Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3997/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyətli fakt, nikahın qeyd edilmə faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi Əliyeva (İsmayılova) Məryəm İsa qızı və Maraqlı şəxs2 arasında olmuş xx.xx.1981-ci il tarixli nikah akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi 1956-ci il tarixdə Ermənistan SSR, Quqark rayonunda anadan olmuşdur. xx.xx.1981-ci ildə Maraqlı şəxs2 ilə nikaha daxil olmuşdur. Nikah Quqark rayonu Hallavar kənd soveti tərəfindən xx.xx.1981- ei ildə qeydə alınmışdır. Nikah haqqında akt qeydi aparılanıq ərizəçiyə nikah haqqında şəhadətnamə təqdim edilmişdir. Nikahdan əvvəl ərizəçinin soyadı İsmayılova olmuşdur, nikaha daxi olduqdan sonra Əliyeva soyadını qəbul etmişdir. Həmin nikahdan ərizəçinin 3 uşağı doğulmuşdur. Ərizəçinin əri Maraqlı şəxs2 da Ermənistan SSR-də doğulmuşdur. Onlar 1988-ci ildə məlum hadisələrdən sonra ailəsi ilə birlikdə Ermənistandan Azərbaycana köçüb, Bakı şəhəri, Nərimanov rayonunda məskunlaşıblar. Hazırda Ərizəçi əri Maraqlı şəxs2 ailə üzvü kimi mənzildə qeydiyyata alınmaq məqsədilə nikah haqqında şəhadətnaməni təqdim etmişdir. Lakin məlum olmuşdur ki, nikah haqqında şəhadətnamədə adı Meyram olaraq qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsi ilə ziddiyyət təşkil etdiyi üçün nikah haqqında şəhadətnamə mötəbər sübut kimi qəbul edilməmişdir. Ona görə də nikah haqqında akt qeydi bərpa edilməlidir. Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin, Şöbənin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, nikah haqqında akt qeydi Ermənistanda edildiyi üçün onun bərpa edilməsi məhkəmə qaydasında mümkündür. Ərizəçi xx.xx.2023-cü il tarixdə yazılı ərizə təqdim edərək, Əliyeva (İsmayılova) Məryəm İsa qızı və Maraqlı şəxs2 arasında olmuş xx.xx.1981-ci il tarixli nikah akt qeydinin akt qeydində adının X1 qeyd edilərək bərpa edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan; - AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuşdur. Ailə vəziyyəti evlidir. - ZJ 984266 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1956-cı il tarixdə Ermənistan SSR-də anadan olmuşdur. Onun atası X4, anası X2r. - İİ-SL 254320 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 və X6 arasında 10 fevral 1981-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Bu barədə eyni tarixdə 2 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 16-5/8-15-1625/2023 saylı məktubdan görünür ki, nikah haqqında akt qeydinin bərpa edilməsi barədə ərizə ilə şöbəyə müraciət etmiş, lakin şöbəyə təqdim edilən nikah haqqında şəhadətnamədə adı “Meyram”, AZE ******** seriya və nömrəli şəxsiyyəti təsdiq edən sənəddə isə “Məryəm” qeyd edilmişdir. Mövcud ziddiyyətə görə ərizənin təmini mümkün olmamışdır. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 3996/2023 saylı qətnaməsindən görünür ki, Əliyeva (İsmayılova) Məryəm İsa qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə ərizə təmin edilmiş, Əliyeva (İsmayılova) Məryəm İsa qızının xx.xx.1956-cı il tarixdə, Ermənistan SSR, Quqark rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “İsmayılova”, adı “Məryəm”, ata adı “İsa”, doğum tarixi “xx.xx.1956-cı il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Quqark rayonu”, ata qrafasında “X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “X3, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması qət edilmişdir. - Məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1965-ci il təvəllüdlü X7 bildirmişdir ki, Ərizəçi doğma bacısıdır. O, 1956-cı ildə Ermənistan SSR, Quqark rayonunda anadan olmuşdur. Bacısı 1981-ci ildə Maraqlı şəxs2 ilə nikaha daxil olmuşdur. Bacısının üç övladı var - Natiq, Xanbaba, Elnaz. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər...Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.5-ci bəndinə əsasən, nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Yuxarıda qeyd edilən normanın (AR MPM 307.2.3) mənasına görə - doğum, övladlığa götürmə, nikah, boşanma və ölümlə bağlı əvvəllər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılsa da, müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası müəyyən səbəblərdən mümkün deyildir. Qanunveriliyə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Əliyeva (İsmayılova) Məryəm İsa qızı xx.xx.1956-cı il tarixdə Ermənistan SSR Quqark rayonunda anadan olmuşdur. O, 10 fevral 1981-ci il tarixdə Maraqlı şəxs2 ilə rəsmi nikaha daxil olmuş və bundan sonra ona “Əliyeva” soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin adı X8, şəxsiyyət vəsiqəsində isə X1 qeyd edilmişdir. Ərizəçi Maraqlı şəxs2 ailə üzvü kimi mənzildə qeydiyyata alınmaq məqsədilə nikah haqqında şəhadətnaməni təqdim etmiş, lakin nikah haqqında şəhadətnamədə adı Meyram olaraq qeyd edilməklə şəxsiyyət vəsiqəsi ilə ziddiyyət təşkil etdiyi üçün nikah haqqında şəhadətnamə mötəbər sübut kimi qəbul edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, ərizəçi nikah haqqında akt qeydinin bərpa olunması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı ASAN Xidmət mərkəzində qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin, şöbəyə təqdim edilən nikah haqqında şəhadətnamədə adı “Meyram”, AZE ******** seriya və nömrəli şəxsiyyəti təsdiq edən sənəddə isə “Məryəm” qeyd edildiyindən ərizənin təmini mümkün olmamışdır. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi həmçinin doğum haqqında akt qeydinin bərpa edilməsi məqsədilə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(005)-3996/2023 saylı qətnaməsinə əsasən, Əliyeva (İsmayılova) Məryəm İsa qızının xx.xx.1956-cı il tarixdə, Ermənistan SSR, Quqark rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilmiş, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “İsmayılova”, adı “Məryəm”, ata adı “İsa”, doğum tarixi “xx.xx.1956cı il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Quqark rayonu”, ata qrafasında “X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “X3, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması qət edilmişdir. Ərizəçi Maraqlı şəxs2 ilə 10 fevral 1981-ci il tarixdə rəsmi nikah bağlaması barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur. Belə ki, bu barədə nikah haqqında şəhadətnamənin surəti mövcuddur. Məhkəmə baxışında tədqiq olunmuş həmin nikah haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, ərizəçi 10 fevral 1981-ci ildə Maraqlı şəxs2 ilə nikaha daxil olmuş və nikah Ermənistan SSR Quqark rayonu Alvarski sovetində 2 nömrəli ilə qeydiyyata alınmışdır. Həmin nikah şəhadətnaməsində ərizəçinin adı “X6” kimi qeyd edilmişdir. Halbuki ərizəçiyə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsində onun adı “Məryəm” kimi qeyd edilmişdir. Həmçinin məhkəmə qətnaməsi ilə ərizəçinin doğum akt qeydi bərpa edilmiş, ona doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “İsmayılova”, adı “Məryəm”, ata adı “İsa” kimi qeydiyyat aparılması qət edilmişdir. Bu səbəbdən nikah haqqında şəhadətnamənin təqdim edildiyi orqanlarda anlaşılmazlıq yaranmış və hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi 10 fevral 1981-ci il tarixdə Maraqlı şəxs2 ilə rəsmi nikaha daxil olması, bu barədə müvafiq qeydin mövcud olması iş materialları, ərizəçinin izahatı və şahid ifadəsi ilə tam sübut olunur. Ərizəçinin nikah haqqında qeydinin bərpası başqa qaydada mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Əliyeva (İsmayılova) Məryəm İsa qızının Maraqlı şəxs2 ilə nikah akt qeydi ərizəçinin adı “X5” kimi qeydiyyat aparılmaqla bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsaəsn, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarına əlavə edilmiş 45942 saylı vəsiqədən görünür ki, ərizəçi qaçqın statusuna malikdir. Belə olduğu təqdirdə o iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu ödənilməsindən azad olan şəxslər kateqoriyasına daxildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Əliyeva (İsmayılova) Məryəm İsa qızı ilə Maraqlı şəxs2 arasında 10 fevral 1981-ci il tarixdə bağlanmış nikah akt qeydi bərpa edilməli. Nikah haqqında şəhadətnamə verilərkən nikah haqqında akt qeydində “vətəndaş” qrafasında soyadı “İsmayılova”, adı “Məryəm”, ata adı “İsa” kimi qeydiyyat aparılmalı. Nikah akt qeydinin bərpa edilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. VI. Nəticə: Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Əliyeva (İsmayılova) Məryəm İsa qızı ilə Maraqlı şəxs2 arasında 10 fevral 1981-ci il tarixdə bağlanmış nikah akt qeydi bərpa edilsin. Nikah haqqında şəhadətnamə verilərkən nikah haqqında akt qeydində “vətəndaş” qrafasında soyadı “İsmayılova”, adı “Məryəm”, ata adı “İsa” kimi qeydiyyat aparılsın. Nikah akt qeydinin bərpa edilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-3997/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3997/2023
14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver