Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3976/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilə şərtlərinə əsasən ödənilməmiş borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilə şərtlərinə əsasən ödənilməmiş borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətçisi Cavabdeh2 iddiaçı şəxslərə ödənilməli olan 25.000 (iyirmi beş min) manat əsas, 625 (altı yüz iyirmi beş) manat peniya və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 25.655 (iyirmi beş min altı yüz əlli beş) manat məbləğində pul vəsaitinin iddiaçı şəxslərin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndələri X2 dəftərxana vasitəsi ilə ərizə ilə müraciət edərək, iddia ərizənin baxılmamış saxlanılmaqla iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndələri X1 iddia ərizəsinin qaytarılmasına dair müraciətini və cavabdeh şəxsin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilə şərtlərinə əsasən ödənilməmiş borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3976/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3976/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver