Məhkəmə qərarları › İş №2(005)-4034/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4034/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4034/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, X1 üçün 108 manat ödənilməmiş hissə, 10 manat cərimə,21.01.2020-ci il tarixli müqavilə üzrə Hoffmann TS-50 musiqi mərkəzi üçün 134,4 manat ödənilməmiş hissə,13,6 manat cərimə və 15.10.2019-cu il tarixli müqavilə üzrə Apple və Xiamo qulaqlıq üçün 240 manad ödənilməmiş hissə,24 manat cərimə və ümumilikdə 530 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 29.12.2019-cu il, 21.01.2020-ci il və 15.10.2019-cu il tarixli müqaviləsinə əsasən, X1, Hoffmann TS-50 musiqi mərkəzi, Apple və Xiamo qulaqlıq almış və nəticədə 530 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 217,2 manat (yəni 12 ay x 18,1 manat + 0 manat ilkin ödəniş), olan X1 üçün ümumilikdə 118 manat olmaqla ondan 108 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 manat cərimə pulu; 21.01.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 200,4 manat (yəni 12 ay x 16,7 manat + 0 manat ilkin ödəniş), Hoffmann TS-50 musiqi mərkəzi üçün ümumilikdə 148 manat olmaqla ondan 134,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13,6 manat cərimə pulu; 15.10.2019-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 648 manat (yəni 12 ay x54 manat + 0 manat ilkin ödəniş), olan Apple və Xiamo qulaqlıq üçün ümumilikdə 264 manat olmaqla ondan 240 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 583,2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri”mübahisəsiz olaraq penya ödəyir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət edilsə də, işin məhkəmədən kənar həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İş materiallarında olan 29.12.2019-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh oğluna X1 satılmışdır. İş materiallarında olan 21.01.2020-ci il tarixli 20052340 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh oğluna Hoffman TS-50 musiqi mərkəzi satılmışdır. İş materiallarında olan 15.10.2019-ci il tarixli 00984246 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh oğluna Apple və Xiamo qulaqlıq satılmışdır. İş materiallarında olan 29.12.2019-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 18,1 manat müəyyən edilmişdir. İş materiallarında olan olan 21.01.2020-ci il tarixli 20052340 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 16,7 manat müəyyən edilmişdir. İş materiallarında olan 15.10.2019-ci il tarixli 00984246 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 54 manat müəyyən edilmişdir. İş materiallarında olan 11.09.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh oğluna borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunun "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə Hoffmann kondisioner üçün 482,4 manat ödənilməmiş hissə, 47,6 manat cərimə, ümumilikdə 530 manat borcu vardır. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh oğluna nisyə satış müqavilələrinə görə 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə, cəmi 1065,6 manat dəyərində mal satılmışdır ki, Cavabdeh oğlunun İddiaçı MMC ilə bağladığı nisyə alqısatqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh oğlundan X1, Hoffmann TS-50 musiqi mərkəzi,Apple və Xiamo qulaqlıq üçün ümumilikdə 530 manat olmaqla ondan 482,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,6 manat cərimə pulu və 30 manat dövlət rüsumu iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 29.12.2019-cu il, 21.01.2020-ci il və 15.10.2019-cu il tarixli müqaviləsinə əsasən, X1, Hoffmann TS-50 musiqi mərkəzi, Apple və Xiamo qulaqlıq üçün ümumilikdə 530 manat olmaqla ondan 482,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,6 manat cərimə pulu və 30 manat dövlət rüsumu Cavabdeh oğlundan iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar