Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4054/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə xx xxxx 2019-cu il tarixdə daxil olmuş iddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Dağıstan Gömrüyü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsi ilə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yaşayan Cavabdeh Dağıstan gömrüyünün lehinə, 1.556.931.67 rubl məbləğində gömrük ödənişləri və cərimə borcları, 1.488.237.13 rubl məbləğində o cümlədən gömrük ödənişləri, 68.694.54 rubl məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 83.1. işə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə, müvafiq məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır; 83.2. məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısa şərh edilir, aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar göstərilir. 83.3. məhkəmə tapşırığı haqqında qərardad onu icra edən məhkəmə üçün məcburidir və qərardad alındığı gündən sonra 10 gün müddətindən gec olmayaraq yerinə yetirilməlidir. 83.4. Rayon məhkəmələrinin başqa dövlətin məhkəmələrinə göndərdiyi tapşırıqlar “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinə müvafiq olaraq həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən məlum olur ki, hazırkı iddia ərizəsi ilə bağlı iddiaçı Dağıstan Gömrüyü ilk növbədə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməli idi və yalnız bundan sonra işə baxan məhkəmə sübutlar toplamaq lazım gəldiyi təqdirdə, müvafiq məhkəməyə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsilə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır. Lakin iddiaçı Dağıstan Gömrüyü müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmədən birbaşa Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə iddia tələbi ilə bağlı müraciət edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 456.1. Azərbaycan Respublikasının məhkəmələri Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrilə müəyyən edilmiş qaydada xarici məhkəmələrin ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqlarını icra edirlər (bildirişlərin və başqa sənədlərin verilməsi, tərəflərdən izahatlar, şahidlərdən ifadələr, ekspertlərdən rəy alınması, yerində müayinə aparılması və s.); 456.6. Azərbaycan Respublikası məhkəmələri ilə xarici məhkəmələr arasındakı münasibətlər Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatına xitam verə bilər. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə xx xxxx 2019-cu il tarixdə daxil olmuş iddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı pul tələbi üzrə mülki işin icraatına xitam verilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə xx xxxx 2019-cu il tarixdə daxil olmuş iddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4054/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4054/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver