Məhkəmə qərarları › İş №2(005)-4113/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4113/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4113/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh VVazikiyə qarşı müqavilə tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh VVazikiyə qarşı müqavilə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh El Wazikidən 216.62 ABŞ dolları, 10622.86 AZN, 46.41 avro pulun və 30.40 manat dövlət rüsumu tutularaq "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (bundan sonra - "ABB”) ilə Cavabdeh arasında bağlanılmış 10.12.2018-ci il tarixində BPM**********04, BPM**********32, BPM**********41 saylı, 28.01.2019-cu il tarixində isə BPM **********88,BPM **********08 saylı “kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilələrə (bundan sonra - Müqavilə) əsasən, cavabdehə kart hesabları açılmışdır. BPM **********4 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 24 oktyabr 2019-cu il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə ABB-na olan cari borc 185.36 AZN təşkil etmişdir. BPM**********32 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi 21 oktyabr 2019-cu il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan carı borc 46.41 AVRO təşkil etmişdir. BPM**********08 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 15 noyabr 2019-cu il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 131.99 ABŞ dolları təşkil etmişdir. BPM **********41 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 22 aprel 2019-cu il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab iizrə banka olan cari borc 84.63 ABŞ dolları təşkil etmişdir. BPM**********88 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 19 man 2019-cu il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 10437.50 AZN təşkil etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İddia ərizəsinə əlavə edilmiş BPM **********4 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 24 oktyabr 2019-cu il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə ABB-na olan cari borc 185.36 AZN təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş BPM**********32 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi 21 oktyabr 2019-cu il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan carı borc 46.41 AVRO təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş BPM**********08 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 15 noyabr 2019-cu il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 131.99 ABŞ dolları təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş BPM**********41 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 22 aprel 2019-cu il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 84.63 ABŞ dolları təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş BPM**********88 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 19 man 2019-cu il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 10437.50 AZN təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş borcun qaytarılması tələbinə dair 16 may 2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehə müqavilə öhdəlikləri üzrə yaranmış borcunu 5 gün müddətində ödəməsi barədə son xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh VVazikiyə bank hesabı açmağı, cavabdeh isə həmin bank kartından istifadəyə görə ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh VVaziki kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh El Wazikidən 216.62 ABŞ Dolları, 10622.86 AZN, 46.41 Avro pulu və 30.40 manat dövlət rüsumu tutularaq "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. BPM **********4, BPM**********32, BPM**********08 BPM**********41 və BPM**********88 saylı “kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilələri üzrə Cavabdeh VVazikidən cəmi 216.62 ABŞ Dolları, 10622.86 AZN, 46.41 Avro pulu və 30.40 manat dövlət rüsumu "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar