Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4009/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi digər hüquqi halları barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizə və onun dəlilləri Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi digər hüquqi halları barədə tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X35 ilə X26 eyni şəxs olması faktı müəyyən edilməsi, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X35 (X37) nın atası X48 ilə X38 eyni şəxs olması faktı müəyyən edilməsi, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X21 (X37) anası Sadıxova Xanpəri M-əli qızı ilə X8-nın və X32 ilə eyni şəxs olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X35 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölümü Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 120 nömrəli akt qeydi ilə qeydə alınmışdır.Bildirir ki, anasından miras olaraq Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küç, 88 saylı evin 39 nömrəli mənzil qalmışdır. Mirası qəbul etmək üçün tərəfindən 1 saylı Asan Xidmət mərkəzində yerləşən notariat ofisinə müraciət edib.Müraciəti ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış, lakin notarius ərizəçiyə xx.xx.2024-cü il tarixli 1530 nömrəli məktub ünvanlayaraq tərəfindən təqdim olunan sənədlər üzrə eynilik faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə Rayon məhkəməsinə müraciət etməyimi tövsiyə etmişdir. Eynilik faktının müəyyən edilməsi üçün notarius tərəfindən əsas gətirilən sənədlərdəki fərqliliklər aşağıdakılardan ibarətdir və hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə aradan qaldırılması mümkün hesab edilir: Ərizəçinin mərhum anasına Muğanlı kənd soveti tərəfindən xx.xx.1948-ci il tarixli, 23 saylı doğum haqqında akt qeydinə əsasən verilmiş doğum haqqında şəhadətnamədə onun A.S.A X37 qeyd edilmiş olsa da, ona məxsus Nərimanov rayon Polis İdarəsi tərəfindən xx.xx.2003-cü il verilmiş AZE 01568590 seriya və nömrəli şəxsiyyəti təsdiq edən sənəddə, habelə Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ № 402539 nömrəli ölüm haqqında şəhadətnamədə onun A.S.A X35 olaraq qeyd olunmuşdur.Hesab edilir ki, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X35 ilə X26 eyni şəxs olması faktı müəyyən edilməsi faktı ilə məsələ öz hüquqi həllini tapa bilər. Ərizəçinin mərhum anasının doğum haqqında şəhadətnaməsinin atası qrafasında A.S.A. X48 qeyd edilsə də X20 X6 Sistemində ölüm haqqında akt qeydi melumatlarında X49 olaraq qeyd olunmuşdur. Hesab edilir ki, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X21 (X37) atası X48 ilə Sadıxov İsə (İsa) Məmli oğlunun eyni şəxs olması faktı müəyyən edilməsi faktı ilə məsələ öz hüquqi həllini tapa bilər.Ərizəçinin mərhum anasının doğum haqqında şəhadətnaməsinin anası qrafasında A.S.A. Sadıxova Xanpəri M-əli qızı qeyd edilsə də, onun AZ-İİ 249082 seriyalı və nömrəli ölüm haqqında şəhadətnaməsində A.S.A.X9 olaraq qeyd edilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X35 (X37) nın anası Sadıxova Xanpəri M-əli qızı ilə X8-nır eyni şəxs olması faktı müəyyən edilməsi faktı ilə məsələ öz hüquqi həllini tapa bilər. Eyni zamanda bildirir ki, notarius sənədlərin əslinin əldə edilməsi məqsədilə müvafiq sorğular versə də hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin yalnız və yalnız məhkəmənin səlahiyyətində olması səbəbindən, yuxarıda qeyd edilən faktlar məhkəmə qaydasında öz təsdiqini tapdığı təqdirdə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün hesab edilmişdir.Əvvəlcə Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, məhkəmə bu mübahisəyə mülki qaydada, ümumi məhkəmədə baxılmalı olduğunu əsaslandıraraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir (qərardad əlavə olunur). Hesab edilir ki, yuxarıda göstərilən hallar ərizənin əsaslı olmasını sübut və təsdiq edil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirakını təmin etməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X50 məhkəməyə bildirmişdir ki, ərizəçinin dayısıdır. Ərizəçinin anası - Sadıxova Ərəbiyyə ondan yaşca balaca olub, 2 il öncə rəhmətə gedib. Onun atasının (ərizəçinin ana babasının) adı X51, anasının (ərizəçinin ana nənəsi) – adı X10 olub. Sadıxov İsa 1973-cü ildə rəhmətə gedib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X39 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçi ilə uzaq qohumluq əlaqəsi var. X21 atası X51 olub. İsa Sadıxov uzun müddət öncə rəhmətə gedib. Sadıxova Ərəbiyyənin anası Xanpəri isə 2008-ci ildə rəhmətə gedib. Xanpərinin atası Məhəmmədəli olub. Ərizəçinin nənəsi və babası rəhmətə gedib. Ümumiyyətlə Sadıqlı kəndində Əfəndiyev və Sadıqov soyadları geniş yayılıb. Ərizəçinin anasının və onun valideynlərinin sənədlərində yol verilmiş yanlışlıqlar, qeyridəqiqliklər hazırda onun hüquqlarının həyata keçirilməsinə maneə yaratmış olur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X40 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçi onun bacısı oğludur. Ərəbiyyə Sadıxova şahidin bacısıdır. Keçən il yanvar ayında rəhmətə gedib. Atasının adı İsadır, 1973-cü ildə rəhmətə gedib. Babasının adı Məmli olub, şahid uşaq olanda rəhmətə gedib. Anasının adı Xanpəri, onun atasının adı Məhəmmədəli qızı olub. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X52 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçinin dayısıdır. X35 bacısıdır. Babasının adı Məmli idi. Xanpəri analarıdır, onun atasının adı Məhəmmədəli olub. Anası 2008-ci ildə, atası İsa 1973-cü ildə rəhmətə gedib. Məhkəmə ərizəni izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli, obyektiv, qərəzsiz və tam araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İV 996657 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası- X27, anası-X33r. - AZE-01568590 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,X12 rayonu Sadıxlı kəndində doğulmuşdur. - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 02 fevral 2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 29 yanvar 2024-cü il tarixdə beyin ödemi səbəbi ilə vəfat etmişdir. - 076763 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X37 28 aprel 1948-ci il tarixdə doğulmuşdur. X44 oğlu, anası- Sadıxova Xanpəri M-əli qızıdır. - Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 043730 seriyalı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri,Nərimanov rayonu,İnqilab küçəsi,ev 88 X22 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 12 aprel 2025-ci il tarixli məktubundan görünür ki, “xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum ananız-X28 adına xx.xx.2024-cü il tarixdə açılmış vərəsəlik işi əlaqədar bildiririk ki, tərəfinizdən təqdim edilmiş sənədlərdə və ölüm haqqında şəhadətnamədə qeydiyyat vəsiqəsində qeyd edilmiş məlumatlar ilə elektron notariat informasiya sistemindən əldə olunmuş sənədlərdə olan məlumatlar arasında (mərhumun doğum haqqında şəhadətnaməsi, valideynlərinin ölüm haqqında şəhadətnaməsi məlumatlarında soyadında, ata adında) uyğunsuzluq aşkar olunduğu üçün eynilik faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.” qeyd edilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli,2-1(112)-9674/2025 saylı qərardadın surətindən görünür ki,iddiaçı Ərizəçi cavabdeh 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Dövlət Notariat Kontoruna qarşı”vərəslik şəhadətnaməsinin verilməsi” iddia tələbi mümkün sayılmamışdır. - Ağstafa RİHB-nın Sadıqlı kənd İƏV üzrə nümayəndəliyi tərəfindən 22 yanvar 2008ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X11 qaraciyər çatışmazlığı, öd axacağı tutulması səbəbi ilə vəfat etmişdir. - 10 sentyabr 2024-cü il tarixdə Milli Arxiv İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, “Asan Xidmət 1" Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilib ki, Ağstafa rayonu Sadıxlı kəndi üzrə 1913-1916-cı illərə dair X20nın dövlət qeydiyyatına (doğum, ölüm, nikah, boşanma) dair sənədlər X57 təhvil verilmədiyi üçün ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır”. - xx.xx.2024-cü il tarixdə Ağstafa rayon Dövlət Arxivi tərəfindən 1 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinin baş məsləhətçisi Sevda Novruzova ünvanlanan məktubdan görünür ki, “Sizin xx.xx.2024-cü il 3-16-15/8-945/24 nömrəli sorğunuza cavab olaraq bildiririk ki, Ağstafa Rayon Dövlət Arxivində mühafizə olunan Ağstafa rayon Qeydiyyat şöbəsinin Muğanlı kəndinə aid doğum aktı qeydi kitabları 1929-cu ildən bəri mühafizə olunduğundan 1916-cı il təvəllüdlü X53 və 1928-ci il təvəllüdlü X32 haqqında məlumat vermək mümkün olmadı.”qeydi aparılmışdır. - Ağstafa rayon İcra hakimiyyət başçısının Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki,a rayış ondan ötrü verilmişdir ki, həqiqətən mərhumə X1 qeydiyyatda olmuş, yaşamış, vəfat etmiş və Sadıqlı kənd qəbirstanlığında dəfn olunmuşdur. - Ağstafa rayon İcra hakimiyyət başçısının Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, həqiqətən X23 bəzi sənədlərdə X30 qeyd olunmuşdur. - Ağstafa rayon İcra hakimiyyət başçısının Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, həqiqətən Mərhum X7 qeydiyyatda olmuş, yaşamış, vəfat etmiş və Sadıqlı kənd qəbirstanlığında dəfn olunmuşdur. - Qəbirüstü abidənin fotoşəklindən görünür ki, X11 xx.xx.1917-ci il tarixdə doğulmuş və xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. - xx.xx.1961-ci il tarixli, 271910 nömrəli ovçuluq biletinin surətindən görünür ki, Ağsatafa rayon Sadıqlı kəndində qeydiyyatda olan 1913-cü il təvəllüdlü X42 verilmişdir. -“Orta təhsil haqqında” 09.07.199-cı il tarixli, №123023 saylı attestatın surətindən görünür ki, 1948-ci il təvəllüdlü X36 1960-cı ildə Qazax rayonu Böyük-kəsik orta məktəbin tam kursunu bitirmişdir. - 04 oktyabr 1938-ci tarixli 6352nömrəli ibtimadi məktəb müəllimi adı verən attestatdan görünür ki, X4 Pedtexnikumunu bitirmiş və pedaqogika işi ünü təyin edilmiş imtahan stajını keçmişdir. -Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, iş materiallarında olan sənədlərdən görünür ki, ərizəçinin anası doğum haqqında şəhadətnaməsində ana adı “X41” kimi qeyd edilib. Ərizəçinin anasının doğum haqqında şəhadətnaməsində adı “X37”, ata adı “X48”, ana adı “Sadıxova Xanpəri M-əli qızı” kimi qeyd edilib. Bundan başqa ərizəçinin nənəsinin ölüm haqqında şəhadətnaməsində adı “X8” kimi qeyd edilib. Ərizəçi anasının ölümündən sonra vərəsəlik hüquqlarının realizə etmək məqsədilə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat fisinə müraciət etmiş, lakin ona mərhumun - X21 doğum haqqında şəhadətnaməsində, valideynlərinin ölüm haqqında şəhadətnaməsi məlumatlarında soyadında, ata adında uyğunsuzluq olduğu üçün eynilik faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Mülki işin materiallarında olan sənədlərdən görünür ki, xx.xx.1948-ci il təvəllüdlü X29 məxsus şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnamədə adı “Ərəbiyə” kimi qeyd edilsə də, ərizəçinin doğumhaqqında şəhadətnaməsində ad “Ərəbiyə” olaraq yazılmış; Ağstafa rayon İcra hakimiyyət başçısının Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, həqiqətən X23 bəzi sənədlərdə X30 qeyd olunduğu bildirilmiş, həmin şəxsə məxsus olan digər sənədlərdə isə X31 qeyd edilmişdir. Həmçinin, X34 məxsus doğum haqqında şəhadətnamədən görünür ki,onun anası kimi - Sadıxova Xanpəri M-əli qızı qeyd edilmişdir. İş materiallarında olan fotoşəkildən isə görünür ki, şəxsin qəbirüstü abidəsində və ölüm haqqında şəhadətnamədə ad X5 qeyd edilib. Şahid ifadələri ilə də ərizədə qeyd edilənlərin həqiqətə uyğun olması təsdiq edilir. Beləliklə, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPMnin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X35 ilə X26, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X35 (X37) nın atası X48 ilə X38, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X35 (X37) nın anası Sadıxova Xanpəri M-əli qızı ilə X8-nın və X19 eyni şəxs olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə vəfat etmiş X35 ilə X26, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X35 (X37)-nın atası X48 ilə X38, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X35 (X37) nın anası Sadıxova Xanpəri M-əli qızı ilə X8-nın və X19 eyni şəxs olması faktı təsdiq edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4009/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4009/2025
04.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver