Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-404/2023 25.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, 7 uşaq atası Novruz Səfərovla 2000-ci ildə qeyri-rəsmi nikah münasibətinə girərək, ər-arvad kimi yaşayaraq, psixi xəstə Günel Səfərovaya və körpə uşaqlar: X6, X7, X8, X7, X1 və digərlərinə qulluq etmə faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışlar ki, qeyri-rəsmi ər-arvad kimi yaşamaqla öhdəsində (himayəsində) psixi xəstəyə və körpə uşaqlara qulluq etmək Güzəştli şərtlərlə erkən pensiya təyin edilməsi tələbinə dair Əməl və X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı verdiyi iddia ərizəsi hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. X9, anadangəlmə “Kəskin debillik dərəcəsində oliqofrimiya psixopata bənzər davranış pozuntusu, nitqin qüsuru” diaqnozu ilə psixi xəstədir, İİ qrup əlildir, özünü sərbəst idarəetmə qabiliyyətində deyildir. Ona olunan mütəmadi müalicə yerlərində olaraq illər boyu ağır yük altında olduğundan tərəddüd edərək, vaxtında 2000-ci ildə rəsmi nikah münasibətinə girə bilməmişdir. Yalnız 21 İyun 2006-cı ildə rəsmi nikah münasibətinə girə bilmişdir. Bununla əlaqədar qeyri-rəsmi nikahda olmaqla, psixi xəstə və körpə uşaqlara baxılma faktının məhkəmədə təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçi ailəliklə “28 Aprel” kolxozunda çalışmışlar. 1989-1996-cı illərdə müxtəlif işlərdə işləmişdir, (minimum 120 günə qazandığı əmək haqqına görə 45.600 manat (rus pulu) əmək haqqı almışdır). Novruz Səfərovun qonşuluqda yaşayan Əlibalı Qəhramanovun ailəsi ilə çox yaxın münasibətləri olmuş, o, 7 uşağı ilə birlikdə bir neçə dəfə kəndə qonaq olmuş, onları tanımışdır. 1998-ci ilin mart ayında isə uşaqların anası vəfat etdiyindən, yetim uşaqlara baxılması qonum-qonşu tərəfindən ərizəçiyə təklif olunmuşdu, ilk öncə buna atası, qardaşbacıları razılıq vermədilər. Ərizəçi ailəsinin razılığı ilə 2000-ci ilin oktyabr ayında 32 yaşında Bakı şəhəri, N.Nərimanov rayonu, Y.V.Çəmənzəminli 100, mənzil 14-də yaşayan, anadan yetim qalmış 7 uşaq atası X10 ilə vətəndaşlıq nikahıyla (axund kəbinlə) ailə həyatı qurmuşdur. X9, anadangəlmə “Kəskin debillik dərəcəsində oliqofrimiva psixopata bənzər davranış pozuntusu, nitqin qüsuru” diaqnozu ilə psixi xəstədir, İİ qrup əlildir, üzünü sərbəst idarəetmə qabiliyyətində deyildir xx.xx.1984-cü il təvəllüdlü X3, xx.xx.1992-ci il təvəllüdlü X5, xx.xx.1993-cü il təvəllüdlü X8, xx.xx.1994-cü il təvəllüdlü X7 ilə bir evdə yaşamaqla onları böyüdüb başa çatdırmışdır. Həyat yoldaşı Novruz Səfərovla xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, ögey oğlanları xx.xx.1979-cu il təvəllüdlü Səfərov Ramin, xx.xx.1980-cı il təvəllüdlü Səfərov Orxan, xx.xx.1984-cü il təvəllüdlü Səfərov Şəhriyar həqiqi hərbi xidmətdə olaraq öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, Ramin və Orxanın ailə qurmasında bir ana kimi bütün vəzifələrini layiqincə yerinə yetirmişdir. Ögey qızları xx.xx.1992-ci il təvəllüdlü Səfərova Qismət və xx.xx.1994-cü il təvəllüdlü Səfərova Ayseli ərə verib köçürmüşdür. Hazırda xx.xx.1984-cü təvəllüdlü ögey oğlu Səfərov Şəhriyar, xx.xx.1993-cü il təvəllüdlü Səfərova Əfruz, xx.xx.1982-ci il təvəllüdlü xəstə ögey qızı Səfərova Günel və həyat yoldaşı Səfərov Novruzla bir evdə yaşayır. O da “əsəb və şəkər” xəstəliyindən əziyyət çəkir. Bütün həyatını, sağlamlığını ögey uşaqlarının yaşayışı uğrunda sərf etmişdir. Ərizəçinin hazırda 54 yaşı var. 6 sağlam, 1 xəstə olmaqla 7 uşağı boya-başa çatdırdığı üçün qüvvədə olan “AR Əmək qanunvericiliyinin tələbinə əsasən yaşına görə güzəştli əmək pensiyasının təyin edilməsi xüsusiyyatı həll edilməlidir. 7 uşaq atası Norvuz Səfərovla 2000-ci ildə qeyri-rəsmi nikah münasibətinə girərək, ər-arvad kimi yaşayaraq, psixi xəstə Günel Səfərovaya və körpə uşaqlar: Qismət, Aysel, Əfruz, Aysel və digərlərinə qulluq etmə faktının təsdiq edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə gəlməyən maraqlı şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; İş materiallarına əlavə edilmiş AZE seriyalı 01965279 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, X10 1944-cü il tarixdə Şərur rayonunun Muğanlı kəndində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZ-İ seriyalı 214171 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə Ərizəçi arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanaraq, xx.xx.2006-cı il tarixdə nikah bağlanması kitabında 383 nömrə ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.2006-cı il tarixdə Səfərov Novruzla rəsmi nikaha daxil olmuşdur. Səfərov Novruzun əvvəlki nikahdan 7 övladı olmuşdur. Ərizəçi məhkəməyə müraciət edərək, rəsmi nikahdan daha əvvəl ərizəçi ilə Səfərov Novruz arasında vətəndaş nikahında olması və övladlarına qulluq etməsi faktının müəyyən edilməsi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi qanunverici şəxsləri hüquqi əhəmiyyətli faktların təsdiqi hüququnu müvafiq hallar əsasında tanımışdır. Belə ki, hazırda ərizəçinin məhkəməyə müraciət etmə səbəbi onun Səfərov Novruzla rəsmi nikaha daxil olduğu tarixdən daha əvvəl yəni 2000-ci il tarixdən nikah münasibətlərində olmasının müəyyən edilməsidir. Qeyd olunan halın müəyyən edilməsi qaydası maddi hüquq norması dəqiq müəyyən edilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdə maddi hüquq normasının imperativ tələblərini ödənilməsi təsdiq olunmur. Belə ki, ərizəçi Səfərov Novruzla rəsmi nikah bağlandığı tarixdə nikah münasibətdə olması faktının müəyyən edilməsi ilə bağlı o zaman məhkəməyə müraciət edə bilərdiki onun nikah münasibətində olduğunu iddia etdiyi əri vəfat etmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli Qərarın 5-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. Həmin qərarın 5.1-ci bəndinə əsasən məhkəmələrə izah olunur ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X18 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Qeyd olunan hüquqi mövqenin ərizəçinin hazırki, müraciətinə tətbiqi zamanı hüquqi faktı müəyyən edilməsi üçün qanunvericliklə nəzərdə tutulmuş imperativ şərtlərin ödənilmədiyi təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı X10 ilə Ərizəçi qız arasında nikah xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır. Ərizəçi hazırda məhkəməyə müraciət edərək, rəsmi nikah bağlanmamışdan qabaq olan dövrdə onun X10 ilə nikah münasibətlərində olması və X2 himayəsində olan yetkinlik yaşına çatmayan övladları, habelə onlardan psixi xəstə Günel Səfərovaya qulluq etməsi faktının müəyyən edilməsi niyyətindədir. Lakin qanunverciliklə hazırda tərəflər arasında xx.xx.2006-cı il tarixdən rəsmi nikahın olması və birgə təsərüfat aparmaları ərizəçinin rəsmi sənədlərlə öz təsdiqini tapdığından müəyyən edilməli hər hansı hüquqi əhəmiyyətli faktın mövcud olmadığını təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə rədd edilsin. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-404/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-404/2023
25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver