Məhkəmə qərarları › İş №2(005)-412/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-412/2023

01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-412/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “hüquq müəyyənedici sənədin iddiaçıya məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “hüquq müəyyənedici sənədin iddiaçıya məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-90F(KOD ********) nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin həqiqətən Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə ünvan 1 ünvanında yerləşən evi və həyətyanı sahəni alğı-satqı müqaviləsi əsasında almışdır. Yaşını və səhhətini nəzərə alaraq, xx.xx.1998-ci il tarixdən mənə məxsus olan ünvan 1 ünvanında yerləşən evini və həyətyanı sahəni oğlum Nümayəndə bağışlamaq istəyərkən məlum olmuşdur ki, evin çıxarışı olsa da həyətyanı sahənin şəhadətnaməsi mövcud deyildir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak şəklində qeydiyyata alınması zərurəti yaranmışdır. xx.xx.2022-ci il tarixdə ərizəçi tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak şəklində qeydiyyata alınması ilə əlaqədar "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmişdir. 05 oktyabr 2022-ci il tarixli, **********96 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair idarənin arxiv saxlananda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN- 90F(KOD ********) nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" aşkar edilmişdir. Həmin şəhadətnamədə torpaq sahəsinin mülkiyyətçisi qrafasında hüquq sahibinin adı “Elxan” kimi qeyd olunmuş, soyadı və ata adı qeyd edilməmişdir. Qeydiyyat şəhadətnaməsinin texniki pasportunun 1-ci vərəqində torpaq sahəsinin şərhi bölümündə 22,5 sot torpaq və 2-ci vərəqində isə həmin torpaq sahəsinin planı əks olunmuşdur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə bildirmişdir ki, təxminən 20 ildir ki Ərizəçi qonşusudur. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən ev Ərizəçi mülkiyyətində olan əmlaklar kimi bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində məhkəməyə bildirmişdir ki, o Ərizəçi qonşusudur. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən ev Ərizəçi mülkiyyətində olan əmlaklar kimi bilir. Ərizəçi əvvəl həmin torpaq sahəsi X1 mülkiyyətində olmuşdur. Məhkəmə ərizəni izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli, obyektiv, qərəzsiz və tam araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair idarənin arxiv saxlananda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-90F(KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə’’ aşkar edilmişdir. Həmin şəhadətnamədə torpaq sahəsinin mülkiyyətçisi qrafasında hüquq sahibinin adı “Elxan” kimi qeyd olunmuş, soyadı və ata adı qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5. maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəmə qərarı təqdim edildikdən sonra müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilmişdir. RPA********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair xx.xx.1998-ci il tarixli 382 nömrəli arayış əsasında istifadə hüququ verilmiş Ərizəçi tərəfindən həmin yaşayış evi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığorta olunmuşdur. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş idarənin arxiv materiallarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-90F(KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə’’nın təsdiq olunmuş surətindən görünür ki, Xızı Rayonu Aqrar islahat Komisiyyasının 10 mart 1998-ci il tarixli 14 saylı qərarı ilə 0.12 hektar torpaq sahəsi Xızı rayonu Xızı qəsəbəsinin sakini olan “Elxan” adlı şəxsin mülkiyyətinə verilib. Xızı Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 36 nömrəli sərəncamına və xx.xx.1992-ci il tarixli akta əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi X1 istifadəsində olmuşdur. Həmin ünvanda fərdi ev tikintisi üçün X3 0.20 hektar torpaq sahəsi ayrılmışdır. Ərizəçi adına verilmiş 1998-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan və Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş idarənin arxiv materiallarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Elxan” adlı şəxsin adına verilmiş torpaq sahəsinə dair sxemin təsdiq olunmuş surətindən görünür ki, hər iki sənəddə göstərilmiş sxemlər eyni torpaq sahələrinə və eyni fərdi yaşayış evinə dair sxemlərdir. 765A nömrəli reyestr kitabında qeyd edilmiş qeydiyyat vəsiqəsinin surətindən göürünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi Xızı rayonu XDS-nın 17 fevral 1991ci il tarixli qərarı əsasında Ərizəçi adına qeydə alınmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar Beləliklə, məhkəmə prosesində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında Xızı qəsəbə sakini X2 özünə məxsus fərdi yaşayış evi tikdirmək üçün 0,20 hektar torpaq sahəsi ayrılmışdır. Daha sonra həmin ev və onun üzərində yerləşdiyi torpaq sahəsi Ərizəçi tərəfindən alqı-satqı müqaviləsinə əsasən alınmışdır. Həmin torpaq sahəsinə dair bütün sənədlərdə torpaq sahəsinin mülkiyyətçisi kimi Ərizəçi qeyd olunsa da, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ünvan 1 ünvanında yerləşən 0.12 hektar torpaq sahəsinin “Elxan” adlı şəxsin mülkiyyətinə verildiyi qeyd olunur. Ərizəçi sonradan həmin evi və torpaq sahəsini bağışlamaq istədikdə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə’’də torpaq sahəsinin mülkiyyətçisi olan şəxsin soyad vəə ata adının qeyd olunmamasını, yanlız adnının “Elxan” kimi qeyd olunması səbəbindən evin və torpaq sahəsinin vahid əmlak kimi qeydə alınmasından imtina edilmişdir. Hazırda Ərizəçi məhkəməyə müraciət edərək, həmin şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : 4.1-ci maddəsinə əsasən torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.; 4.4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir; 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ- torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Torpağin mülkiyyətə verilməsinə dair şəhadətnamə xx.xx.2001-ci il tarixdə verilmişdir. 21 aprel 2006-cı il tarixli dəyişikliklərə qədər Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan torpağa dair sənədlərdən həmin sənədlərin Ərizəçi adına verildiyi görünür. Məhkəmə iclasında şahid qismində dindiirilmiş şəxslər də sözügedən ünvanda Ərizəçi yaşadığını, torpağın və onun üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi kimi Ərizəçi tanıdıqlarını bildirmişlər. İş materiallarında olan “Elxan” adlı şəxsin adına verilmiş sənədlərdə olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair sənədlərdə olan sxemlərlə və Ərizəçi adına olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsinin və evin sxemlərinin tam eyni olduğu aydın olur. Məhkəmə hesab edir ki, Ərizəçi haqlı olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizə təmin edilməli, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-90F(KOD ********) nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-90F(KOD ********) nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin həqiqətən Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar