Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4070/2020 02.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********07009 olan “Samsung Galaxy A40” markalı telefon üçün 561,60 (beş yüz altmış bir manat altmış qəpik) manat məbləğində ödənilməmiş hissə və 56,40 (əlli altı manat qırx qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 618 (altı yüz on səkkiz) manat məbləğində borc vəsaitinin, həmçinin 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 648 (altı yüz qırx səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx xxxxxx 2020-ci il tarixli 20032147 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********07009 olan “Samsung Galaxy A40” markalı telefon almış və nəticədə 618 (altı yüz on səkkiz) manat məbləğində borcu yaranmışdır. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 20032147 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuş və nəticədə müvafiq müqaviləyə əsasən alqı-satqı qiyməti 561,60 (beş yüz altmış bir manat altmış qəpik) manat (12 (on iki) ay x 46,80 (qırx altı manat səksən qəpik) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) İMEİ kodu **********07009 olan “Samsung Galaxy A40” markalı telefon üçün 618 (altı yüz on səkkiz) manat məbləğində olmaqla ondan, 561,60 (beş yüz altmış bir manat altmış qəpik) manat məbləğində ödənilməmiş hissə və 56,40 (əlli altı manat qırx qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 0 (sıfır) manat təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: xx xxxxxx 2020-ci il tarixli 20032147 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********07009 olan “Samsung Galaxy A40” markalı telefon almış və nəticədə 618 (altı yüz on səkkiz) manat məbləğində borcu yaranmışdır. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 20032147 nömrəli nisyə alqısatqı müqaviləsinin şərtlərini pozmuş və nəticədə müvafiq müqaviləyə əsasən alqı-satqı qiyməti 561,60 (beş yüz altmış bir manat altmış qəpik) manat (12 (on iki) ay x 46,80 (qırx altı manat səksən qəpik) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) İMEİ kodu **********07009 olan “Samsung Galaxy A40” markalı telefon üçün 618 (altı yüz on səkkiz) manat məbləğində olmaqla ondan, 561,60 (beş yüz altmış bir manat altmış qəpik) manat məbləğində ödənilməmiş hissə və 56,40 (əlli altı manat qırx qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 0 (sıfır) manat təşkil etmişdir; xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, qısa bir zamanda ödəniş etməyəcəyi təqdirdə iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir; xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********07009 olan “Samsung Galaxy A40” markalı telefon almış və nəticədə 618 (altı yüz on səkkiz) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 20032147 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********07009 olan “Samsung Galaxy A40” markalı telefon üçün 561,60 (beş yüz altmış bir manat altmış qəpik) manat məbləğində ödənilməmiş hissə və 56,40 (əlli altı manat qırx qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 618 (altı yüz on səkkiz) manat məbləğində borc vəsaiti, həmçinin 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4070/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4070/2020
02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver