Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-40/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X21, “Babək” Kiçik müəssisəsi, X19, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması, mənzilin boşaldılması və təhvil verilməsi, mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 15A nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququnun tanınması və bununla bağlı müvafiq çıxarış verilməsi ilə yaşayış sahəsinə köçürülmə aidiyyəti üzrə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (2(005)-4559/2022 saylı mülki iş) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən ev 15 İddiaçı məxsusdur, öz vəsaiti ilə tikmişdir və kommunal xərclərini ödəyir. İddiaçı həmin mənzili Cavabdeh İlyiçdən almışdır və tikinti işlərini öz vəsaiti hesabına tamamlamışdır. Bu səbəbdən də İddiaçı bu mənzilə mülkiyyət hüququ tanınmalı və o bu mənzilə köçürülməlidir. Hazırki vəziyyət onun hüquqlarını pozur, yaşadığı mənzillə əlaqədar sənədləşmə və sairə ilə əlaqədar bir sıra problemlər yarada bilər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4341/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 15A saylı mənzilə köçürülməsi qət olunmuşdur. Maraqlı şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işin təzələnərək baxılmasını xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 15A nömrəli mənzildə pasport qeydiyyatındadır və həmin mənzildə yaşayır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4559/2022 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4341/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh X13rşı “ona məxsus mənzilə mülkiyyət hüququnun tanınması və bununla bağlı müvafiq çıxarış verilməsi ilə yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələblərinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsindəki 15“A” saylı fərdi yaşayış evinə dair Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X8 adına xx.xx.2004-cü il tarixdə verilmiş 250 saylı reyestr kitabının 16746-cı səhifəsində 30/16746 nömrə ilə qeydə alınmış FM seriyalı 030676 nömrəli Qeydiyyat vəsiqəsinin və bununla əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi Bakı şəhəri, A.Heydərov küçəsi 1936-cı məhəlləyə dair Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Babək” kiçik müəssisəsinin adına xx.xx.2002-ci il tarixdə verilmiş 01 nömrəli reyestr kitabının 10-cu səhifəsində 160 reyestr nömrəsi ilə qeydə alınmış Qeydiyyat vəsiqəsinin və bununla əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsindəki 15“A” saylı evə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 535 saylı 01 09.2004-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha topaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin xx.xx.1987-ci il tarixdə Cavabdeh İlyiçin İddiaçı satdığı və faktiki yerləşdiyi yerin təqdim edilən foto şəkillərdə göstərilən Bakı şəhəri Ə.Əliyev küçəsində yerləşən 5 ”A” saylı fərdi yaşayış evinin olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ üzrə həmin evə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evindən oranı qanunsuz tutmuş şəxslərin və həmin ünvanda yerləşdirilmiş avadanlıqların oradan çıxarılması, evin təmir edilməklə mənzil-kommunal xərcləri yoxlanılıb borcsuz şəkildə İddiaçı təhvil verilməsi, və İddiaçı qeyd edilən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(1-ci cild, səh. 134) Eyni zamanda İddiaçı cavabdehlər X14, Cavabdeh, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hazırki inzibati binasının yerləşdiyi ünvan 2 ünvanının sağ tərəfindən 3-5 metrliyində təxminən 0.05 ha torpaq sahəsində tikilmiş ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 15A saylı fərdi yaşayış evindən cavabdeh “Babək” kiçik müəssisəni və oranı zəbt etmiş digər şəxslərin avadanlıqları ilə birlikdə mənzildən və qeydiyyatdan çıxarılmaları, həmin mənzilin cavabdehlərin vəsaiti hesabına tam olaraq boşaldılması və mənzilin təmir edilərək əvvəlki vəziyyətə gətirilib əşyaları ilə birlikdə kommunalı yoxlanılaraq ona təhvil verilməsi, həmin 160 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilərək, dövlət reyestrindən çıxarılması, onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (2(005)-3531/2022 saylı mülki iş) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hazırki inzibati binasının yerləşdiyi ünvan 2 ünvanının sağ tərəfindən 3-5 metrliyində yerləşən iki mərtəbəli, iki mənzilli, tək fərdi yaşayış evi, yəni Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 15A saylı fərdi yaşayış evi qanuni əsaslarla ona məxsusdur. Onun həmin mənzilə köçürülməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4341/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mövcuddur və xx.xx.2021ci il tarixdə icraya yönəldilmişdir. Həmin mənzil cavabdeh Nərimanov İcra Hakimiyyəti tərəfindən mağaza tikilməsi barədə Arif Heydərov küçəsinə verilmiş sərəncamla və düzgün olmayan sənədlərlə digər cavabdeh “Babək” kiçik müəssisə tərəfindən qanunsuz zəbt olunmuş, obyekt vəziyyətinə salınmış, evin daş hasarı, otaqların arakəsməsi qanunsuz olaraq sökülmüş, əşyalar mənimsənilmişdir. Qanuni əsaslarla ona məxsus olan 15A saylı mənzilə köçürülməsi haqqında məhkəmənin qətnaməsinin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində icra olunması mümkün olmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3531/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər “Babək” kiçik müəssisəsinə və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzildən və qeydiyyatdan çıxarılma, çıxarışın ləğv edilməsi və sair” tələbinə dair 2(005)-3531/2022 nömrəli mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-4559/2022 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən hazırki məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Bakı şəhəri İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal İstismarı Sahəsinin 212182 saylı arayışına əsasən İddiaçı, X5, X6, X4, X9 və X10 ünvan 3A mənzilində pasport qeydiyyatındadırlar; DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, 1977-ci il təvəllüdlü X21 Bakı şəhəri, Nərimanov rayonu, Yusifzadə küçəsi, ev 2, mənzil 1 qeydiyyatında olmuş və xx.xx.1997-ci il tarixində qeydiyyatdan çıxmışdır. 1987-ci il tarixli kartoçkadan aydın olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X2 mülkiyyəti kimi tanınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş cavab məktubunda qeyd olunur ki, arxiv materialları araşdırılmış və məlum olmuşdur ki, ünvan 4 ev BŞİHB-nin x-77 saylı xx.xx.2004-cü il tarixli məktubuna, 535 saylı xx.xx.2004-cü il tarixli sərəncama, hesabata, akta və 2 saylı arayışın surətinə əsasən xx.xx.2004cü il tarixdə X8 adına ilkin hüquqi qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. ünvan 4 ünvanı nə əvvəllər nə də hazırda İddiaçı mülkiyyəti kimi qeydiyyatda deyil. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, Əlyar əliyev küçəsi 15 “a” saylı evin vətəndaş X11 adına ilkin hüquqi qeydiyyata alınmasına və həmin evə qeydiyyat vəsiqəsinin verilməsinə icazə verilmişdir. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 7də yerləşən ümumi sahəsi 291,6 kv.m olan qeyri-yaşayış binası “Babək” kiçik müəssisəsinin tam payda xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş cavab məktubunda qeyd olunur ki, ünvan 5 ünvanında sağ tərəfdən 3-5 metrlikdə yerləşən fərdi yaşayış evi “Babək” kiçik müəssisəsinin yerləşdiyi ünvan 7 ünvanı ilə eynidir. Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışda qeyd olunur ki, İddiaçı X1 3 uşağın saxlanması üçün Binəqədi Rayon İcra Şöbəsi vasitəsi ilə aliment almır. İddiaçı müraciət ərizəsindən görünür ki, İddiaçı və X3 arasında razılaşma olmuşdur. 30 saylı MKİS tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş arayışdan görünür ki, X3 arvadı İddiaçı və 3 uşaqları ilə birlikdə 1988-ci il tarixdən hazıradək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 15 “a” saylı mənzildə pasport qeydiyyatındadırlar. 30 saylı MKİS tərəfindən verilmiş 126991 saylı arayışdan görünür ki, İddiaçı və 3 uşağı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 15 “a” saylı mənzildə pasport qeydiyyatındadırlar. "xxxx" ASC tərəfindən ünvan 9 ünvanı üzrə İddiaçı ünvanlanmış borcun ödənilməsi barədə məktubda elektrik enerjisindn istifadəyə görə xx.xx.2010-cu ilə 116,73 manat ödənməyən borcun qaldığı qeyd olunmuşdur. 2008-ci ilin iyun ayına aid məişət tullantılarının daşınması üçün mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ünvan 10 ünvanı üzrə ödəniş edilmişdir. xx.xx.2006-cı il tarixdə verilmiş AZE seriaylı, 05114332 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri olaraq ünvan 11 ünvanı qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 12 ünvanında 23 mart 2006-cı il tarixdən qeydiyyatdadır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: ünvan 11 ünvanı üzrə İddiaçı əri və uşaqları ilə qeydiyyatda olmaqla yaşamışdır. Hazırda isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu ünvanda “Babək” kiçik müəssisəsinin fəaliyyət göstərdiyini bildirir və bu müəssisə tərəfindən evin boşaldılaraq təhvil verilməsi və s. tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd edir ki, İddiaçı bir sıra iddia tələbləri ilə məhkəməyə müraciət etsə də başlıca tələb ona məxsus olduğunu iddia etdiyi ünvan 11 ünvanının “Babək” kiçik müəssisəsindən alınaraq ona təhvil verilməsi təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş arayış və qəbzlərdən onun ünvan 11 ünvanı üzrə qeydiyyatda olduğu, “Babək” kiçik müəssisəsinin isə ünvan 7 ünvanında fəaliyyət göstərir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş məktubda bu ünvanların eyni ünvan olduğu qeyd olunur. Lakin nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, İddiaçı ünvan 11 ünvanı üzrə mülkiyyət hüquqlarının mövcudluğu sübut olunmur. İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş arayışlar onun ünvan 11 ünvanı üzə qeydiyyatda olduğunu təsdiq etsə də, bu arayışlar İddiaçı bu ünvana mülkiyyət hüququ olduğunu sübut etmir. Mülkiyyətçi olmayan şəxsin isə əmlakın digər şəxsdən alınaraq ona verilməsi və bu tələbdən irəli gələn qalan bütün tələbləri məhkəmədə qaldırmaq kimi subyektiv hüququ mövcud deyil. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə mülki işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan əmlaka mülkiyyət hüququnun və bu hüquqdan irəli gələrək hazırki iddianı qaldırmaq hüququnun mövcudluğunu yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil, buna görə də İddiaçı cavabdehlər X21, “Babək” Kiçik müəssisəsi, X19, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra hakimiyyəti, Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması, mənzilin boşaldılması və təhvil verilməsi, mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin X14 yönəldilməsi hissəsinə və iddianın «Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsindəki 15“A” saylı evə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 535 saylı 01 09.2004-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha topaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin xx.xx.1987-ci il tarixdə Cavabdeh İlyiçin İddiaçı satdığı və faktiki yerləşdiyi yerin təqdim edilən foto şəkillərdə göstərilən Bakı şəhəri Ə.Əliyev küçəsində yerləşən 5 ”A” saylı fərdi yaşayış evinin olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» hissəsinə eyni tarixli qərardadla münasibət bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X21, “Babək” Kiçik müəssisəsi, X19, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması, mənzilin boşaldılması və təhvil verilməsi, mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-40/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-40/2023
23.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver