Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-417/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh özü tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli, 08 nömrəli əmrin ləğv edilməsi və cavabdeh tərəfindən işəgötürənə vurulmuş maddi zərərə görə 14.168 (on dörd min bir yüz altmış səkkiz) manat məbləğində pul vəsaitinin cavabdeh şəxsdən tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçınə 02 aprel 2018-ci il tarixli əmək müqaviləsi üzrə müddətsiz olaraq baş mühasib vəzifəsinə işə götürülmüşdür. İlk əvvəllər işçi tərəfindən əmək funksiyalarının icrası lazımi qaydada həyata keçirilmişdir. 16 iyul 2019-cu il tarixli İddiaçı təsisçilərinin qərarı ilə cəmiyyətin yeni qanuni təmsilçilik funksiyalarına malik direktoru vəzifəsinə X3 təyin edilmişdir. Bundan sonra cəmiyyətin gəlirlərində, ümumi dövriyyəsində ciddi fərqlərin yaranması öz növbəsində işçi-Cavabdeh cəmiyyətdəki maliyyə əməliyyatları barədə fəaliyyətinə əsaslı şübhələrin yaranmasına gətirib çıxarmışdır. İşçidən öz fəaliyyəti ilə bağlı hesabatlar tələb edildikdə bundan dəfələrlə yayınmış, hesabatlar təqdim etməkdən boyun qaçırmışdır. Hansı ki, cavabdeh şəxs hər rübün sonunda əsaslandırılmış hesabat təqdim etməli idi. Elektron imzanın da məhz özündə olması səbəbindən cəmiyyətin maliyyə vəsaitlərini və gəlirlərini öz istəyinə uyğun idarə etmişdir. Yekunda baş mühasibin fəaliyyətinin yoxlanılması məqsədi ilə onun ödəniş kartı üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Səbail filialından əldə edilmiş 16 sentyabr 2020-ci il və 17 sentyabr 2020-ci il tarixli çıxarışlar zamanı cəmiyyyət tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı hesabından cavabdeh tərəfindən öz maaş kartına məvacibindən əlavə müxtəlif vaxtlarda 14.168 (on dörd min bir yüz altmış səkkiz) manat məbləğində pul köçürülmüşdür və həmin köçürmələrin heç bir hüquqi əsası olmamışdır. Cəmiyyət tərəfindən bu halın aşkar edilməsindən bir gün sonra cavabdeh qanuni məsuliyyətdən yayınmaq məqsədi ilə 17 sentyabr 2020-ci il tarixdə, həmin tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmış və həmin ərizədən rəhbərliyin heç bir xəbəri və məlumatı olmamışdır. Həmin gündə “asan imzanın” özündə olmasından istifadə edərək 17 sentyabr 2020-ci il tarixində, saat 12:11-də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) öz əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 08 nömrəli əmr hazırlamış və həmin əmri sistemə daxil olaraq elektron qeydiyyatdan keçirmişdir. Lakin nə rəhbərliyin, nə də cəmiyyətin direktorunun həmin gün baş verənlərdən heç bir xəbəri olmamış, işçi hüquqdan suiistifadə edərək, sənədləri saxtalaşdırmaqla öz-özünü işdən çıxarmışdır. Ümumiyyətlə direktor həmin gün işdə olmamışdır. Göründüyü kimi hazırki halda əmək müqaviləsinə xitam verilməsi qaydası qanunun müvafiq maddi hüquq normasının tələblərinin pozulması ilə nəticələnmişdir. Nə təsadüf ki, işçi öz ərizəsində işdən çıxması gününü ərizəni yazıdığı gün göstərmiş və ərizəsində yuxarıda göstərilən müstəsna halların hər hansı biri barədə məlumat göstərməmişdir. Bütün bu hallar göstərir ki, cavabdeh qanuni məsuliyyətdən yayınmaq və öz qanunsuz əməllərinə “hüquqi don” geyindirmək məqsədi ilə bu tələsik addımları atmışdır. Qeyd edilməlidir ki, işçi tərəfindən işəgötürənə vurulmuş maddi zərərin işəgötürən tərəfindən aşkar edilmiş məbləği 14.168 (on dörd min bir yüz altmış səkkiz) manatdır. Lakin cəmiyyətə məlum olmayan işçi tərəfindən vurulmuş faktiki zərər də varki, bu zərərin tam həcmdə müəyyən edilməsi, ümumiyyətlə obyektiv həqiqətin aşkara çıxarılması üçün işçi baş mühasibin maliyyə fəaliyyətinin və mühasibatlıq uçotunun yoxlanılması üçün müvafiq audit keçirilməsi zərurəti vardır. Lakin cavabdehin hərəkətləri təkcə əmək qanunvericiliyinin müvafiq normalarının pozulmasından ibarət deyil və həmin hərəkətlərdə cinayət əlamətləri mövcuddur. Belə ki, cavabdehin cinayət əməlləri barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsi). Bu baxımdan, Cavabdeh baş mühasib kimi İddiaçındə qanuni fəaliyyətinin yoxlanılması üçün müvafiq auditin keçirilməsi barədə qərardad və Cavabdeh cinayət xarakterli əməlləri ilə bağlı xüsusi qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını və çıxışını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Mülki iş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh kart hesabına 01.01.2019-16.09.2020-ci il ərzində 22483,56 manat mədaxil, -22556,11 manat məxaric olunmuşdur. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh kart hesabına 01.01.2018-31.12.2019-cu il ərzində 17615,17 manat mədaxil, 17244,09 manat məxaric olunmuşdur. İş materiallarında olan İddiaçı rəhbərliyinə Cavabdeh tərəfindən 17.09.2020-ci il tarixli ərizədən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə 17.09.2020 tarixindən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 17.09.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci massədinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən 02.04.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçındə 02.04.2018-ci il tarixdən etibarən baş mühasib vəzifəsinə təyin edilmişdir. əmək müqaviləsi müddətsiz bağlanmışdır. Aylıq əmək haqqı 300 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4855 nömrəli 15 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, təqdim edilmiş mülki iş materiallarında Cavabdeh İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsi, cavabdehin hansı vəzifədə işlədiyi, tutduğu vəzifəyə görə əmək haqqı məbləği (vəzifə maaşı), əmək haqqı hesablanmasına dair cədvəllər və s. öz əksini tapmamışdır. Ekspert qeyd edir ki, mövcud iş materiallarında olan Cavabdeh məxsus ödəniş kartı üzrə çıxarış məlumatlarına əsasən ekspertiza qarşısında qoyulmuş sual üzrə 02 aprel 2018-ci il tarixdən 17 sentyabr 2020-ci il tarixə olan dövr üçün Cavabdeh məxsus maaş kartına əmək haqqı məvacibindən əlavə digər təyinat üzrə mədaxil olunmuş məbləğlərin cəmi 9387,87 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş əmək haqqı cədvəlindən görünür ki, Cavabdeh ödənilmiş əmək haqqı 2018-ci il üzrə 2445,48 manat, 2019-cu il üzrə 3079,50 manat, 2020-ci il üzrə 2161,43 manat məbləğində olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1175 nömrəli 21 may 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında Cavabdeh İddiaçı ilə aralarında bağlanmış əmək müvqaviləsi, X2 cari hesabından çıxarışı, MMC-nin hesabından pul köçürmələrinə dair ödəniş tapşırıqları, sifarişlər, dövr üzrə əmək haqqı ştat cədvəlləri, əmək haqqı ödəniş cədvəlləri, məzuniyyətlə, yardımla, kompensasiya ilə bağlı əmrlər və s. mövcud deyil. Təqdim edilmiş İddiaçı MMC-nin cari hesabından çıxarış və Cavabdeh kart hesabından çıxarış nəzərə alındıqda isə İddiaçı MMC-nin hesabından Cavabdeh hesabına (02.04.2018-ci il tarixdən 17.09.2020-ci il tarixə) 2018-ci il üzrə 2.462,98 manat məbləğində əmək haqqı və 1.000,00 manat məbləğində yardım olmaqla ümumilikdə 3.462,98 manat, 2019-cu il üzrə 5.963,69 manat məbləğində əmək haqqı və 7.000,00 manat məbləğində kompensasiya olmaqla ümumilikdə 12.963,69 manat və 2020-ci il üzrə 6.443,50 manat məbləğində əmək haqqı və 500,00 manat məbləğində mükafat olmaqla ümumilikdə 6.943,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Yəni ki İddiaçı hesabından Cavabdeh hesabına 02.04.2018-ci il tarixdən 17.09.2020-ci il tarixədək 14870,17 manat məbləğində əmək haqqı 1000,00 manat məbləğində yardım, 5.000,00 manat məbləğində kompensasiya və 500.00 manat məbləğində mükafat olmaqla ümumilikdə 23.370,17 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa iş materiallarında (səh-21) Cavabdeh adından İddiaçı hesabına 24.04.2020-ci il tarixli, 1163,00 manat məbləğində ödəniş edilməsi barədə elan mövcuddur. Həmin məbləğ İddiaçı cari hesabında öz əksini tapır. İş materiallarına əlavə edilmiş İddiaçı 11 iyun 2021-cin il tarixli faktiki nəticələr haqqında müstəqil auditor rəyindən görünür ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində İddiaçınə Cavabdeh tərəfindən 02.04.2018-ci il tarixdən 17.09.2020-ci il tarixədək aparılmış maliyyə əməliyyatları nəticəsində dəymiş ziyan təqdim edilmiş məlumatlar və sənədlər əsasında 101518,02 manat məbləğində müəyyən edilmişdir. 14248,66 manat məbləğində vəsaitin Cavabdeh əmək haqqı kartına köçürülməsi halı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçınə 02 aprel 2018-ci il tarixli əmək müqaviləsi üzrə müddətsiz olaraq baş mühasib vəzifəsinə işə götürülmüşdür. Cavabdeh fəaliyyətinin yoxlanılması məqsədi ilə onun ödəniş kartı üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Səbail filialından əldə edilmiş 16 sentyabr 2020-ci il və 17 sentyabr 2020-ci il tarixli çıxarışlar zamanı cəmiyyyət tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı hesabından cavabdeh tərəfindən öz maaş kartına məvacibindən əlavə müxtəlif vaxtlarda 14.168 (on dörd min bir yüz altmış səkkiz) manat məbləğində pul köçürülmüşdür. Bundan əlavə cavabdeh şəxs məsuliyyətdən yayınmaq üçün elektron imzanın özündə olmasından sui-istifadə edərək onunla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Göründüyü kimi İddiaçı Cavabdeh özünə məxsus kart hesabına Cəmiyyətin hesabından pul köçürtdüyü və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin İddiaçı rəhbəri tərəfindən deyil Cavabdeh özü tərəfindən imzalandığı iddia olunur. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin olaraq iddiaçının “əmrin ləğv edilməsi” tələbinə münasibətdə bildirir ki, iddiaçı Cəmiyyətin rəhbərinə məxsus elektron imzanın Cavabdeh olduğunu və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin onun tərəfindən imzalanıb elektron informasiya sisteminə yerləşdirildiyini iddia edir. Lakin qeyd edilən hal məhkəmə qarşısında sübuta yetirilməmişdir. Həmçinin 17 sentyabr 2020-ci il tarixli, 08 nömrəli əmrin verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin: - 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; - 68.2-ci maddəsində əmək müqaviləsinə xitam verilmənin əsasları dəqiq şəkildə qeyd olunmuşdur. Belə ki, həmin maddənin a bəndində tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin xitam olunması əsası qeyd olunmuşdur; 69.1-ci maddəsində işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsində ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69.5-ci maddəsində işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. - 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; İddiaçının digər tələbi maddi zərərə görə 14.168 (on dörd min bir yüz altmış səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsidir. Məhkəmə qeyd edilən tələbin araşdırılması ilə bağlı müəyyən prosessual hərəkətlər etmiş, məhkəmə-mühasibatlıq ekspertizaları təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4855 nömrəli 15 yanvar 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mövcud iş materiallarında olan Cavabdeh məxsus ödəniş kartı üzrə çıxarış məlumatlarına əsasən ekspertiza qarşısında qoyulmuş sual üzrə 02 aprel 2018-ci il tarixdən 17 sentyabr 2020-ci il tarixə olan dövr üçün Cavabdeh məxsus maaş kartına əmək haqqı məvacibindən əlavə digər təyinat üzrə mədaxil olunmuş məbləğlərin cəmi 9387,87 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1175 nömrəli 21 may 2021-ci il tarixli ekspert rəyi ilə isə müəyyən olunmuşdur ki, iş materiallarında Cavabdeh İddiaçı ilə aralarında bağlanmış əmək müvqaviləsi, X2 cari hesabından çıxarışı, MMCnin hesabından pul köçürmələrinə dair ödəniş tapşırıqları, sifarişlər, dövr üzrə əmək haqqı ştat cədvəlləri, əmək haqqı ödəniş cədvəlləri, məzuniyyətlə, yardımla, kompensasiya ilə bağlı əmrlər və s. mövcud deyil. Təqdim edilmiş İddiaçı MMC-nin cari hesabından çıxarış və Cavabdeh kart hesabından çıxarış nəzərə alındıqda isə İddiaçı MMC-nin hesabından Cavabdeh hesabına (02.04.2018-ci il tarixdən 17.09.2020-ci il tarixə) 2018-ci il üzrə 2.462,98 manat məbləğində əmək haqqı və 1.000,00 manat məbləğində yardım olmaqla ümumilikdə 3.462,98 manat, 2019-cu il üzrə 5.963,69 manat məbləğində əmək haqqı və 7.000,00 manat məbləğində kompensasiya olmaqla ümumilikdə 12.963,69 manat və 2020-ci il üzrə 6.443,50 manat məbləğində əmək haqqı və 500,00 manat məbləğində mükafat olmaqla ümumilikdə 6.943,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Yəni ki İddiaçı hesabından Cavabdeh hesabına 02.04.2018-ci il tarixdən 17.09.2020-ci il tarixədək 14870,17 manat məbləğində əmək haqqı 1000,00 manat məbləğində yardım, 5.000,00 manat məbləğində kompensasiya və 500.00 manat məbləğində mükafat olmaqla ümumilikdə 23.370,17 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa iş materiallarında (səh-21) Cavabdeh adından İddiaçı hesabına 24.04.2020-ci il tarixli, 1163,00 manat məbləğində ödəniş edilməsi barədə elan mövcuddur. Həmin məbləğ İddiaçı cari hesabında öz əksini tapır. Daha sonra məhkəmə tərəfindən cəmiyyət tərəfindən təqdim edilmiş audit rəyi nəzərdən keçirilmiş və 14248,66 manat məbləğində vəsaitin Cavabdeh əmək haqqı kartına köçürülməsi halı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edərək təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir); Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh işəgötürənə vurulmuş maddi zərərə görə 14.168 (on dörd min bir yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı hesabına köçürülsün. Qalan hissədə iddia təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-417/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-417/2021
17.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver