laborant vəzifəsinə təyin edilməsinə etiraz etməmişdir; Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru X4 ünvanladığı xx xxxx 2019-cu il tarixli 3019-05/12 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümümi təhsil müəssisələrinin 2018- 2019-cu dərs ili üçün tədris planlarının təsdiqi haqqında” xx xxxx 2018-ci il tarixli, F-526 nömrəli əmrinin 21-ci bəndinə uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri müvafiq sayda kompüter cihazları ilə təchiz olunduqda formalaşan informatika kabinetlərinin sayı əsasında məktəbin ştat cədvəlində informatika laborantı vəzifəsi müəyyən olunur. Bununla əlaqədar olaraq, müvafiq dövrdə Bakı şəhəri 45 nömrəli X18 3 kompüter laborantı ştatı mövcud olmuşdur. Lakin məktəbin balansında olan istismar müddəti bitmiş, yararsız olan kompüterlərin silinərək balansdan çıxarılması nəticəsində işlək kompüterlərin sayı azalmış və 1 informatika kabineti fəaliyyət göstərir. Mövcud vəziyyəti nəzərə alaraq, 2019-2020-ci tədris ilinin başladığı xx xxxxxxxx 2019-cu iİ tarixə məktəbin ştat cədvəlində müvafiq laborant ştatlarının sayı 2 (iki) vahid azaldılacaqdır. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, məktəbdə laborant vəzifəsi tutan işçilərdən ikisinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı vafiq tədbirlərin görülməsi müvafiq məktəbin direktoruna tapşırılmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-cı hissəsinə əsasən, “İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi; Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli 72 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2018-2019-cu dərs ili üçün tədris planlarının təsdiqi haqqında” xx xxxx 2018-ci il tarixli, F-526 nömrəli əmrinin 21-ci bəndinə uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri müvafiq sayda kompüter cihazları ilə təchiz olunduqda formalaşan informatika kabinetlərinin sayı əsasında məktəbin ştat cədvəlində informatika laborantı vəzifəsi müəyyən olunur. Bununla əlaqədar olaraq, müvafiq dövrdə Bakı şəhəri 45 nömrəli X18 3 kompüter laborantı ştatı mövcud olmuşdur. Lakin məktəbin balansında olan istismar müddəti bitmiş, yararsız olan kompüterlərin silinərək balansdan çıxarılması nəticəsində işlək kompüterlərin sayı azalmış və bir informatika kabineti fəaliyyət göstərir. Mövcud vəziyyəti nəzərə alaraq, 2019-2020-ci tədris ilinin başlandığı xx xxxxxxxx 2019-cu il tarixə məktəbin ştat cədvəlində müvafiq laborant ştatlarının sayı 2 (iki) vahid azaldılmağı nəzərdə tutulmuşdur, lakin onun hal-hazırda sosial ödənişli məzuniyyətdə olduğuna görə məzuniyyətdən qayıtdıqdan sonra ixtisar olunmağının planlaşdırılması barədə xəbərdar edilmişdir. Müvafiq məktub İddiaçı tərəfindən qəbul edilmiş və tanış olaraq bu barədə müvafiq qaydada imza etmişdir; Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin İddiaçı ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 6 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2018-2019-cu dərs ili üçün tədris planlarının təsdiqi haqqında” xx xxxx 2018-ci il tarixli, F-526 nömrəli əmrinin 21-ci bəndinə uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri müvafiq sayda kompüter cihazları ilə təchiz olunduqda formalaşan informatika kabinetlərinin sayı əsasında məktəbin ştat cədvəlində informatika laborantı vəzifəsi müəyyən olunur. Bununla əlaqədar olaraq, müvafiq dövrdə Bakı şəhəri 45 nömrəli X18 3 kompüter laborantı ştatı mövcud olmuşdur. Lakin məktəbin balansında olan istismar müddəti bitmiş, yararsız olan kompüterlərin silinərək balansdan çıxarılması nəticəsində işlək kompüterlərin sayı azalmış və bir informatika kabineti fəaliyyət göstərir. Mövcud vəziyyəti nəzərə alaraq, 2019-2020-ci tədris ilinin başlandığı xx xxxxxxxx 2019-cu il tarixə məktəbin ştat cədvəlində müvafiq laborant ştatlarının sayı 2 (iki) vahid azaldılmağı nəzərdə tutulmuşdur, lakin onun hal-hazırda sosial ödənişli məzuniyyətdə olduğuna görə məzuniyyətindən qayıtdıqdan sonra ixtisar olunmağının planlaşdırılması barədə xəbərdar edilmişdir; Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2020-ci il tarixədək qeyd edilən şəxslər, o cümlədən İddiaçı işə çıxmalı, bundan sonra isə həmin şəxslərlə, o cümlədən İddiaçı ilə ştat ixtisarı olduğundan onlarla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Müvafiq xəbərdarlıq İddiaçı tərəfindən şəxsən imzalanmışdır; Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəb üzrə əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 22 nömrəli əmrdən çıxarışın surətindən və məzmunundan görünür ki, 2019/2020-ci dərs ilində məktəbdə bir informatika kabineti fəaliyyət göstərdiyindən məktəbin ştat cədvəlində iki laborant ştatının ixtisar olunması zərurəti yaranmış, ixtisarı nəzərdə tutulan informatika laborantı İddiaçı bu haqda xx xxxxxx 2019-cu il tarixli, 72 nömrəli xəbərdarlıq məktubu ilə xəbərdar edilmiş, xəbərdarlıq məktubunu alması isə xx xxxxxx 2019-cu il tarixinə qədər olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, 2019/2020-ci dərs ilində məktəbdə bir informatika kabinetinin fəaliyyət göstərməsi ilə əlaqədar məktəbin ştat cədvəlində 2(iki) vahid informatika laborant ştatının ixtisar olunması zərurəti yarandığına görə məktəbin informatika laborantı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xx xxxxxx 2020-ci il tarixdən ləğv edilməsi, əmək müqaviləsi ləğv edilmiş İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. Əsas olaraq, Bakı şəhəri üzrə Təhsil İdarəsinin laborant ştatının ixtisar olunması haqqında xx xxxx 2019-cu il tarixli, 3019-05/12 nömrəli məktubu, məktəb Həmkarlar Təşkilatının xx xxxxxx 2019-cu il tarixli 1 nömrəli protokolu, Pedaqoji Şuranın xx xxxxxx 2019-cu il tarixli 2 nömrəli protokolundan çıxarış, məktəb direktorunun xx xxxxxx 2019-cu il tarixli 117 nömrəli əmri (xəbərdarlıq edilməsi barədə əmr), Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və 77-ci maddəsinin 3-cü hissəsi göstərilmişdir; Bakı şəhəri üzrə X7 İlahə Musa qızına ünvanladığı xx xxxxx 2020-ci il tarixli 1-10-376 nömrəli daxilolmaya cavab məktubunun surətindən və məzmunundan görünür ki, Bakı şəhəri 45 nömrəli X18 ştatların ixtisarı ilə əlaqədar çalışdığı laborant vəzifəsinin ixtisara düşməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı müraciətə aidiyyəti üzrə Bakı şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır. Müraciət əsasında araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin 2019/2020-ci dərs ilində təsdiq edilmiş ştat cədvəlinə əsasən informatika kabinetinin laborantı ştatlarının sayı 2 (iki) vahid azaldılmışdır. Bu səbəbdən məktəbdə müvafiq laborant ştatlarının ixtisarı zərurəti yaranmışdır. Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilməlidir ki, hazırda Bakı şəhəri 45 nömrəli X18 laborant vəzifəsi üzrə vakansiya mövcud deyildir. Vakansiya yarandığı təqdirdə onun təkrar işlə təmin olunması məsələsinə mövcud qaydalar çərçivəsində baxıla bilər; Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli xidmət və əməliyyat mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 383 nömrəli arayışının məzmunundan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri üzrə X8 rayonu 45 nömrəli məktəbində informatika lobarantı vəzifəsində işləmiş, xx xxxxxx 2020-ci il tarixdən ixtisara düşdüyünə görə işdən azad olunmuşdur. Ona minimum əmək haqqının 2 misli miqdarında ixtisar pulu, yəni 500 (beş yüz) manat məbləğində pul vəsaiti cari ilin mart ayında ödənilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx xxx 2009-cu il tarili 69 nömrəli əmrlə Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli məktəbin informatika kabinetinə laborant vəzifəsinə təyin edilmiş, xx xxxxxx 2020-ci il tarixli 22 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı ilə əlaqədar) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X15rşı “işə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X17 laborant vəzifəsinə bərpa edilməyinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X16 direktoru X9 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbini qəbul etməmiş, iddia tələbi əsassız olduğundan, eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia müddətini tətbiq etməklə iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən: Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən; İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən;
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı yazılı müraciətini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia müddəti keçməmişdir, belə ki iddiaçı işdən çıxma əmrini rəsmi olaraq almamışdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq iddia tələbinə münasibətdə iddia müddəti keçmədiyi təqdirdə belə iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx xxxx 2019-cu il tarixli, 3019-05/12 nömrəli məktubunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin “tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrində müvafiq sayda kompüter cihazları ilə təchiz olunaraq formalaşan informatika labotantı vəzifəsinin müəyyənləşdirildiyi” qeyd olunmuşdur. Həmin dövrdə Bakı şəhəri, Nərimanov rayonu N.Nərimanov adına 45 nömrəli X18 3 kompyuter laborantı ştatı mövcud olmuş, lakin məktəbin balansında olan istismar müddəti bitmiş, yararsız olan kompyuterlərin silinərək balansdan çıxarılması nəticəsində işlək kompyuterlərin sayı azalmışdır və nəticədə məktəbdə 1 (bir) informatika kabineti fəaliyyəti göstərmişdir. 2019-2020-ci tədris ilinin başladığı xx xxxxxxxx 2019-cu il tarixə məktəbin ştat cədvəlində müvafiq laborant ştatlarının sayı 2 (iki) vahid azaldılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsində “işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir” qeyd olunmuşdur. Üç kompüter laborantı arasında peşəkarlıq səviyyəsi və verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasını təmin etdiyi üçün X6nın işdə saxlanılması, kompüter laborantı vəzifəsində çalışan və həmin dövrdə sosial məzuniyyətdə olan X5 və İddiaçı ilə bağlanmış müqavilələrə isə onların sosial məzuniyyətdən qayıtdıqdan sonra xitam verilməsi qərara alınmışdır. Həmçinin, ştatının ixtisar olunacağı barədə İddiaçı məktəb rəhbərliyinin adından müvafiq qaydada rəsmi məktub ünvanlanmış və xəbərdarlıq olunmuşdur. Bakı şəhəri 45 nömrəli tam orta məktəb üzrə verilmiş xx xxxxxx 2020-ci il tarixli, 22 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmiş və ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbinə uyğun olaraq orta əmək haqqının iki misli miqdarında işdənçıxma müavinəti ödənilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı şəxs müvafiq iddia ərizəsində həmçinin X6nın sosial məzuniyyət yerinə işlədiyini qeyd etmişdir ki, bu da əsassızdır. Belə ki, müvafiq araşdırma nəticəsində müəyyən edilmişdir ki, X6 xx xxxxxx 2010-cu il tarixdən 45 nömrəli məktəbdə işləyir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X15rşı “işə bərpa olunması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli X15rşı “işə bərpa” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Gültəkin Əsədova