Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-397/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı kommunal xidmətlərə görə ödənilməmiş pulun tutulması tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” MTK-nin Cavabdeh qarşı kommunal xidmətlərə görə ödənilməmiş pulun tutulması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kommunal xidmətlərə görə ödənilməmiş pulun tutulması tələbinə dair "xxxx" MTK ilə cavabdeh arasında bağlanan 06 dekabr 2007- ci İl tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda 141 saylı, 4 otaqlı, 157 kvm. mənzil cavabdehin istifadəsinə verilib və 2008-ci ilin sentyabr ayından cavabdeh həmin kooperativin digər payçıları ilə birlikdə mənzilinə köçərək orada yaşayır. Mənzil Məcəlləsinin 137.4 və 138.5 maddələrinin tələblərinə və kooperativ üzvlərinin əksəriyyətinin müsbət rəyinə əsasən kooperativin idarə heyəti çoxmənzilli binanın idarə və təsərrüfat xərclərinin ödənilməsi məqsədi ilə binanın bir kvadrat metr kommunal xidmət sahəsinə hesabladığı tarif 0,22 qəpik təsdiq edilib və həmin tarif 2008-ci ildən bu günə qədər dəyişməyib. Cavabdehin 2013 - 2017-ci illərdə istilikdən istifadəyə görə 1062 manat, 2012-2020-ci illərdə kommunal xidmət haqqına görə 2908 manat borcu yaranıb. Cavabdehin hal-hazıra kimi 3970 manat xidmət haqqı borcu yaranmışdır. Xidmət haqqının məbləği ödənilmədiyi səbəbindən iddiaçının dövlət və xidmət təşkilatlarına uyğun borcu qalmışdır. Dəfələrlə şifahi və yazılı müraciət edilsə də, Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərin icrasından əsassız olaraq yayınmışdır. Hal-hazıradək görülən tədbirlər heç bir nəticə verməmiş, bu da binaya aid xərclərin vaxtı-vaxtında ödənilməməsinə və əlavə xərclərin yaranmasına səbəb olmuşdur. Nəsimi rayon məhkəməsində bununla bağlı iddia qaldırılsa da, məhkəmə hesab etmişdir ki, həmin iddia cavabdehin qeydiyyatda olduğu ünvana verilməlidir. Qeyd edilənləri nəzərə alaraq, 3970 (üç min doqquz yüz yetmiş) manat koınunal xidmətlərə görə haqqın Cavabdeh tutulub İddiaçı-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 2017ci ilin aprel ayına qədər müddət ərzində ödənilməyən 1785 manat kommunal xidmət haqqı Cavabdeh tutulub İddiaçı-nin hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra “xxxx” MTK-nın nümayəndəsi 31 mart 2021-ci il tarixli məhkəmə iclasında ərizəsi əsasında müstəqil tələb irəli sürən 3-cü şəxs qismində mülki işə cəlb edilmiş və məhkəmədən 2017-ci ilin aprel ayına qədər müddət ərzində ödənilməyən 3292 manat kommunal xidmət haqqının Cavabdeh tutulub “xxxx” MTK-nın hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə cavabdeh arasında bağlanan 06 dekabr 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda 141 saylı, 4 otaqlı, 157 kvm. mənzil cavabdehin istifadəsinə verilib və 2008-ci ilin sentyabr ayından cavabdeh həmin kooperativin digər payçıları ilə birlikdə mənzilinə köçərək orada yaşayır. Mənzil Məcəlləsinin 137.4 və 138.5 maddələrinin tələblərinə və kooperativ üzvlərinin əksəriyyətinin müsbət rəyinə əsasən kooperativin idarə heyəti çoxmənzilli binanın idarə və təsərrüfat xərclərinin ödənilməsi məqsədi ilə binanın bir kvadratmetr kommunal xidmət sahəsinə hesabladığı tarif 0, 22 qəpik təsdiq edilib və həmin tarif 2008-ci ildən bu günə qədər dəyişməyib. Cavabdehin 2013 - 2017-ci illərdə istilikdən istifadəyə görə 1062 manat, 2012 – 2016-ci illərdə komunal xidmət haqqına görə 1330 manat borcu yaranıb. Daha sonra Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddiaçı «xxxx» MTK mənə qarşı «2012-2016-cı illər üzrə kommunal xidmət haqqına görə ödənilməyən məbləğ» tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək ondan öz xeyirlərinə 2017-ci ilin yanvar ayına qədər ödənilməyən 2392 manat pulun ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş tələb qanunsuz və əsassızdır. İddiaçı iddia edir ki, Cavabdeh onlara 2013-2017-ci illərdə istilikdən istifadəyə görə 1062 manat, 2012-2016-ci illərdə isə kommunal xidmət haqqına görə 1330 manat borcu var. Əgər onun iddiaçıya belə bir borcu vardırsa, nəyə görə iddiaçı vaxtında deyil, məhz 4 ilə yaxın bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən onun tələbi rədd edilməlidir. İddiaçı-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qəbul etmədi və iddia ərizəsinin rədd edilməsini xahiş etdi. İddiaçı “xxxx” MTK-ya baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. İş materiallarında olan “xxxx” MTK ilə Cavabdeh arasında 06.12.2007-ci il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanda 141 saylı, 4 otaqlı, 157 kvm. mənzilin ümumi dəyərini 100% ödənişdir. İş materiallarında olan ödəniş qəbzlərindən və arayışlardan görünür ki, Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda kommunal ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MTK ilə İddiaçı arasında 12.01.2017-ci il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasında mənzil-kommunal xidmətinin göstərilməsi İddiaçı-yə həvalə edilmişdir. İddiaçı C.Səlimov küçəsi, 16 ünvanda yerləşən yaşayış binasında mənzil-kommunal xidmətinin göstərilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cu maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir; birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür-ümumi və xüsusi; ümumi iddia müddətinə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil, xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısadılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişdir. Borcun məbləğinə gəldikdə isə, məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə üç illik iddia müddəti tətbiq edilməli və cavabdehdən tutulan kommunal xərcləri qətnamə çıxarılan vaxtdan üç illik müddəti hesablanmaqla tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 2018-ci il aprel – 2021-ci il aprel ayları üzrə ödənilməmiş kommunal xidmət haqqları tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-397/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-397/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver