Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4073/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı və onun azyaşlı uşaqları X8 və X6 ünvan 1anov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28 saylı mənzilinin girişdən sonra dəhlizin sol tərəfindəki birinci yataq otağına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər X4 və Cavabdeh2 İddiaçı valideynləridir. Digər Cavabdeh3 isə İddiaçı qardaşıdır. Həmin mənzildə cavabdehlər 011499 nömrəli Order əsasında yaşayırlar. Bakı şəhəri İcra hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayonu Mənzil-X2 87 saylı Mənzil Kommunal İstismar sahəsinin 015685 saylı 26.07.2021-ci il tarixli arayışına əsasən İddiaçı, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı onlara ev verilən gündən ünvan 1anov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28 saylı mənzilində ailəsi ilə birlikdə yaşamışdır. Lakin hazırda cavabdehlər iddiaçıya mənzildə yaşamağa imkan vermirlər. Mənzilə getdiyi halda hər dəfə müxtəlif maneələrlə üzləşir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər ayrı-ayrılıqda iddia tələbini qismən qəbul etdiklərini bildirdilər. Məhkəmə tərəflərin izahatını, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 011499 nömrəli orderdən müəyyən olunur ki, ünvan 1anov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28 saylı 4 otaqlı mənzilinə mülkiyyət hüququ Cavabdeh1 verilmişdir və həmin ünvanda İddiaçı ilə birlikdə 5 nəfər qeydiyyatdadır. İş materiallarında olan 20.02.1978-ci il tarixli V-ЖГ 398762 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh2, anası X3r. İş materiallarında olan 05.08.2019-cu il tarixli AZ-İV 322415 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 28.06.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan 07.11.2013-cü il tarixli AZ-İİİ 192005 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 07.11.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan 37 saylı MKİS tərəfindən verilmiş 015685 saylı arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1anov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28 saylı mənzildə pasport qeydiyyatındadır. Həmin mənzildə qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, X7r. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzildə istifadə hüququna malikdir və qeydiyyatdadır, hal hazırda ora köçürülməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, ünvan 1anov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28 saylı 4 otaqlı mənzil 011499 nömrəli order əsasında Cavabdeh1 verilmişdir. Həmin mənzildə qeydiyyatda olan şəxslər İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, X7r. İddiaçı övladları ilə birlikdə həmin mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddia tələbini qismən qəbul edir və iddiaçının digər otağa köçürülməsinə etiraz etmirlər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, ünvan 1anov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28 saylı mənzil ünvanında yerləşən mübahisəli mənzilə cavabdehin adına order olduğundan, o, həmin mənzilə mülkiyyət hüququ ilə bağlı gözlənti hüququna malikdir, iddiaçı İddiaçı onun ailə üzvü kimi ona məxsus mənzilə istifadə hüququ əldə etmiş və himayəsində olan az yaşlı uşaqları - X8 və X9 ilə birlikdə ora köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119cu, 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və onun azyaşlı uşaqları X8, X9 ünvan 1anov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28 saylı mənzilinin girişdən sonra dəhlizin sol tərəfindəki birinci yataq otağına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4073/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4073/2021
30.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver