Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-408/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK və "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının B blok 8-ci mərtəbə 126 kv.m 3 otaqlı 149 saylı və C blok 9-cu mərtəbə 70.1 kv m 2 otaqlı 264 nömrəli mənzilinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron Rayonu Xırdalan şəhərində inşa edilən yüksək mərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olan Cavabdeh1 MMC-nin sədri X1 ilə aralarında 16 aprel 2019-cu il tarixdə aralarında müqavilə bağlanmış və müqavilənin predmeti olaraq iddiaçı Abşeron rayonu Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa etdiyi üç blokdan çox mərtəbəli yaşayış binasının B bloku 8-cİ mərtəbəsində yerləşən 126 kv m 3 otaqlı mənzilin ümumi dəyəri 80.640 manat məbləğində pul ödəmiş və ona pulun ödənilməsinə dair 16 aprel 2019-cu il tarixdə maliyyə arayışı təqdim olunmuşdur. Bundan başqa həmin tarixdə C-bloku 9-cu mərtəbə 70.1 kv m 2 otaqlı 264 nömrəli ümumi dəyəri 48.064 məbləğində pul ödənilməklə 2 yaşayış evi alınmışdır. Mənzil tikilib qurtardıqdan sonra təhvil verilməli idi. İddiaçı MTK-nın binada yerləşən hər iki mənzildən istifadə edə bilmir və belə ki, həmin binanın Cavabdeh2 MTK-ya satdığı bildirildikdən o evi tələb etdikdə Şərur MTK mənzili verməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh binanın Cavabdeh2 MTK-ya satılmasını bildirməklə iddiaçıya yaşayış evini verməkdən imtina etmişdir. Mənzil yeni MTK fəaliyyətə başladığı müddətdən əvvəl verilməsini əsas tutaraq işin icrasında imtina edir və hətta müxtəlif bəhanələr gətirsə də bəlli bir məsələdir ki, MTK-nın adının dəyişdirilməsi və ya binanın başqa MTK-ya satılması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırıİmasına gətirib çıxara bilməz . Sonradan iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək Cavabdeh2 MTK və "xxxx" MMC-nin də mülki işə cavabdehlər kimi cəlb olunmasını və mənzillərin təhvil verilməsi öhdəlyinin hər üç cavabdehin üzərinə qoyulmasını xahiş etişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 MTK-nin nümayəndəsi X2 iddia tələbləri üzrə Cavabdeh2 MTK-nin heç bir məsuliyyət daşımadığını, Cavabdeh2 MTK-nin iddiaçı qarşısında icra etməli olduğu hər hansı öhdəliyi olmadığını bildirərək, iddia tələbinin Cavabdeh2 MTK-ya münasibətdə təmin edilməməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan : - 16 aprel 2019-cu il tarixli müqavilədən müəyyən olunur ki, “satıcı” Cavabdeh1 MMC Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının B blok 8-ci mərtəbə 126 kv m 3 otaqlı 149 saylı mənzili “alıcı” İddiaçı verməyi öz üzərinə götürmüşdür. “Alıcı” İddiaçı həmin mənzilin hər kvadrat metri üçün 640 manat olmaqla cəmi 80640 manat pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. - 16 aprel 2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının B blok 8-ci mərtəbə 126 kv m 3 otaqlı 149 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh1nə borcu yoxdur. - 16 aprel 2019-cu il tarixli müqavilədən müəyyən olunur ki, “satıcı” Cavabdeh1 MMC Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının B blok 8-ci mərtəbə 126 kv m 3 otaqlı 149 saylı mənzili “alıcı” İddiaçı verməyi öz üzərinə götürmüşdür. “Alıcı” İddiaçı həmin mənzilin hər kvadrat metri üçün 640 manat olmaqla cəmi 48064 manat pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. - 16 aprel 2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbə 70.1 kv m 2 otaqlı 264 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh1nə borcu yoxdur. - Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sorğuya cavab məktubundan görünür ki, “Birlik-İnşaat”, “Xəmsə-İnşaat”, “Hayan-E”, “Real-2016” (hazırki adı ilə "xxxx" MTK) və "xxxx" (Fateh-2012) MMC-nin vəzifəli şəxsləri barəsində AR CM-nin 178.3.2, 213.2.2, 259.2.4, 308.1, 308.2 və 313-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmamışdır. Mülki işin materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, İddiaçı və Cavabdeh1 arasında mənzil alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı olan cavabdeh sözügedən mənzilləri iddiaçıya təhvil verməyi, alıcı olan iddiaçı isə öz növbəsində müqavilə üzrə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, alıcı öz öhdəliyini lazımınca yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin predmeti olan mənzil iddiaçıya təhvil verilməmiş, müqavilə öhdəliklərinin icrasına yönələn heç bir hərəkət etməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının MPM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Eyni zamanda, Mülki Məcəllənin: 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 113.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş maliyyə arayışı əsasında mübahisə predmeti olan mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi müəyyən olunmuşur. Bu da nəticə etibarı ilə, maliyyə arayışının həqiqiliyini sübuta yetirir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə iddiaçı tərəf öz öhdəliklərini icra etdiyi halda Cavabdeh1 müqavilənin icrasına yönələn hərəkətlər etməmiş, müqavilə öhədliklərinin icra edilməsi ilə bağlı iddiaçılar tərəfindən edilən müraciətlərə cavab verilməmişdir. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının B blok 8-ci mərtəbə 126 kv.m 3 otaqlı 149 saylı və C blok 9-cu mərtəbə 70.1 kv m 2 otaqlı 264 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1 üzərinə qoyulmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-c hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə münasibətdə sahiblik və istifadə hüququ olmaqla, eyni zamanda, “gözlənilən mülıkiyyət hüququ” istisna edilmir. Mülki Məcəllənin 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Məhkəmə Cavabdeh2 MTK-ya və "xxxx" MMC-yə münasibətdə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki iş materiallarından müəyyən olunur ki, Cavabdeh2 MTK və "xxxx" MMC iddiaçı ilə hər hansı müqavilə bağlamamış, onun qarşısında hər hansı formada öhdəlik götürməmişdir. Yuxarıda sadalanan qanunvericilik müddəalarından aydın olur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edildiyi kimi, tərəflər arasında müqavilə bağlanmamış, iddiaçı məhkəməyə "xxxx" MMC və Cavabdeh2 MTK tərəfindən ona zərər vurulduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC və Cavabdeh2 MTKyə münasibətdə iddia tələbinin əsası kimi iddia tərəfindən göstərilən hallar sübut edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının B blok 8-ci mərtəbə, 3 otaqlı, 149 saylı (sahəsi 126 kv.m) və C blok 9-cu mərtəbə, 2 otaqlı, 264 nömrəli mənzilin (sahəsi 70.1 kv.m) İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-408/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-408/2023
28.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver