Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4118/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh Alieva (Pulkina) İnessa Valentinovnaya qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 602 manat dövlət vəsaitinin Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 26.08.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, anası X3 01.08.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş Alieva (Pulkina) İnessa Valentinovna anasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına 31.08.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Cavabdeh tərəfindən 1202,00 (bir min iki yüz iki manat) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X14 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respubliası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq, ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1202,00 manat məbləğindən çıxılmış, qalan 602,00 manat məbləğində pul vəsaiti isə Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə X12 (Pulkina) İnessaya 602,00 manat borcu Filialın hesabına ödəməyi barədə şifahi müraciət edilmişdir. 17.05.2021-ci il tarixində cavabdehə məktub göndərilərək, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması tələb edilmiş, əks təqdirdə qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Məhkəmə iclasında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Alieva (Pulkina) İnessa Valentinovna məhkəmə iclasında iştiraketməmiş və səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Alieva (Pulkina) İnessa Valentinovnanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: Azərbaycan Respublikası Sabunçu rayon qeydiyyat şöbəsinin 15 avqust 2021-ci il tarixli, AZ- İİ № 107557 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01.08.2020-ci il tarixdə vəfat etmiş; bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 avqust 2020-ci il tarixdə 949№ ilə qeyd edilmişdir; ünvan 2 ünvanında yaşayan vətəndaş X8 tərəfindən Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 26 avqust 2020-ci il tarixli ərizənin surətindən və məzmunundan görünür ki, o, 01 avqust 2020-ci il tarixdə vəfat etmiş anası mərhum X4 dəfn xərclərinin ödənilməsində köməklik göstərilməsini xahiş edir; Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28 avqust 2020-ci il tarixli “Əmək pensiyasının dayandırılması haqqnda” Qərarının surətindən və məzmunundan görünür ki, pensiyaçı X5 01 iyun 1995-ci il tarixdə təyin olunmuş pensiya dəfn xərci səbəbindən dayandırılmışdır, sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: 01.09.2019-31.08.2020-ci il; məbləğ: 1202 manatdır; DSMF-nin 16 sentyabr 2021-ci il tarixli çıxarışından görünür ki, 01.01.1929-cu il təvəllüdlü, pasport seriya: AZE, № 02317649 olan X4 plastik kartına 13 avqust 2020-ci il tarixdə 1202 manat məbləğində köçürülmə baş vermişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 iyul 2020-ci il tarixli, **********1№li, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu X13in qərarı ilə təsdiq edilmiş Əsasnaməsinin 4.1.4-cü bəndinə əsasən Filial öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar yaranan mübahisələrlə bağlı məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə baxışında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan X9 01 avqust 2020-ci il tarixdə vəfat etməsinə baxmayaraq, onun ölümü haqqında məlumat, həmçinin ölüm haqqında şəhadətnamə Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməmişdir. Bu səbəbdən 13 avqust 2020-ci il tarixdə mərhum X4 plastik pensiya kartına növbəti pensiya məbləği - 1202,00 manat köçürülmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfindən əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1202,00 manat məbləğindən çıxılmış, qalan 602,00 manat məbləğində pul vəsaitinin cavabdeh Alieva (Pulkina) İnessa Valentinovna tərəfindən geri qaytarılmasını tələb edir. Məhkəmə tərəfindən mülki iş materiallarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; -1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanununun -37.8–ci maddəsinə əsasən, Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; -38-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur; - 39.1.-ci maddəsinə əsasən, Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur; -42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. İddia ərizəsinin məzmunundan və iş materiallarından aydın olur ki, mərhum X9 01.08.2020-ci il tarixdə vəfat etsə də, cavabdeh Alieva (Pulkina) İnessa Valentinovna tərəfindən anasının ölümü haqqında məlumat verilmədiyinə və ölüm şəhadətnaməsi təqdim edilmədiyinə görə 13 avqust 2020-ci il tarixdə 1202 manat məbləğində pensiya X4 hesabına keçirilmişdir. Bu pul, cavabdeh tərəfindən götürülmüşdür. Filialın dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, o, heç bir hüquqi əsası olmamasına baxmayaraq, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılmasından boyun qaçırmışdır. Beləliklə, əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1202,00 manat məbləğindən çıxılaraq, qalan 602,00 manat məbləğində pul vəsaiti Cavabdeh Alieva (Pulkina) İnessa Valentinovnadan tutulub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Alieva (Pulkina) İnessa Valentinovnadan artıq ödənilmiş 602 (altı yüz iki) manat dövlət vəsaiti tutulub Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4118/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4118/2021
16.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver