Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3981/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə 1159,11 kv.m həyətyanı torpaq sahəsi ayrılmasına dair A105055 saylı, xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin Planı və Ölçüsünün 29 iyul 2004-cü ildə vəfat etmiş X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi hazırda Bakı şəhəri Nərimanov rayonu Daş Karxanası ev-19 ünvanında yaşayır. Allahverdiyeva (Kilovatın Əmiraslan qızı ərizəçinin ögey anasıdır. X5 Gədəbəy rayon Aqrar islahat Komissiyasının 29 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə A1Ü5055 saylı. xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin Planı və Ölçüsü əsasında Gədəbəy rayonu Anqıran kəndində 1159.11 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Gülavatın Allahverdiyeva 29 iyul 2004-cü ildə vəfat etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə ərizəçinin X3 qalmış (Gədəbəy rayonu Arıqrıan kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini və 44 kv.m fərdi yaşayış evini vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında miras kimi qəbul etməyi faktı müəyyən edilmişdir. Ərizəçi hazırda Gülavatın Allahverdiyevanın vərəsəsidir. A105055 saylı. xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin Planı və X1 adı yanlış olaraq "Gülabatın atasının adı isə "Əmrah” kimi göstərilmişdir. Ancaq onun bütün sənədlərində soyadı, adı və atasının adı X8 qeyd edilmişdir. Ərizəçi hazırda həmin torpaq sahəsini onun vərəsəsi kimi öz adına rəsmiləşdirmək istəyir. Ancaq Torpaq sahəsinin Planı və Ölçüsü sənədində yanlışlıq olduğundan torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini apara bilmir. Bununla bağlı DƏDRX- nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş olsa da, onun tələbindən imtina edilmişdir. Hazırda qeyd olunan Torpaq sahəsinin Planı və Ölçüsündə olan yanlışlığı aradan qaldıra bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıdır. Ərizəçi oğlunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 105055 saylı xx.xx.2014-cü il tarixli Torpaq Sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Gədəbəy rayonu, Arıqıran kəndində 1159,11 kv.m torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahatı Komissiyasının 1998-ci il 29 may tarixli 06 nömrəli qərarı ilə X9 məxsusdur. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(042)- 467/2019 saylı qətnaməsi ilə Ərizəçi X3 miras qalmış Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və ümumi sahəsi 44 kvm olan fərdi yaşayış evinin vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında miras kimi, qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gədəbəy Rayon Notariat Kontorunun 18 dekabr 2019-cu il 545 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Gədəbəy rayon notariat ofisi bildirir ki, Ərizəçi mərhum vətəndaş X3 miras qalmış Gədəbəy rayonu Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə və çöl torpaq sahəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2019-ci il tarixdə notariat kontoruna ərizə ilə müraciət etmişdir. Onun ərizə ilə birlikdə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, həqiqətən, Ərizəçi miras qoyan mərhum vətəndaş X4 Qanun üzrə vərəsəsidir. Odur ki, ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə müraciət edərək mərhum vətəndaş X3 miras qalmış fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə və çöl torpaq sahəsinə dair Reyestrdən çıxarışı aldıqdan sonra ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. Bununla əlaqədar mərhum vətəndaş X3 miras qalmış Gədəbəy rayon, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə və çöl torpaq çıxarışı və həmin daşınmaz əmlaka dair müvafiq məlumatları bizə verəsiniz. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 24 iyun 2022-ci il tarixli məktubundan görünür ki, 11 saylı Şəmkir Ərazi İdarəsinə ünvanladığınız xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bildiririk ki mərhum X5 məxsus olan, Gədəbəy rayonu. Arıqdam kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş A 105055 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində səhv yazılmış ata adına düzəliş edilməsi 11 saylı Şəmkir idarəsinin səlahiyyətləri xaricindədir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11,2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Odur kı. sizə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək tovsiyyə olunur. İş materiallarında olan Gədəbəy rayon Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli 168 nömrəli arayışın surətindən görünür ki, Gədəbəy rayonu İnəkboğan kənd icra nümayəndəliyində və Gədəbəy rayon qeydiyyat şöbəsində doğum akt qeydi aşkar olunmadı. Yoxlama xx.xx.1944-xx.xx.1950-ci illər doğum akt qeydləri və xx.xx.1959xx.xx.1965-ci illər doğum bərpa akt qeydləri üzrə üzrə aparılmışdır. İş materiallarında olan Gədəbəy RİH Başçısının Arıqıran kənd İƏD üzrə xx.xx.2017-ci il tarixli arayışın surətindən görünür ki, Ərizəçi ona görə ki Gədəbəy rayon Aqrar islahat Komissiyasının 1998-ci il 29-may tarixli 06-nömrəli qərarı ilə onun mərhum analaığı X6 verilmiş 105074 və 105055-saylı Torpaq sahəsinin plan və ölçüsü sənədlərində onun adı X7 yazılmışdır. Lakin onun adı, sovadı, atasının adı X2 oxunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci maddəsinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair 1159,11 kv.m həyətyanı torpaq sahəsi ayrılmasına dair A105055 saylı, xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin Planı və Ölçüsünün 29 iyul 2004cü ildə vəfat etmiş X5 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair 1159,11 kv.m həyətyanı torpaq sahəsi ayrılmasına dair A105055 saylı, xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin Planı və Ölçüsünün 29 iyul 2004cü ildə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3981/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3981/2022
11.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver