Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4001/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, o, Ərizəçi (Kalantay) oğluna SSSR X18 Komissarlığı tərəfindən verilmiş 23.07.1965-ci il tarixli İ ЗЖ 856305 saylı doğum haqqında şəhadətnamədə olan səhvin düzəldilərək ata adı qrafasında ata adının “Kalantar" deyil “Kalantay" yazılmasına dair qətnamə qəbul edib həmin qətnamənin icrasını Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuş və SSSR X18 Komissarlığı tərəfindən ona 23.07.1965-ci il tarixli İ ZJ 856305 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin SSSR X18 Komissarlığı tərəfindən verilmiş 23.07.1965-ci il tarixli İ ZJ 856305 saylı doğum haqqında şəhadətnamədə ata adı qrafasında ata adı səhvən Kalantay yerinə Kalantar olaraq qeyd edilmişdir. Bu səbəbdən də ona məxsus olan digər bütün sənədlərdə həmçinin AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində də ata adı Kalantar kimi qeyd edilmişdir. X1 19.07.2018-ci ildə vəfat etmişdir. Atasının vəfatı zamanı onun qanun üzrə vərəsələri o və bacısı X7 olmuşdur. X1 vəfat edikdən sonra o, bacısı ilə birlikdə faktiki olaraq onun mirasını qəbul etmişlər. Bundan sonra bacısının razılığı ilə ərizə ilə 11 saylı notariat kontoruna müraciət edərək atalarından miras qalmış ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Vərəsəlik işi başlanılması məqsədi ilə lazımı sənədləri notariat kontoruna təqdim etmiş, bundan sonra notariat kontorundan doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində ata adı qrafasında Kalantar qeyd edildiyini lakin atasına məxsus sənədlərdə isə ata adı Kalantay olaraq qeyd olunduğu bildirilərək vərəsəlik işinin başlanılmasından imtina edilmişdir. Bu səbəbdən də SSSR X18 Komissarlığı tərəfindən verilmiş 23.07.1965-ci il tarixli İ ZJ 856305 saylı doğum haqqında şəhadətnamədə ata adı qrafasında yol verilmiş səhvin düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs 04.06.2020-ci il tarixli 21 saylı məktubu ilə müvafiq səhvin qeydiyyat şöbəsi tərəfindən düzəldilməsinin mümkün olmaması bildirilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərdən də göründüyü kimi halhazırda doğum haqqında şəhadətnamədə müvafiq düzəlişin edilməsi olduqca zəruridir. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 17.05.2015-ci il tarixdə Asan-1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistanın, Yerevan şəhərində anadan olmuş və hazırda ünvan 3 ünvanında qeydiyyatdadır; 29.11.2003-cü il tarixdə Bakı-Binəqədi RPİ tərəfindən verilmiş AZE seriyalı 01732268 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 03.10.1935-ci il tarixdə Ermənistanın, Yerevan şəhərində anadan olmuş və hazırda ünvan 5 ünvanında qeydiyyatdadır; 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi 24.07.2018-ci il tarixli AZ-İ 955905 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24.07.2018-ci il tarixdə Bakı şəhərindən vəfat etmişdir. Yerevan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş Y-JQ 685761 nömrəli, 02.03.1944-cü il tarixli doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən müəyyən olunur ki, 08.02.1935-ci il tarixdə Ermənistan Yerevan şəhərində doğulmuş X2 atası X12, anası X8r; İ ZJ 856305 nömrəli, 23.07.1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1965-ci il tarixdə doğulmuş Ərizəçi atası X4r; Bakı şəhəri Maraqlı şəxs 04.06.2021-ci il tarixli, 121 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş ’Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. 23.07.2021-ci il tarixli qəbzə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistanın, Yerevan şəhərində doğulmuşdur. Ərizəçi hazırda ünvan 3 ünvanında qeydiyyatdadır və bu ünvanda yaşayır. Doğum haqqında şəhadətnaməsində səhvən ata qrafasında “Kalantay” yerinə “Kalantar” yazılmışdır. Ərizəçi X1dur. Doğum akt qeydinin bərpa edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə və bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi SSSR X18 Komissarlığı tərəfindən verilmiş 23.07.1965-ci il tarixli İ ZJ 856305 saylı doğum haqqında şəhadətnamədə olan səhv düzəldilərək ata adı qrafasında ata adının “Kalantay" olması müəyyən edilməli, HƏrizəçi doğum haqqında akt qeydidə düzəliş edilərək , ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir.. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Milliyyətcə azərbaycanlı olan Ərizəçi SSSR X18 Komissarlığı tərəfindən verilmiş 23.07.1965ci il tarixli İ ЗЖ 856305 saylı doğum haqqında şəhadətnamədəsində uyğunsuzluq aradan qaldırılsın. Doğum haqqında akt qeydində düzəliş edilərək xx.xx.1965-ci ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuş Ərizəçi ata adı “Kalantay” kimi qeyd olunsun. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. HƏrizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4001/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4001/2021
31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver