Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4013/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdehnə qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Elm və Təhsil Nazirliyi tərəfindən yaşayış yerinə uyğun və həvəsləndirmə tədbirləri tətbiq olunan məktəbdə daimi əsaslarla müəllim kimi fəaliyyət gösterməyinə və yaxud ona dəyən maddi və mənəvi ziyana görə 12 saat dərs yükü və həvəsləndirmə H2 olan məktəbdə 1 (bir) tədris ilində verilən əmək haqqı və məzuniyyət pulu qədər təzminat verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi aydın şəkildə tərtib edilməmişdir. İddiaçı tələbini aydın ifadə etməyərək, yaşayış yerinə uyğun və həvəsləndirmə tədbirləri tətbiq olunan məktəbdə daimi əsaslarla müəllim kimi fəaliyyət göstərməyinə və ya həvəsləndirmə H” olan məktəbdə 1 tədris ilində verilən əmək haqqı və məzuniyyət pulu qədər təzminat verilməsi haqqında qərar qəbul edilmsəsini xahiş etmişdir. Göründüyü kimi hansı məktəbdə və hansı əsasla müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulduğunu göstərməmişdir. Digər tərəfdən iddia tələbinin digər hissəsi təzminatın ödənilməsi ilə əlaqədar olsa da, hansı məbləğdə təzminat tələb edildiyi dəqiqləşdirilməmişdir. İddia ərizəsinin məzmunundan isə görünür ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsiıl Nazirliyinin vakansiya seçimi ilə bağlı müəyyən fənnlər üzrə seçim hüququnun məhdudlaşdırılması ilə nəticələnən tapşırığından narazıdır. Yenə də iddia ərizəsinə həmin tapşırığın mövcud olduğunu göstərən hər hansı sənəd əlavə ediməmişdir. Bu səbəbdən iddiaçının inzibati orqanın qərarından və ya hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etməli olub-olmadığını araşdırmaq da mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5-ci maddəsinə əsasən, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyati məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4013/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4013/2025
18.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver