Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4173/2020 17.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədov Anar Rasim oğlunun katibliyi ilə, İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********14401 olan “X1 7” markalı telefon üçün 389 (üç yüz səksən doqquz) manat məbləğində ödənilməmiş hissə və 39 (otuz doqquz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 428 (dörd yüz iyirmi səkkiz) manat və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 448 (dörd yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********14401 olan “X2 7” markalı telefon almış və nəticədə 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müvafiq müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 577 (beş yüz yetmiş yeddi) manat (12 (on iki) ay x 45 (qırx beş) manat + 37 (otuz yeddi) manat ilkin ödəniş) məbləğində İMEİ kodu **********14401 olan “X2 7” markalı telefon üçün 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində olmaqla, ondan 389 (üç yüz səksən doqquz) manat məbləğində ödənilməmiş hissə və 39 (otuz doqquz) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 188 (bir yüz səksən səkkiz) manat məbləğində təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: xx xxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********14401 olan “X2 7” markalı telefon almış və nəticədə 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müvafiq müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 577 (beş yüz yetmiş yeddi) manat (12 (on iki) ay x 45 (qırx beş) manat + 37 (otuz yeddi) manat ilkin ödəniş) məbləğində İMEİ kodu **********14401 olan “X2 7” markalı telefon üçün 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində olmaqla, ondan 389 (üç yüz səksən doqquz) manat məbləğində ödənilməmiş hissə və 39 (otuz doqquz) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 188 (bir yüz səksən səkkiz) manat məbləğində təşkil etmişdir; xx xxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, qısa bir zamanda ödəniş etməyəcəyi təqdirdə iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir; xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********14401 olan “X2 7” markalı telefon almış və nəticədə 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 464.1-ci maddəsinə əsasən-kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********14401 olan “X1 7” markalı telefon üçün 389 (üç yüz səksən doqquz) manat məbləğində ödənilməmiş hissə və 39 (otuz doqquz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 428 (dörd yüz iyirmi səkkiz) manat və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4173/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4173/2020
17.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver