Məhkəmə qərarları › İş №2(005)-400/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-400/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-400/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “mənzilin özgəninkiləşdirməsi üçün zəruri olan sənədlərin verilməsi və artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “mənzilin özgəninkiləşdirməsi üçün zəruri olan sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MTK-nin üzərinə daşınmaz əmlaka (mənzilə) hüquqların dövlət qeydiyyatına alınması (özgəninkiləşdirilməsi) üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın,arayışın və digər zəruri sənədlərin verilməsi öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 ilə “xxxx” MTK arasında, kooperativin Bakı şəhəri Nərimanov rayonu A.Bakıxanov küçəsi 758-759-cu məhəllədə inşa etdiyi hündürmərtəbəli binanın 2-ci giriş 6-cı mərtəbəsində yerləşən tikinti sahəsi 229,73 kv.metr,hesablaşma sahəsi 229,73 kv metr,yaşayış sahəsi 134,92 kv metr olan 5 otaqlı 76 saylı mənzilinə dair 06.09.2011-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Payçı tərəfindən həmin mənzilin dəyəri tam ödənildiyinə görə ona bu barədə maliyyə arayışıda verilmişdir. 24.01.2014-cü il tarixdə mənzilin çıxarışı olmadığı üçün payçı X2 ərizəsinə əsasən həmin mənzilə cair olan 76 saylı müqavilə MTK tərəfindən onun adına rəsmiləşdirilmişdir. 24.01.2014-cü il tarixli kooperativ mənzil tikintisi haqqında 76 saylı müqaviləyə əsasən tikinti sahəsi 229,73 kv metr, hesablaşma sahəsi 229,73 kv.metr, yaşayış sahəsi 134,92 kv metr olan mənzilin dəyəri kooperativə G.Quliyeva tərəfindən ödənildiyindən mənzil onun adına rəsmiləşdirilən an o, keçmiş payçı G.Quliyevaya 275.000 manat ödədi. Mənzilin dəyəri kooperativə əvvəlki payçı tərəfindən tam ödənildiyindən, kooperativ həmin müqaviləni və maliyyə arayışını payçının razılığı ilə yenidən onun adına rəsmiləşdirdi. 24.01.2014-cü il tarixdən o, həmin mənzildə yaşamaqla hər ay kommunal xidmətləri ödəyir və kooperativə də heç bir borcu yoxdur. 16.09.2020-ci il tarixdə o, kooperativin faktiki fəaliyyət göstərdiyi S.S.Axundov küçəsi 3123-cü məhəllə 200E-də yerləşən ofisinə getdi ki, mənzili özəlləşdirmək üçün zəruri sənədləri alsın. Ona bildirdilər ki, guya onun mənzilinin 255 kv metrdir, 25.23 kv metri üçün əlavə pul ödəməlidir və bundan sonra ona kooperativin ümumi yığıncağının protokolundan çıxarış və arayış veiləcəkdir. O, isə buna etiraz etdi. Cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, həqiqətən İddiaçı ilə “xxxx” MTK arasında MTK-ya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi (keçmiş A.Bakıxanov küçəsi), 758-759-cu məhəllə ünvanında inşa edilmiş yaşayış kompleksinin 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 229.73 kv.m. sahəsi olan 5 otaqlı 76 saylı mənzilə dair 24.01.2014-cü il müqavilə bağlanmışdır. Sonradan payçı mənzilə dair çıxarış almaq üçün tələb olunan lazımi sənədlərlə bağlı MTK-ya müraciət etmiş və bu zaman ona izah olunmuşdur ki, mühəndisin yol verdiyi xəta səbəbindən payçı İddiaçı ilə bağlanmış müqavilədə mənzilin tikinti-hesablaşma sahəsi 229.73 m2 kimi qeyd olunmuşdur, lakin mənzilin tikinti-hesablaşma sahəsi 229.73 m2 yox, 276.76 m2-dır. Bunu əsaslandırmaq üçün hətta payçı İddiaçı Mənzil Məcəlləsinin 113.1 -ci maddəsinə əsasən mənzilin yerləşdiyi binanın əsas planı, həmçinin mənzilin planı təqdim olunmuş və ona bildirilmişdir ki, yaranmış fərq mütləq şəkildə ödənilməli, hətta ehtiyac olarsa payçıya kömək məqsədilə borcunu ödəməsi üçün qarşılıqlı razılıq əsasında müəyyən qədər vaxt da verilə bilər. Lakin payçı İddiaçı bundan qəti surətdə imtina etmiş və ödəniş etməyəcəyini bildirmişdir. Daha sonra iddiaçının nümayəndəsi X5 iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mənzilə görə ödənilən sahə 229,73 kv metrdir, ekspertiza rəyində isə 218,4 kv metr faktı müəyyən edilmişdir. Əmalkın faktiki ölçüsü arasında yaranmış fərq 11,33 kv metrdir. Göstərilənlərə əsasən, artıq ödənilmiş pulun 13.562 manat iddiaçıya nağd şəkildə tam ödənilməsinə dair qərar çıxarılmasının xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “xxxx” Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı -payçı arasında bağlanmış 24.01.2014-cü il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, “xxxx” Mənzil- Tikinti Kooperativi, sonradan “Kooperativ” adlanacaq, Kooperativin Nizamnaməsinə əsasən hərəlkət edən onun sədri F.Ə.Abdullayev şəxsində, bir tərəfdən və ünvan 2 ünvanında yaşayan, sonradan payçı adlanacaq, vətəndaş İddiaçı ünvan 3 ünvanında “Payçı”ların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 76 saylı mənzilə dair razılışaraq bu müqaviləni bağlamışdırlar. “xxxx” Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı -payçı arasında bağlanmış 24.01.2014-cü il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən “Kooperativ” inşa ediləcək binanın, 2-ci giriş, 6-cı mərtəbə, 76 saylı mənzilini “Payçı”ya təhvil verməyi öhdəsinə götürür. “xxxx” Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı -payçı arasında bağlanmış 24.01.2014-cü il tarixli müqavilənin 2.6-cı bəndinə əsasən “Payçı” mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürür. “xxxx” MTK tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən kooperativ yaşayış binası «xxxx» MTK-ya məxsusdur. Bu binanın 2ci giriş, 6-cı mərtəbəsində, ümumi sahəsi 229.73 kv.m yaşayış sahəsi 134.92 kv.m olan 5 otaqlı, 76 saylı, mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. X4 tərəfindən “xxxx” MTK-ya ünvanlanmış 24.01.2014-cü il tarixli ərizənin surətindən görünür ki, Sizdən xahiş edirəm ki, “xxxx” MTK-nin ünvan 5 ünvanında inşa etdiyi binanın 2-cü giriş, 6-ci mərtəbəsində yerləşən, payçısı olduğum 76 saylı, 229.73 kv.m. sahəsi olan 5 otaqlı mənzili və həmin mənzilə ödədiyim pay haqqını İddiaçı adına sənədləşdirəsiniz. Gələcəkdə həmin mənzilə dair heç bir iddia və tələbimin olmayacağına təminat verirəm və sözlərimi öz imzamla təsdiq edirəm. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli, 10/3567 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Bakıxanov küçəsi, 758-759 məhəllədə “xxxx” MTK-nın inşa etdiyi binanın 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 76 saylı mənzilin (divar altı sahə nəzərə alınmadan) ümumi sahəsi 275.48 kv. təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə 2-ci və 3-cü bəndlərinə, eləcə də Azərbaycar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012 tarixli 07 №-li qərarın 3.8-ci bəndinin tələbləri əsasında aparılmış hesablama ilə, Bakı şəhəri, Nərimanov rayonu, A.Bakixanov küçəsi 758-759 məhəllədə «xxxx MTK-nır» inşa etdiyi binanın 2-ci ciriş, 6-cı mərtəbəsində yerləşən 76 saylı mənzilin ümümi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 218,4 m2, o cümlədən yaşayış sahəsinin 133,7m2 yardımçı (köməkçi) sahəsinin 84,7 m2 olduğu müəyyən edimişdlir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3də yaşayış kompleksindəki binanın 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 76 saylı mənzil İddiaçı faktiki sahibliyində və istifadəsindədir. “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı-payçı arasında bağlanmış 24.01.2014-cü il tarixli müqavilənin 2.6-cı maddəsinə əsasən “payçı”mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən ünvan 4 ünvanında inşa edilən kooperativ yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində, ümumi sahəsi 229.73 kv.m yaşayış sahəsi 134.92 kv.m olan 5 otaqlı, 76 saylı mənzilin pay dəyəri payçı İddiaçı mənzilin tam ödənilmişdir. Hazırda iddiaçı mübahisəli mənzili özəlləşdirməsi üçün zəruri olan sənədləri cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativindən ona təqdim edilməsini xahiş edir, koopertaiv isə öz növbəsində etiraz edərək, kooperativ ilə İddiaçı ilə bağlanmış müqavilədə mənzilin tikinti-hesablaşma sahəsi 229.73 kv.metr kimi qeyd olunmasına baxmayaraq mənzilin tikinti-hesablaşma sahəsi faktiki olaraq 276.76 kv.metr olduğunu bildirərək, İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qayadada icra etməməsini əsas gətirərək, mənzilin özəlləşdirilməsinə dair sənədlərin təqdim edilməsinən imtina edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, ünvan 4 ünvanında inşa edilən kooperativ yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 5 otaqlı, 76 saylı mənzil İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. 17.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında mənzil fondunu mülkiyyət formasına görə özəl, dövlət və bələdiyyə mənzil fondu təşkil edir. 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. İddiaçı cavabdeh tərəfin müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair “mənzilkooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışı” “arayışı” ona verməməsini mübahisələndirir, cavabdeh isə iddiaçı tərəfindən 24.01.2014-cü il tarixli müqavilə üzrə mənzilin ölçüləri az göstərildiyindən, yaranmış fərqin iddiaçının ödəməkdən imtina etdiyinə əsaslanaraq, iddia tələbində göstərilən sənədlərin verilməsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, ilkin iddia üzrə İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi qismən təmin edilməli, cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən “mənzil-kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış”ın, “arayış”ın ona verilməsi barədə cavabdeh kooperativin üzərinə öhdəlik qoyulmalıdır. Məhkəmə iddia tələbinin artıq ödənilmiş 13.562 manat pulun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 24.01.2014-cü il tarixli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən iddiaçının mübahisələndirdiyi öhdəlik pozulmayıb, bu səbəbdən də iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müvafiq müqavilənin 2.4-cü maddəsinin tələbinə əsasən, “mənzilin bayır divarları iki qat daşla hörülür”, “mənzilin daxili divarları (qonşular arası) bir qat 10 X 20 ölçülü daşla hörülür”, “mənzil daxili tamamlama işləri görülmədən “Payçı”ya təhvil verilir”. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzilin (divar altı sahə nəzərə alınmaqla) ümumi sahəsi 275.48 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 229,73 kv metr göstərildiyi halda, faktiki ölçüsü 275,48 kv.metrdir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2021-ci il tarixli, 10/3567 saylı rəyi ilə müəyyən edilir ki, divar altı sahə nəzərə alınmadan sözügedən mənzilin sahəsi 275,48 m2 təşkil edir. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “mənzil-kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış”ın, “arayış”ın İddiaçı verilməsi öhdəliyi “xxxx” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, 100 (yüz manat) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən ““mənzil-kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış”ın, “arayış”ın İddiaçı verilməsi öhdəliyi “xxxx” Mənzil- Tikinti Kooperativinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin eilməsin.. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul cavabdehdən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar