Məhkəmə qərarları › İş №2(005)-4116/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4116/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4116/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqaviləsinə əsasən borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə müqaviləsinə görə 950.00 (doqquz yüz əlli) manat və dövlət rüsumuna görə 30 (otuz) manat və ümumilikdə 980 (doqquz yüz səksən) manat məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “AUTO MİLE SERVİCE MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Cavabdeh arasında «HYUNDAİ İX-35» markalı **-OA-*** dövləi qeydiyyat nişanlı avtomobilin 22.12.2018-ci il tarixdən 07.02.2019-cu il tarixədək 1 (bir) günü 45 (qırx beş) manat olmaq şərtilə 47 (qırx yeddi) gün müddətinə icarəyə verilməsinə dair 22.12.2018-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil təslim aktı verilmişdir. Cavabdehin 1 (bir) günü 45 (qırx beş) manat olmaq şərtilə 47 (qırx yeddi) gün müddətinə icarəyə götürdüyü avtomobilə dair 2115 (iki min yüz on beş) manat borcundan 1165 (bir min yüz altmış beş) manat ödənişdir, lakin 950 (doqquz yüz əlli) manat borcu qalmışdır. Avtomobilin icarə haqqına görə 950.00 (doqquz yüz əlli) manat məbləğində borcun tələb edilməsinə dair cavabdehə 02.02.2021-ci il tarixli 010 №-li və 12.04.2021-ci il tarixli 035 №-İi pretenziya ilə müraciət edib 3 (üç) gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/28-də fəaliyyət göstərən İddiaçı MMC-nə gəlib ödənilməsi barədə EMS Ekspress sürətli poçt daşıma xidməti vasitəsilə məktubla müraciət etmişlər. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq etmələrinə baxmayaraq cavabdeh ödəniş etməmişdir. Cavabdeh 22.12.2018-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin 3.1.-ci bəndinin tələbini pozmuşdur. Cavabdeh icarə müqaviləsinə görə 950.00 (doqquz yüz əlli) manat tələb etdiklərindən kiçik iddialara aiddir və mülki işin sadələşdirilmiş qaydada baxılmasını xahiş etmişlər. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək İddiaçı MMC-nə maddi ziyan vurmuşdur. Həmin ziyan aşağıdakı kimidir: Nəqliyyat vasitəsinin icarə müqaviləsinə görə cavabdeh tərəfindən ödənilməyən 950.00 (doqquz yüz əlli) manat və cavabdehin borcunun ödənilməsi üçün məhkəməyə ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumu da ondan tutulmalıdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Cavabdeh arasında «HYUNDAİ İX-35» markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 22.12.2018-ci il tarixdən 07.02.2019-cu il tarixədək 1 (bir) günü 60 (altmış) manat olmaq şərtilə 47 (qırx yeddi) gün müddətinə icarəyə verilməsinə dair 22.12.2018-ci il tarixdə nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil təslim aktı verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki İddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Cavabdeh arasında «HYUNDAİ İX-35» markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 22.12.2018-ci il tarixdən 07.02.2019-cu i il tarixədək 1 (bir) günü 60 (altmış) manat olmaq şərtilə 47 (qırx yeddi) gün müddətinə icarəyə verilməsinə dair 22.12.2018-ci il tarixdə nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil təslim aktı verilmişdir. Cavabdeh 22.12.2018-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin 3.1.-ci bəndinin tələbini pozmuş və icarə müqaviləsi üzrə hesablanmış 950.00 (doqquz yüz əlli) manat pulu ödəməmiş, iddiaya dair hər hansı bir etirazını məhkəməyə göndərməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1 -ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh icarə müqaviləsinə görə 950.00 (doqquz yüz əlli) manat və dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə 980 (doqquz yüz səksən) manat məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar