Məhkəmə qərarları › İş №2(005)-4018/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4018/2021

24.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4018/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı qanunu nümayəndəsi Qanuni nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil Məhəhbbət oğlunun, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) nümayəndəsi və vəkili X3 iştirakları, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və qeyrilərinin cavabdeh İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Rafiq qızına qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Rafiq qızı Cavabdeh qarşı evdən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X30 prospekti, ev 146 mənzil 35 ünvanından çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu , X30 prospekti, ev 146 mənzil 35 oğlu İddiaçı xüsusi mülkiyətindədir və bununla bağlı ona DƏDRX tərəfindən 01.07.2021-ci il tarixdə müvafiq çıxarış verilmişdir. Oğlu İddiaçı xx.xx.2005-cu il təvəllüdlüdür. Onun atası X14 08.04.2020-ci ildə vəfat edib və hazırda İddiaçı qanuni nümayəndəsidir. Cavabdeh onun ərinin qardaşıdır. Onlar Russiya Federasiyasında yaşadıqları üçün mənzilin acarı cavabdehdehdə olmuşdur. Cavabdeh adı çəkilən mənzili başqa şəxslərə kirayə vermişdir. Onlar ondan mənzilin boşaldılmasını xahiş etsələr də, bundan imtina etmiş, ona görə də məcbur iddiaçı bu iddianı qaldırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh, X10, X4 cavabdeh İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Rafiq qızına qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Reyestrdə 2V-49 № ilə qeyd edilən vəsiyyətnamənin etibarsız hesab ediliməsi və onun əsasında verilmiş hüquq müəyyənedici sənədləri ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Qanuni nümayəndə Rafiq qızı, Cavabdeh Razi oğlunun evdən çıxarılaraq və mənzili boşaldılaraq təhvil verilməsi tələbi ilə mülki işə baxılmasını xahiş etmişdir. Mərhum valideynləri İddiaçı Cabbar oğlunun X12 ilə birgə nikahından 11.04.1960-cii il tarixdə X14, 06.02.1971-ci il tarixdə Cavabdeh, 21.01.1973-cü il tarixdə X11 və 21.01.1973cıi il tarixdə X4 anadan olmuşdur. X15 07.12.2020-ci il tarixdə və X12 19.01.2020-ci il tarixdə ölmüşdür. X14 yaşamaq üçün RF-nın Maqadan şəhərinə getmişdir. RF-nın Maqadan şəhərində 08.10.2004-cü il tarixdə Qanuni nümayəndə Rafiq qızı ilə rəsmi nikaha girmişdir. Onların birgə faktiki və rəsmi nikahdan xx.xx.2005-ci il tarixdə İddiaçıoviç, 10.04.2010-cü il tarixdə X5 və 27.09.2004-cü il tarixdə Ceyhun adlı oğlu anadan olmuşdur. X14 08.04.2020-ci il tarixdə İddiaçı Cabbar oğlu mərhum oğlu X6 ölümündən sonra səhətində psixoloji problemlər olmuşdur. O, əsəblikdən, yaddaşsızlıqdan və huşsuzluqdan əziyyət çəkmişdir, ev şəraitində müalicə almışdır. Evdə yalnız övladlarının müşayəti ilə gəzmişdir. İddiaçı Cabbar oğlu belə bir şəraitdə Gəncə şəhəri 2 №li notariat ofsinə gedib vəsiyyətnamə verməsi qeyrimümkündür. Həmçinin 23.05.2020-ci il tarixdə notarius X7 vəsiyyətnamə üçün evə gəlməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli koronovirus (COVİD19) pandemiyası ilə əlaqədar qərarının 1-ci bəndində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilmişdir. İddiaçı Cabbar oğlunun həmin vaxtı 77 yaşı olduğu üçün onun Gəncə şəhəri 2 saylı notariat ofsinə getməsi qeyri-qanunidir. Bu səbəbdən vəsiyyətnamənin həmin tarixdə verilməsi qeyri-qanunidir. Həmçinin vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnamənin verilməsi tarixdən dörd gün sonra 20 manat dövlət rüsmunun ödənilməsi, “Elektron notariat" bazasından məlumatların müraciətdən bir gün əvvəl çıxarılması və digər faktlar şübhəlidir. Bundan əlavə vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə verilən zaman Notariat haqqında Azərbaycan Respublikası Qanunun 55-ci və 60-cı maddələrinin tələblərini pozmuşdur. Belə ki, açılmış mirasda məcburi payı olan vərəsələrə məlumat verilməmişdir. Həmçinin notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamamışdır. İddiaçı Cabbar oğlu 07.12.2020-ci il tarixdə öldükdən sonra mirası faktiki olaraq Cavabdeh Razi oğlu qəbul etmişdir və bütün komunal xərcləri ödəmiş, evdə cari təmir işləri aparmışdır. Evdən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi iddia tələbi özlüyündə miras əmlakın qəbulu faktını təsdiq edir. Məhkəmə iclasında iş üzrə ilkin iddiaçı İddiaçı oğlunun qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə uyğun izahat verdi. Bundan əlavə göstərdi ki, mərhum İddiaçı Cabbar oğlu övladlarına vəsiyyətnamə verərkən öz iradəsi ilə vermiş və hər hansı səhhətində problem olmamışdır. Bundan əlavə miras əmlakı onlar həm qanun üzrə, həm də faktiki olaraq yalnız onun tərəfindən qəbul etmişdir. Cavabdehlərlə əvvəllər münasibətləri normal olmuş və mirası qanun üzrə qəbul edib müvafiq çıxarış aldıqdan sonra isə həmin miras əmlakla bağlı müvafiq nəzarətin həyata keçirilməsi üçün açarları təxminən 2021-ci ilin iyul ayının sonlarında iş üzrə cavabdehə verilmiş, sonra isə cavabdeh həmin əmlaklara sahiblənmək istəmiş və nəticədə məcbur qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Cavabdehlər miras açıldığı vaxtdan heç vaxt həmin əmlakda yaşamamışlar, hələ atalarının sağlığında ailə həyatı quraraq fərqli ünvanlara köçmüş orda yaşamış, o cümlədən Cavabdeh da hələ 04.09.2001-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında fərdi yaşayış evi mövcud olmaqla hazırkı tarixə kimi həmin ünvanda yaşamışdır. Ona görə də ilk iddianın təmin edilməsini və qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qanunu nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil Məhəhbbət oğlu nümayəndəsi olduğu şəxslə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, eyni məzmunlu ifadə vermişdir. Həmçinin ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərin nümayəndəsi və vəkili İddiaçı cavabdehlə eyni məzmunlu ifadə verərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 2V-130, VN№71 saylı təsdiq edilmiş notariat işi materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınaz Əmlakın Dövlər Resyterindən çıxarışdan görünür ki, ünvan 3 ünvanı 14.06.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyesterində İddiaçı Cabbar oğlunun adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Həmin işdə olan ülüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı Cabbar oğlu 07 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan 18.06.2021-ci il tarixli Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, 17.09.1943-cü ildə anadan olmuş və 07.12.2020-ci il tarixdə vəfat etmiş İddiaçı Cabbar oğlunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 18.06.2021-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar əldə edilmişdir. Uşaq X14- 11.04.1969, uşaq Cavabdeh-06.02.1971, uşaq X10-21.01.1973, uşaq X4. İş materiallarında ilan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 08.04.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçıoviç xx xxxxxx 2005-ci il tarixdə RF Maqadan vilayəti Maqadan şəhərində anadan olmuş, valideyinləri atası X13, anası Qanuni nümayəndədır. İşdə olan 23 may 2020-ci il tarixli, 2V-49 nömrə ilə qeydə alınmış notarial qaydada təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, həmin vəsiyyətnamə ilə İddiaçı Cabbar oğlu vəfat edəcəyi günə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X30 prospekti,146 saylı binada yerləşən 35 saylı mənzili ünvan 4 ünvanında yaşıyan nəvəsi İddiaçı vəsiyyət etmişdir. İşdə olan 2 saylı Gəncə şəhər notariat ofisinə ünvanlanmış İddiaçıoviç tərəfindən verilmiş ərizədən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X30 prospekti bina 146, mənzil 35-dəki irs qalmış mirası qanunla qəbul etmək üçün müraciət etmişdir. İşdə olan 19.06.2021-ci il tarixli, 2v-130 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən 23.05.2020-cil tarixdə təsdiq edilmiş və reyesterdə 49 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 07.12.2020-ci il tarixdə vəfat etmiş İddiaçı Cabbar oğlunun vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi R.F. Maqadan Vilayəti, Maqadan şəhəri Dzerjinski küçəsi ev 21, mənzil 78 ünvanında qeydiyyatda olan nəvəsi X8r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Məhkəməyə təqdim edilmiş Mənzil-Kommunal Təsəərüffatının 20 nömrəli Mənzil Kommunal İstismarı sahəsi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli, 20/821 saylı arayışdan görünür ki, mərhum İddiaçı Cabbar oğlunun, hazırda İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X30 prospekti ev 146 mənzil 35 ünvanında 2020-ci ilin dekabr ayından hazırkı tarixə kimi onların ailə üzvülərindən yaşayan olmamışdır. Məhkəməyə təqdim edilən 20 nömrəli Mənzil Kommunal İstismarı sahəsi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli, 20/821 saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X30 prospekti ev 146 mənzil 35 ünvanında pasport qeydiyyatı yoxdur. Məhkəməyə təqdin edilmiş X10 və X1 ərizələrindən görünür ki, həmin ərizə ilə atalarından miras qalmış əmlakları qəbul etmədən qardaşı Cavabdeh xeyrinə imtina edirlər. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 21.09.2021-ci il tarixli məkutubndan görünür ki, Gəncə şəhəri, 4 saylı notariat kontorunun 04.09.2001-ci il tarixli 4 –Ə-1-47 saylı müqaviləsinə əsasən ünvan 2 ünvanı Cavabdeh tərəfindən alınmışdır. Məhkəməyə təqdim edimiş Gəncə şəhəri, Nizami rayonu İcra Hakimiyyəti Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli, 2651 saylı arayışdan görünür ki, o, həqiqətən Gəncə şəhəri, ünvan 7 ünvanında hal-hazırda yaşayır. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınaz Əmlakın Dövlər Resyterindən çıxarışdan görünür ki, ünvan 3 ünvanı 01.07.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyesterində X9 adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə qeyd edir ki, ilk iddia tələbinin təmini qarşılıqlı iddiaya münasibətdən asılı olduğundan ilk öncə qarşılıqlı iddia tələbi üzrə hüquqi qiymətləndirilmənin aparılmasını zəruridir. Belə ki, qarşılıqlı iddia tələbinin birinci hissəsi Reystrdə 2V-49 № ilə qeyd edilən vəsiyyətnamənin etibarsız hesab ediliməsindən ibarətdir. Qarşılıqlı iddia üzrə iddiaçılar isə vəsiyyətnamənin etibarsız hesab edilməsini məhz atalarının psixoloji problemlər olması, əsəbilik, yaddaşsızlıq və huşsuzluqdan əziyyət çəkməsi kimi səbəblərdən iradə ifadəsi olmadığını, habelə onların miras əmlakı faktiki qəbul etmələri kimi dəlillərlə əsaslandırmışlar. Məhkəmə bunla bağlı aşğıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1186-cı maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya biri birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1., 1225.2. və 1225.3. maddələri). Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan mərhum İddiaçı Cabbar oğlu 07 dekabr 2020-ci il tarixdə vəfat etmiş və sonuncu sağlığında öz mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X30 prospekti,146 saylı binada yerləşən 35 saylı mənzili ünvan 4 ünvanında yaşıyan nəvəsi İddiaçı 23 may 2020-ci il tarixli, 2V-49 nömrə ilə qeydə alınmış notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə vəsiyyət etmişdir. Göründüyü kimi, mərhum İddiaçı Cabbar oğlu mülkiyyətçi kimi öz mülkiyyətində olan evi vəsiyyətnamə ilə vəsiyyət etməklə mülkiyyətindən öz istədiyi kimi istifadə etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçılar tələblərinin hüquqi əsaslarını sübut edə bilməmiş, mübahisələndirilən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəmə iclasında təqdim edə bilməmiş və məhkəmə araşdırmaları zamanı da belə bir əsas müəyyən edilməmişdir. İş materiallarından görünür ki, evə dair vəsiyyətnamə notariusda olmuş, vəsiyyətnamə imzalanmış, notarius tərəfindən vəsiyyətnamə təsdiq edilmiş, tərəflərin şəxsiyyəti müəyyən edilmiş, vəsiyyətnamə İddiaçı Cabbar oğlu tərəfindən notariusun yanında imzalanmış, vəsiyyət edənin şəxsiyyəti və fəaliyyət qabiliyyəti müəyyənləşdirilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qarşılıqlı iddiaçıların iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazrkı iş üzrə isə məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçılar tələbinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçılar miras əmlakın faktiki olaraq qəbul etiklərini göstərsələr də, bu xüsusat məhkəmə iclasında təsdiqini tapmamışdır.Əksinə ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş Mənzil- Kommunal Təsəərüffatının 20 nömrəli Mənzil Kommunal İstismarı sahəsi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli, 20/821 saylı arayışla bu hal təkzib edilmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçıların məhz hazırda onların evdən çıxarılmaları tələblərinin mövcudluğunun mirasın qəbulunun faktiki təsdiqini kimi qiymətləndirilməsinə münasibətdə isə qeyd edir ki, hazırda həmin evin açarlarının olması cavabdehlərin mirası qanunla müəyən edilmiş müddət ərzində qəbuluna yönəlmiş iradəvi hərəkət kimi qiymətləndirilə bilməz. Çünki, onlar tərəfindən miras əmlak qanunla müəyyən edilmiş müddət ərzində qəbul edillməmişdir. Hazırda cavabdehin yəni qarşılıqlı iddia üzrə iddiaçıların mirasın qəbulu kimi qeyd etdiyi hərəkət qanunla müəyyən edilmiş müddətdən sonra baş verdiyindən mirasın qəbulundan söhbət gedə bilməz. Həmçinin hazırda ilkin iddiaçıların evdən çıxarma tələbi irəli sürdükdən sonra qarşılıqlı iddianın verilməsi də ilkin iddianın qanunsuz olaraq rədd edilməsinə yönəlmiş özünü müdafiə xarakteri daşıyır. Belə ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.2, 1255-ci maddələri). Məhkəmə qarşılıqlı iddianın digər hissəsinə münasibətdə isə hesab edir ki, vəsiyyətnamə etibarsız hesab edilmədiyindən digər hissədədə iddia tələbinin təmini üçün əsas yoxdur. Məhkəmə ilkin iddia tələbini əsaslı hesab edərək, qeyd edir ki, ilk iddia tələbi məhz iddiaçının qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmış mülkiyyət hüquqlarına əsaslandığından hazırda əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etməsi hüququna malikdir, he kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn prensipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Məhkəmə onu da qeyd edir ki, “İnsan Hüquqları və Əsas Azadlıqları haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrəyə qarşı məhkəmə işində mülkiyyət hüququnun məzmunu barədə belə hüququ mövqe müəyyən etmişdir ki, həmin norma özündə: İ) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Yuxarıda qeyd edilənlərə əsasın məhkəmə ilk iddianı əsaslı hesab edir və onun təmin edilməsi qənaətinə gəlir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə iddiaçı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Rafiq qızının iddiası təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X30 prospekti, ev 146, 35 saylı mənzildən cavabdeh İddiaçı çıxarılsın və mənzil İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Rafiq qızının təhvil verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əmirxanova Kəmalə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar